Ermənistan baş naziri Nikol Paşinyan İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində deyib ki, tezliklə hər kəsin enerji alacağı əsas mənbə Günəş olacaq.
Baki-xeber.com-un xəbərinə görə, erməni baş nazir italyan jurnalistin “İtaliyanın əsas enerji təchizatçılarından birinin Azərbaycan olması İtaliya-Ermənistan münasibətlərinə təsir edə bilərmi” sualına cavabında belə deyib. İtaliya ilə ölkəsi arasında dost münasibətin olduğuna diqqət çəkən Paşinyan bildirib ki, Azərbaycan enerji deyil, yalnız neft-qaz təchizatçısıdır. “Bu gün “enerji” sözünün əhəmiyyəti tez-tez dəyişir. Tezliklə İtaliya və bütün digər ölkələr üçün əsas enerji təminatçısı rolunda Günəş çıxış edəcək və biz bu məsələdə gələcəyi unutmamalıyıq”- deyən Paşinyan bununla da enerji məsələsinin və bu məsələdə Azərbaycanın dominant rolunun onlarda necə qıcıq yaratdığını əyani şəkildə göstərmiş olub.
Samirə SƏFƏROVA