Cümə axşamı günü, 15 oktyabr 2026
     

BBC-nin müxbiri erməni Xİ nazirini “dalana dirədi”, Mnatsakanyan “məntiqli davranırıq” desə də, məntiqin harda olduğunu izah edə bilmədi...

Image


Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan BBC News-un "Hard Talk" (Çətin söhbət) proqramında Stephen Sackurun qonağı olub. O, Ermənistanda hakimiyyət dəyişikliyi, islahatlar, daxili və xarici siyasət, Dağlıq Qarabağ və bir sıra digər məsələlər ətrafında suallara cavab verib.

Baki-xeber.com BBC News Azərbaycancanın yaydığı Zohrab Mnatsakanyanla müsahibənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsini təqdim edir:

Stephen Sackur: Dağlıq Qarabağ münaqişəsiylə bağlı hökumətinizin yeni ideya təklif etdiyinin şahidi olmamışam.

Zohrab Mnatsakanyan: İnqilabdan sonra belə bir sual ortaya çıxdı ki, xarici siyasətlə bağlı prioritetlərimiz nə olacaq? Bizim xarici siyasətlə bağlı prioritetlərimiz dəyişməz qalır. Bu, Ermənistan daxilində milli təhlükəsizlik arxitekturasının qorunub saxlanmasından ibarətdir. Dağlıq Qarabağ Ermənistan üçün, xalqımız üçün ciddi təhlükəsizlik məsələsidir. Bizim üçün bu, ilk növbədə 150 000 soydaşımızın təhlükəsizliyi məsələsidir. Hökumətimiz heç tərəddüd etmədən prosesə cəlb olunub. Biz bu işlə konstruktiv şəkildə məşğuluq. Biz sülh istəyirik, sülhə nail olmaq istəyirik. Lakin biz istəyirik ki, ağılabatan bərabərlik təmin olunsun. Biz məntiqli davranırıq, biz əsas prioritetimiz olan Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və statusu məsələsi ilə məşğuluq.

Stephen Sackur: Siz mənə deyirsiniz ki, sülh istəyirik. Onda mənə izah edin, niyə avqust ayında, cəmi bir neçə ay öncə, Baş nazir özünün önəmli çıxışı zamanı qətiyyətli ifadələrlə bəyan etdi ki, Qarabağ Ermənistandır, nöqtə. Deyirsiniz, o, sülh istəyir?

Zohrab Mnatsakanyan: O, sülh istəyir, çünki Baş nazir bildirib ki, bizim əldə etməli olduğumuz həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. İndi biz Azərbaycandan bizim maraqlarımızla üst-üstə düşən və Dağlıq Qarabağ xalqının təhülkəsizliyini nəzərə alan mesaj gözləyirik. Onlar bunu etməkdən imtina edirlər.

Stephen Sackur:Səmimi deyim ki, Baş nazir "Qarabağ Ermənistandır, nöqtə" deyəndə yaxşı bilir ki, bu, beynəlxalq qanunlara, BMT-nin mövqeyinə və bütün beynəlxalq müstəqil agentliklərin mövqeyinə ziddir. Mən bunun sülhə yönəlmiş jest olduğunu görməkdə çətinlik çəkirəm, xüsusilə də ona görə ki, onun kütlə qarşısındakı həmin çıxışı birləşmək barədə millətçi şüarlarla müşaiyət olunmuşdu - bu cür çıxışlar 80-90-cı illərdə Azərbaycanla müharibə vaxtı eşidilirdi. Sizsə mənə deyirsiniz ki, (gülür) Baş nazir sülhə nail olmaqda israrlıdır?

Zohrab Mnatsakanyan: Mən sizə bunu deyirəm, Panerməni gündəliyi Dağlıq Qarabağı əhatə edir. Ermənistan konsolidasiya siyasətini davam etdirir və bu, Dağlıq Qarabağ xalqını kənarda qoymur. Ermənistan inkişaf gündəliyinə, konsolidasiya gündəliyinə sadiqdir və bu, Dağlıq Qarabağ xalqını kənarda qoymur. Bu, panerməni gündəliyidir və o, təkcə Ermənistan Respublikası daxilində yox, dünyanın hər bir yerində yaşayan ermənilərə aiddir.

