Cümə axşamı günü, 15 oktyabr 2026
     

Virtual reallıqdan əsl reallığa:jurnalistin yekun qeydləri

Image


17-22 noyabrda Ermənistan, Azərbaycan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Erməni jurnalistlər Bakı, Quba və Gəncə şəhərlərində oldular. Azərbaycan jurnalistləri isə Yerevan, Dilican və Azərbaycanın Şuşa və Xankəndi şəhərlərinə səfər etdilər.

Səfərlə əlaqədar erməni mediasında, sosial şəbəkələrdə çoxsaylı materiallar təqdim olundu və fərqli fikirlər nümayiş etdirildi. Erməni jurnalistlər və bu səfəri bilavasitə kurasiya edən Ermənistan Xarici İşlər Nazirliyi və Baş nazir aparatı təbliğat maşınını işə salmağa çalışdı. Yazılanları, xüsusilə səfərdə iştirak etmiş erməni jurnalistlərin müsahibə və materiallarını diqqətlə izləyərək yekunda bunları yazmaq istərdim.

- Bu səfərlə bağlı nə matəm tutmağa, nə də ki xüsusi sevinməyə əsas yoxdur. Belə baxanda nə baş verib ki? Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyib və münaqişə həll edilməyib. Üç nəfər sadə jurnalist qarşılıqlı səfər edib…

- Ermənistanın özünün bu səfərin həyata keçirilməsi üçün çoxsaylı xahiş və minnət etməsinə baxmayaraq, yekunda bu səfəri təbliğata çevirməyə cəhd göstərdi. Nəyə görə? Cavab çox sadədir. Erməni jurnalistlərinin davamlı təbliğatı əsasında Azərbaycan haqqında inandıqları bir virtual reallıq var idi. Bu reallıq 90-cı illərin əvvəllərində olan Azərbaycandır. Onlar Azərbaycanda xaos, qatı ksenofobiya, hərc-mərclik, yoxsulluq və kasıblıq, İslam fundamentalizmi və sair neqativ hallar görmək arzusunda idilər. Onların fikirləri bəzi anti-Azərbaycan medianın stereotipləri əsasında formalaşır. Ona görə də qrupun tərkibində olan və təxribatçı olduğu bilinən erməni jurnalistlərin Azərbaycana gəlməsinə etiraz edilmədi. Gördüklərinə inanmayan və virtual reallıq hissi məhv olan erməni jurnalistlər əsl reallığı, müasir, inkişaf edən və gələcəyə baxan Azərbaycanı və onun regionlarını gördülər. Erməni jurnalistləri Azərbaycanda mövcud olan multikultural mühit ilə tanış oldular, dinamik vətəndaş cəmiyyəti və tələbkar media nümayəndələri ilə görüşdülər.

- Əslən Qarabağdan olan jurnalistin də Azərbaycana gəlməsinə imkan yaradıldı. Qarabağ Azərbaycanın tarixi torpağıdır və orada yaşayan ermənilər və azərbaycanlılar ölkəmizin vətəndaşıdırlar. Qarabağdan olan erməni əsilli vətəndaşımızın Bakıya gəlməsi və hökumətin vətəndaşlara göstərdiyi DOST və ASAN xidmətlərlə tanış olması onun Azərbaycanla fəxr etməsinə imkan yaradacaq. Onun bu səfəri və Bakıda Dağlıq Qarabağın Azərbaycan icması ilə görüşü, eyni zamanda, icmalararası dialoqun tərkib hissədir. Artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu xüsusda bəyanatla çıxış edib.

- Erməni jurnalistlər öz gözləri ilə gördülər ki, Azərbaycan cəmiyyətində münaqişənin həlli ilə əlaqədar bir mövqe var. Bu da Azərbaycanın ərazi bütövlüyüdür və bu, qırmızı xətdir. Bu çərçivədə digər məsələlər müzakirə oluna bilər.

- Əldə etdiyim məlumata görə, səfərlə əlaqədar ilk olaraq həmsədrlər bəyanatla çıxış etmək istəyirdilər. Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanatla çıxış etməli idi. Guya Azərbaycan tərəfi buna razılıq verməyib. Əgər Azərbaycan razılıq verməyibsə, düşünürəm ki, düzgün qərar qəbul edib. Axı nə baş verib ki, bununla əlaqədar bəyanat verilsin? Həmsədrlərin 25 ildən artıq səfərinin yeganə nəticəsi yalnız elə bu jurnalistlərin səfərinin təşkil edilməsidir?

- Hər hansı stereotip və ya təbliğatdan kənar onu deməliyəm ki, Ermənistanda gördüklərim məni təəccübləndirmədi. Yəni nəyi gözləyirdim, onu gördüm. Gürcüstan sərhədindən Yerevana qədər gedən yolda boş və dağınıq vəziyyətdə olan yaşayış məntəqələri mövcuddur. Demoqrafiya və yoxsulluq açıq gözlə hiss olunur. Ölkənin xarici yeganə çıxışı olan strateji yol texniki cəhətdən aşağı səviyyədədir. Yol boyu canlı həyat hiss olunmur.

