Cümə axşamı günü, 15 oktyabr 2026
     

Yalan vədlərə son – bu dəfə özümüzdən biri olacaq!

Image


Ölkədə növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Deputatlıq uğrunda mübarizə aparan namizədlərin təbliğat-təşviqat kampaniyası get-gedə qızışır. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə namizədlər daha obyektiv rəqabət aparırlar. Cənab Prezident İlham Əliyevin son vaxtlar ölkədə daha sürətli kadr islahatları aparması, parlament seçkilərində namizədləri xalqla birbaşa ünsiyyətə çağırması rəqabəti daha da gücləndirib. Prezident İlham Əliyevin “Xalqa işləyən seçilsin ki, bizimlə xalq arasında körpü rolunu oynasın” sitatı seçiciləri düzgün seçim etməyə, inandıqları namizədə səs verməyə ruhlandırıb. Seçicilərin həqiqətən parlament seçkilərinə inamı artıb. Onlar parlament seçkilərində fəal olmağa cəhd edirlər.

Bu prosesin mən də şahidi oldum - 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayevin təbliğat-təşviqat kampaniyası çərçivəsində. Yevlax rayonunun kəndləri və Mingəçevir şəhərində seçicilərlə görüşlər keçirən Nəsimi Paşayev həqiqətən böyük coşqu, izdihamla qarşılanır. Yevlax rayonunun Xaldan, Salahlı, Xanabad, Tanrıqulular, Əcəmi, Yenicə, Yuxarı Bucaq, Aşağı Salamabad, Yuxarı Salamabad, Balçı kəndlərində və Aran qəsəbəsində seçicilərlə görüşlər bunu tam sübuta yetirdi ki, xalq öz seçimini etməyə və səsini qorumağa qadirdir. Sakinlər görüşdə budəfəki seçkilərə hamı bir nəfər kimi gedəcəyini və seçkilərdə səslərini qoruyacaqlarını iddia edirlər. Dairə seçiciləri budəfəki seçkilərə böyük ümid bəslədiklərini, əsasən tanıdıqları şəxsə səs verəcəklərini və ondan səslərini tələb edəcəklərini deyirlər. Kənd sakinlərində ötən parlament seçkilərindən sonra ümidsizlik yaranıb. Sakinlər bildirirlər ki, əvvəlki seçkidə namizədlər seçicilərə böyük vədlər versələr də, seçkidən sonra bir dəfə də olsa dairədən olan millət vəkilini nə görüb, nə də yazılan müraciətlərə cavab alıblar. Son 4 ildə millət vəkillərinin üzünü görməyən seçicilərdə artıq seçkiyə inamsızlıq yaranıb. Millət vəkili seçiləndən sonra heç bir seçicini qəbul etməyib, onların problemləri ilə maraqlanmayıb. Bu da əhalinin seçkiyə olan inamını azaldıb. Amma parlamentin vaxtından əvvəl buraxılması, Prezidentin uğurlu kadr islahatları indi seçiciləri aktivləşdirib. Artıq seçicilərdə ümid yaranmağa başlayıb ki, bu seçkilərdə xalqın səsini eşidəcək millət vəkili seçiləcək və o, onlarla mütəmadi əlaqə saxlayan şəxs olacaq. Seçicilər namizədə ona görə inanırlar ki, bu günə qədər dairə üzrə seçilmiş millət vəkilini Yevlax və Mingəçevirin problemləri ilə bağlı axtaran seçicinin biri də elə Nəsimi Paşayevin özü olub. Bunu seçicilər özləri etiraf edirlər. Kənd yerində yaşadıqlarından səsləri mərkəzə çatmayan seçicilər dəfələrlə Nəsimi Paşayevə müraciət edərək problemlərini danışıb, onların həlli üçün yuxarı orqanlara müraciət etməsini istəyiblər. Məhz ona görə də bu gün seçicilər Nəsimi Paşayevin yanındadırlar. Keçirdiyi görüşlərdə Nəsimi Paşayev xalqı seçkilərdə fəal olmağa, hamını səs verməyə çağırır. Yanvarın 