Stephen Sackur: Lakin siz beynəlxalq hüquqları tanımalısınız , elə deyilmi?

Zohrab Mnatsakanyan: Dağlıq Qarabağ bizim soydaşlarımızın yaşadığı ərazidir. Biz qanunsuz iddia etməmişik...

Stephen Sackur: Şübhəsiz, həmin ərazidə erməni xalqı yaşayır, ancaq həmin ərazi Ermənistanın deyil.

Zohrab Mnatsakanyan: Yox, yox, dediyim odur ki, Dağlıq Qarabağ bizim soydaşlarımızın yaşadığı, onların təhlükəsizliyinin qeydinə qaldığımız ərazidir. Biz onların təhlükəsizliyinin təminatçısıyıq. Lakin biz sülh prosesinə sadiqik. Amma Dağlıq Qarabağın təhlükəsizliyi və statusu bizim əsas prioritetimizdir. Biz sülh prosesindən heç bir halda yayınmırıq.

Stephen Sackur: Bir dəqiqə, nazir, imkan verin sualımı soruşum. Sizin ən yaxın hərbi müttəfiqiniz ruslardır. Onların sizin ərazinizdə hərbi bazaları var, siz onlarla uzun illərdir əməkdaşlıq edirsiniz. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sizin Baş nazirin cəmi bir neçə ay əvvəl verdiyi həmin o qeyri-adi bəyanatdan sonra dedi: "Tərəflər bəyanatlar verirlər, ciddi bəyanatlar. Belə bəyanatlar eşidilir ki, Qarabağ Ermənistandır". O davam edir və deyir ki, "bu ona bənzəyir ki, Albaniyanın Baş naziri Tiranada çıxış edərək bəyan edir ki, Kosova Albaniyadır". Hətta ruslar da deyir ki, sizin mövqeyiniz qəbuledilməzdir.

Zohrab Mnatsakanyan: Təkrar etməliyəm, Ermənistan Baş naziri davamlı olaraq israr edir ki, biz Azərbaycandan güzəşt mesajı istəyirik.

Stephen Sackur: Amma siz də güzəşt mesajları vermirsiniz…

Zohrab Mnatsakanyan:Bir dəqiqə gözləyin. Biz güzəşt mesajlarını eşitməmişik. Ermənistan Baş naziri həll yolunun bütün tərəflər üçün - Ermənistan, Azərbaycan və Qarabağ xalqı üçün qəbuledilən olmalı olduğunu təkid edəndə bizim hökumət bununla bağlı çoxlu tənqidlərə məruz qalır. Lakin biz bunda israrlıyıq. İsrarlıyıq ki, həll yolu güzəştdən keçir. Həmin çıxışında o, ayrıca paraqrafda Dağlıq Qarabağın (münaqişəsinin-red.) həllindən danışır və biz bu yanaşmamızda israrlıyıq ki, həll yolu güzəştdən keçir.

Stephen Sackur: Bu mübahisəli konfliktlə bağlı bir neçə məsələ də var. Münaqişə 80-ci illərdə başlayıb və hələ də həll olunmayıb. Mənə elə gəlir ki, dalan vəziyyətindən çıxmaq üçün yaradıcılıq lazımdır. Siz son 20 ildən çox müddətdə Ermənistan hərbi qüvvələrinin çox ciddi pozuntulara görə cavabdehlik daşıdığını qəbul etməyə hazırsınızmı? BMT bunu qeyd edib, Avropa İnsan Haqları məhkəməsi bunu bildirib, “Amnesty İnternational” kimi müstəqil qruplar sizin hərbi qüvvələrin zorakılıqları haqqında danışıb. Əgər siz bu yeni hökumətlə dinamikanı dəyişmək istəyirsinizsə, "bəli, biz keçmişdə baş vermiş ciddi pozuntulara görə cavabdehlik daşıyırıq" deməyə hazırsınızmı?

Zohrab Mnatsakanyan: Siz hadisəni bir az qarışdırırsınız. Erməni dövləti təhlükəsizliyin yeganə təminatçısıdır. Siz məsələni bir az dəyişdirirsiniz ya da təhrif edirsiniz. Erməni dövləti təhlükəsizliyin yeganə təminatçısıdır.

