30/01/2020 00:18
728 x 90

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirir...

img

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir.

Belə ki, Mərkəz Çinin Guandzhou şəhərində keçirilən "Imperial Spring - 2019" toplantısında tərəfdaş kimi çıxış edib. Toplantıda NGBM-nin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberqanın rəhbərliyi ilə Mərkəzin üzvü olan 10-dan çox sabiq ölkə və hökumət başçısı iştirak edib.

Multilaletarizm, BMT-nin Davamlı Inkişaf proqramı və Beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çin Xalq Respublikasının Vitse-prezidenti Wang Qishan iştirak edib.

Tədbir çərçivəsində Çin Xalq Respublikasının prezidenti Xi Jinping toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək, toplantıda qaldırılan məsələləri müzakirə edib. Görüş zamanı xanım Vaira Vike-Freiberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, Mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan Beynəlxalq nüfuzunu xüsusi olaraq vurğulayıb.  Mərkəzin üzvü, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvanic isə "Bir Kəmər-Bir Yol" xətti, "17+1" layihələrinin Qafqazdan başlayaraq Şərqi-Avropa ölkələrinin inkişafına göstərdiyi önəmli dəstəyi və Azərbaycan Prezidentinin dəstəyi ilə keçirilən Qlobal Bakı Forumları çərçivəsində mütəmadi olaraq Çinlə bağlı müzakirə və fikir mübadilələrinin aparılmasına diqqət çəkib.

Baki-xeber.com

Son xəbərlər