- Yerevanda münaqişə ilə əlaqədar etinasızlıq və maraq azlığı hiss olundu. Bakıya gələn jurnalistlər kimi erməni QHT nümayəndələri və jurnalistlər də stereotiplərlə yaşayırlar. Münaqişəni daha çox pul qazanmağa çevirmək cəhdləri hiss etdim. Nəzərə almaq lazımdır ki, Leyla Yunusun dostları olan erməni QHT rəhbərləri də "xalq diplomatiyası" adı altında Qərb dairələrindən çoxlu qrantlar alırdılar…

- Ermənistan cəmiyyətində ölkənin üzləşdiyi strateji çətinlikləri, ölkənin iqtisadi inkişafının perspektivsizliyini görür və dərk edirlər, amma onu etiraf etməkdə çətinlik çəkirlər, çünki ciddi kompleksləri var. Onlar təklikdə söhbət edəndə bunu etiraf edirdilər.

- Yerevanda nələrinsə tikilmədiyini demək çətindir. Amma bu dövlət siyasəti deyil, diasporadan olan fərdi erməni milyonerlərin ianəsi hesabına tikilir.

- Ermənistanda elə bir ailə yoxdur ki, xaricdən ianə almasın. İqtisadiyyatın əsasını da bu təşkil edir. Təmasda olduğumuz şəxslər də bunu etiraf edirdilər.

- Ermənistan cəmiyyətində kəskin anti-Rusiya meylləri vardır. Bunun Nikol Paşinyan komandasından qaynaqlandığını demək olar.

- Ermənistanda İnformasiya Texnologiyaları sektorunun inkişafı ilə bağlı səslənən fikirlər şişirdilirdi. Təbii ki nəsə var. Amma bunu "Silikon vadisi" kimi təqdim etmək, sadəcə, təbliğatdır. Bu sahədə Azərbaycan Ermənistandan azı bir on il qabaqdadır.

- N.Paşinyanın bir qədər komik rəhbər olduğunu artıq qəbul etməyə başlayıblar. Onun komandasının zəif və qeyri-peşəkar olduğu da qeyd olunur. Eyforiya dövrünün başa çatdığını başa düşürlər. Sarkisyan və Köçəryan mafiyasından hələ də qorxu var. Amma bundan sonra nə? Növbəti inqilab? Bunlar erməni cəmiyyətini narahat etməyə başlayıb.

- İşğal olunmuş ərazilərdə demoqrafik problem daha aydın görünür. Yol boyu boşluqdur. Şuşa şəhərində canlı həyatdan danışmaq çətindir. Qarabağ mənə Hollivud filmlərində olan cansız bir məkanı xatırlatdı. Xankəndidə şou məqsədilə qeyri-rentabelli iaşə müəssisələri tikilib. Bu da daha çox təbliğatdır, nəinki real iqtisadiyyat. Həm Ermənistanda, həm də Qarabağda ciddi müharibə xofu vardır. Azərbaycanın hərbi baxımdan güclü olduğunu başa düşürlər.

- Şuşadakı Gövhərağa məscidi İran üslubunda təmir olunub. İran şirkətlərinin bu layihədə iştirakı danılmazdır. Hesab edirəm ki, bu, İran hökuməti qarşısında qaldırılmalıdır.

- Qarabağda olan ermənilər görüşə qorxu halında gəlmişdilər. Onlara xüsusi xidmət orqanları ciddi xəbərdarlıq etmişdi. Bizimlə görüşü jurnalistlərdən biri gizlincə telefon vasitəsilə videoya çəkirdi. Bu insanlar keçmişdə donub qaldıqlarını başa düşür, gələcəyə ümidsiz və çarəsiz baxırlar. Onlar, həmçinin, Yerevanda və xaricdə olam erməni siyasətçilərinin əllərində alət olduqlarını başa düşürlər. Nəzarət altında olan söhbət əsnasında belə bunu görmək mümkün idi.

 Guya bizim səfəri "qondarma rejimin "XİN"i təşkil edib" - deyə fikirlər də cəfəngiyyatdır. Biz ATƏT-in nəqliyyat vasitələrində hərəkət etmişik. Eyni zamanda, jurnalist olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması nümayəndələri ilə təmaslar da vacibdir. Düşünürəm ki, orada olan sadə insanlarla təmaslar artırılmalıdır. Əminəm ki, təbliğatdan kənar onlar gəlib Azərbaycanı görsələr, yenidən Azərbaycan daxilində yaşamağa ikiəlli razı olarlar.

P.S Düşünürəm ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın strategiyası düzgündür. İşğal altında olan 20 faiz ərazimizi geri qaytarmaq üçün 80 faiz ərazimiz inkişaf etdirilməlidir. Prezident İlham Əliyevin də yürütdüyü siyasət budur. Güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu.

“Trend” Beynəlxalq İnformasiya Agentliyi

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