Stephen Sackur: Xahiş edirəm sualıma cavab verin.

Zohrab Mnatsakanyan: Mən elə bunu edirəm. Biz Dağlıq Qarabağ xalqının təhlükəsizliyi üçün yeganə təminatçıyıq. Biz buna cavabdehlik daşıyırıq. Biz təhlükəsizliyin təminatçısı rolunu daşıyırıq. Biz danışıqlara elə şəkildə cəlb olunmuşuq ki, biz parametrlər hazırlamışıq, hansında ki, biz ...

Stephen Sackur: Siz mənim sualıma cavab vermirsiniz. Bir daha cəhd edəcəyəm. “Human Rights Watch” təşkilatının münaqişə ilə bağlı 1995-ci ildə yaydığı ətraflı hesabatda deyilir ki, erməni qüvvələri Ermənistan Respublikasının köməyilə müharibə dövründəki bir çox zorakılıqlara görə cavabdehlik daşıyır. Son dövrlərdə, 2017-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Ermənistanla bağlı 12 hökm çıxarıb. Onlardan 11-i ölkənin Avropa İnsan Haqları Konvensiyasını pozduğunu deyir. Sualım sadəcə budur ki, siz deməyə hazırsınızmı ki, keçmişdə səhvlər olub, zorakılıqlar baş verib və siz, eləcə də Azərbaycan buna görə peşmançlılq ifadə etməlisiniz və həll yolunu tapmağa çalışmalısınız.

Zohrab Mnatsakanyan: Bu, irəliyə getməyin bir hissəsidir, doğrudur. Lakin hazırda biz həmçinin ən böyük prioritetimiz olan xalqın təhlükəsizlik məsələsini həll etməyin yollarını müəyyən etməliyik.

Stephen Sackur: Siz indi hərbi qüvvələrinizin keçmişdə etdiyi bəzi şeylərə görə peşmansınızmı?

Zohrab Mnatsakanyan: 90-cı illərin əvvəlində elə bir vəziyyət var idi ki, Dağlıq Qarabağ əhalisinin 40 faizi yox edilmişdi, Dağlıq Qarabağ ərazisinin 40 faizinə nəzarət ələ keçirilmişdi. Orada ən çirkin şəkildə zorakılıqlar, pozuntular olmuşdu. Azərbaycan hökuməti bir az da irəli gedərək erməninin qətlini tərifləyib. Yaxın keçmişdə, 2016-cı ilin aprel ayında Azərbaycan Dağlıq Qarabağa qarşı yenidən aqressiyaya cəhd edib. Bu bizim təhlükəsizlik hissimizi gücləndirir. Sizin konkret sualınıza gəldikdə isə, bəli, mən qəbul edirəm ki, biz hamımız birlikdə irəliyə getməliyik. Hamımız. Lakin burada bütün tərəflər konstruktiv olmalıdır. Ona görə də Baş nazir deyib ki, həll yolu bütün tərəflər üçün qəbuledilən olmalıdır və biz Azərbaycandan irəliyə doğru hərəkət üçün zəmin olacaq mesaj gözləyirik.

Stephen Sackur: Bu məsələ ilə bağlı sonuncu sualım. 17 oktyabrda Azərbaycan hökuməti Ermənistan hərbi qüvvələrini cəbhə xəttində atəşkəsi 20 dəfə pozmaqda ittiham edib. Hərbi münaqişənin yenidən alovlanması mümkündürmü?

Zohrab Mnatsakanyan: Bu bizim tam kökləndiyimiz məsələdir. Düşünürəm ki, biz hakimiyyətə gəldiyimiz müddətdən - erməni hökumətinin, yeni erməni hökumətinin məqsədlərinin ciddiliyinin daha bir çox yaxşı göstəricisidir - müəyyən dərəcədə güvən və etimadın qurulmasına nail olmuşuq. Bu müddət ərzində atəşkəs pozulmalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Biz bunun davam etməsində maraqlıyıq. Bu bizim prioritetlərimizdən biridir. Biz bu istiqamətdə Azərbaycan hökuməti və Dağlıq Qarabağ hakimiyyəti ilə işləməyə köklənmişik. Bu, danışıqlar prosesinin çox vacib hissəsidir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