26-da Mingəçevir şəhərinin ayrı-ayrı səmtlərində seçicilərlə görüşən Nəsimi Paşayev hər kəsi fevralın 9-da səs verməyə dəvət etdi. Mingəçevir seçiciləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən sitatlar gətirərək gənc, dinamik, yenilikçi, xalqla işləməyi bacaran namizədə səs verəcəklərini bildirdilər. Xüsusilə Nəsimi Paşayevin “Bu dəfə özümüzdən biri olsun” sloqanını çox bəyəndiklərini və özlərindən biri olan namizədə - Nəsimi Paşayevə səs verəcəklərini vurğuladılar. Nəsimi Paşayev seçicilərlə görüşündə onlara heç bir yalan vəd vermir. Namizəd bu vaxta qədər keçirdiyi bütün görüşlərində də əsasən buna çalışır. O, heç bir seçiciyə ev tikməyi, kiməsə pul paylamağı söz vermir. Qəribəsi odur ki, Nəsimi Paşayev heç bir görüşündə seçiciyə “Mənə səs verin!” demir. O yalnız seçicilərdən bir xahiş edir ki, fevralın 9-da hamı seçkilərə getsin və özünün məntiqlə seçdiyi namizədə səs versin. Nəsimi Paşayevin bu çağırışı seçiciləri daha da ruhlandırır, onların seçkidə iştirak etməsinə stimul verir. Nəsimi Paşayev bütün seçicilərinə hər zaman onların yanında olacağına, sadəcə seçkidən-seçkiyə deyil, mütəmadi olaraq seçildiyi bölgəyə gələrək dairədə seçicilərinin problemlərini diqqətdə saxlayacağına və bütün problemlərin birgə həll yolunu tapacaqlarına söz verir. Bu sözün isə real olacağına hamı inanır. Səbəb isə odur ki, Nəsimi Paşayev Yevlax rayonunun Xaldan kəndində doğulub boya-başa çatıb, ata-baba yurduna tez-tez gəlir. Ən əsası isə Nəsimi Paşayev burdakı problemlərə tam bələddir, ona kiminsə Yevlax və Mingəçevir barədə məlumat verməsinə ehtiyac yoxdur. Çünki Nəsimi Paşayevin Yevlax rayonu ilə yanaşı, Mingəçevir şəhəri ilə də sıx bağlılığı var. O, Yevlax və Mingəçevirlə daim maraqlanıb, bu ərazilərə mütəmadi gəlib-gedib. Elə buna görə də onun özünü bu bölgədə tanıtmasına ehtiyac qalmayıb. Dairə seçiciləri Nəsimi Paşayevlə görüşə məhz bu səbəbdən can atır. Seçicilər dairə üzrə bütün sakinləri səs verməyə çağırır. Çünki, Nəsimi Paşayev onlara bu dəfə hər şeyin fərqli olacağını, seçkidə qələbəni birgə qazanacaqlarını, daha sonra da problemlərin öhdəsindən birgə gələcəklərini söz verir. Nəsimi Paşayev doğulub boya-başa çatdığı Xaldanda həqiqətən coşqu ilə qarşılanır, xaldanlılar sonadək namizədi müdafiə edəcəklərini və seçkidə ona səs verəcəyini israr edirlər. Seçicilər demək olar ki, hər gün Nəsimi Paşayevlə görüşür, kampaniyanın hansı səviyyədə aparılması ilə maraqlanırlar. Xaldan seçiciləri dairənin digər ərazilərindəki seçicilərdən daha fəaldır. Çünki xaldanlılar öz namizədlərinin olmasına sevinir və özlərindən, öz kəndlərindən olan namizədin seçiləcəyinə ümid edirlər. Elə buna görə də xaldanlılar seçkilərdə daha fəal iştirak etməkdə iddialıdırlar. Bir sözlə, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsinin bütün seçiciləri fevralın 9-da düzgün seçim edəcəklərinə, özlərindən biri olan Nəsimi Paşayevin parlamentdə təmsil olunacağına əmindirlər! İnanırlar ki, bu dəfə seçkidə qazanan seçicilər özləri olacaq!

Samir GÜLƏLİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