28/01/2020 12:27
728 x 90

“Cib deputatları, boz kardinalların, kuklavodların idarə etdiyi kuklalar…”

img

Azərbaycan əsilli rusiyalı keçmiş senator Fərhad Əhmədov özünün facebook səhifəsində Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı geniş təhlili məqalə paylaşıb.

Ölkənin gündəm mövzusu olduğundan, bu mövzuda hər kəs tərəfindən sosial şəbəkələrdə müzakirələrin açılması və paylaşımların edilməsi təbiidir. Lakin Fərhad Əhmədovun paylaşımı onun bu məsələyə bir qədər fərqli baxış açısı ortaya qoyduğunu göstərir. Belə ki, rusiyalı senator həmin məqaləsində “boz kardinalların idarə etdiyi cib deputatları” kimi kəskin suçlayıcı ifadələr işlədir, xalqı artıq parlamentdə “kuklavodlar” olmadığı üçün müjdələyir.

Maraqlıdır, bu sözlərin birbaşa ünvanı olan şəxslər – sabiq deputatlar və onların qəyyumları bu suçlamalara hansı cavabı verəcək və ya ümumiyyətlə cavab verəcəklərmi? Hər halda, cox maraqlı olardı… Necə də olsa, söhbət özlərinin mənafelərindən gedir axı, buna da ictimaiyyətin problemləri kimi barmaqarası baxmayacaqlar ki...

SAMİRƏ

Son xəbərlər