23/09/2020 19:22
728 x 90

“Vətənə xidmət, xalqa sədaqət...”

img

Bu devizi özünə həm də həyat amalı seçən 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Vüqar Alkərəmov 20 Yanvar faciəsinin 30 illiyilə bağlı seçicilərinə müraciət ünvanlayıb. Namizədin özünün facebook səhifəsində yaydığı müraciətdə deyilir:

 

Əziz həmvətənlərim!

Əziz İmişli və Beyləqan sakinləri!

Seçki kampaniyamıza davam etdiyimiz günlərdən biri də Azərbaycan tarixinin şanlı qəhrəmanlıq səhifəsi - 20 Yanvar gününə təsadüf edir. İşlərimiz nə qədər çox olur olsun, bütün xalqım kimi mən də bu günü böyük fəxr və kədər hissi ilə qeyd edirəm. Düşünürəm ki, millətimin qanı ilə qazanılmış müstəqilliyimizi daim qoruyacayıq. Ölkəmizi ürəkdən sevdiyimiz, inkişafı üçün əlimizdən gələni etdiyimiz sürəcə bu igid Vətən övladları rahat uyuyacaqlar, cənnətdən bizi fəxrlə seyr edəcəklər.

Rahat yatın, şəhidlər! Biz şahidlər sizin qəhrəmanlığınızı unutmadığımız kimi, unutdurmayacayıq da!

Son xəbərlər