Azərbaycanın dünya şöhrətli idmançısı Zabit Səmədov 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənc idmançılarla görüşüb.
"Trend"-in məlumatına görə, görüşdə Tamam Şaməmməd qızı Cəfərovanın seçki platformasında əks olunan gənclərlə bağlı görüləcək mühim işlərdən danışılıb. Zabit Səmədov 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Şamaxı sakinlərini deputatlığa namizəd Tamam Cəfərovaya dəstək olmağa çağırıb. Görüşdə tanınmış müğənni, bəstəkar Ramal İsrafilov da iştirak edib və o da öz növbəsində şamaxılıları növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Tamam Cəfərovaya səs verməyə çağırıb.