22/11/2019 23:59
728 x 90

Türkiyə Prezident Administrasiyası İŞİD-lə YPG-nin işbirliyinə dair önəmli məlumatlar açıqladı

img

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin İŞİD-lə mübarizəsinə dair fikirlərini bildirib. Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyindən “Bakı Xəbər”in redaksiyasına daxil olan sözügedən açıqlamada deyilir:

-İŞİD liderinin öldürülməsi dünyada terrorla mübarizə əməliyyatlarında böyük bir uğur və bölgədə İŞİD-in davamlı məğlubiyyətinə doğru bir addımdır. Mübarizə fasiləsiz davam etməlidir. Türkiyə hər zaman terrorun hər növünə qarşı mübarizə mövzusunda müttəfiqlərinin yanında olur. İŞİD yarandığı gündən bəri Türkiyə onun tərəfindən həyata keçirilən böyük hücumların və təxribatların qurbanı olub və polisi, hərbi ve kəşfiyyat xidməti orqanları ilə bu terror qruplaşmasına qarşı geniş mübarizə aparıb. Bu hücumlardan bəziləri, o cümlədən Reina gecə klubuna və Mosul konsulluğumuza edilən hücum Bağdadinin birbaşa əmri ilə həyata keçirilib.

İŞİD tərəfindən edilən hücumlar nəticəsində 304 Türkiyə vətəndaşı həyatını itirib, 1338 nəfər isə yaralanıb. Türkiyə son dörd ildə bu terror örgütünə qarşı 2000-dən çox əməliyyat keçirib. İŞİD-lə əlaqəsi olan 1200 nəfər tutularaq mühakimə olunub. Onların yarıdan çoxu 40 fərqli ölkədəndir.

Türkiyə daim YPG qüvvələri ilə İŞİD üzvləri arasında əldə olunan razılaşmalardan və YPG-nin DAEŞ üzvlərini həbsxanalardan sərbəst buraxma təhdidləri ilə əlaqədar narahatlıqlarını dilə gətirib, hansı ki, keçən həftə də bunu ediblər. Beynəlxalq koalisiya bunun qarşısını almaq üçün addımlar atmalıdır. Prezident Ərdoğan Türkiyənin obyektlərin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib. Suriyadakı minlərlə terrorist-döyüşçünün Avropadan gəldiyini nəzərə alsaq, Avropa xalqları bu məsələ ilə əlaqədar ciddi məsuliyyət daşıyır. Həll olunmamış Suriya məsələsinin beynəlxalq təhlükəsizlik baxımından yaratdığı təhlükələri və Türkiyənin öz sərhədlərini terror qruplaşmalarından təmizləməkdə necə qərarlı olduğunu bildirdik.

Ötən gecə (27 oktyabr-red) edilən hücum Türkiyənin legitim narahatlıqlarını və sərhədimizdə Türk əməliyyatlarının zəruriliyini bir daha nümayiş etdirdi. İnanırıq ki, terror qruplaşmalarına qarşı əməkdaşlıq yüksək vəzifəli şəxslerin öldürülməsi ilə bitməməli, terror hücrələri məhv edilərək qrupun bütün üzvləri məsuliyyətə cəlb olunana qədər davam etməlidir. Suriyada və bölgədəki ümumi sabitlik və təhlükəsizlik üçün hər hansı bir terror qruplaşmasına verilən dəstəyin yaratdığı təhlükəni bir daha vurğulamaq istəyirik.

Beynəlxalq ictimaiyyət terror təhlükəsi ilə mübarizə üçün birləşməlidir.

 

Baki-xeber.com

Son xəbərlər