21/11/2019 00:30
728 x 90

Qadınları Azərbaycan hakimiyyətinin üzərinə qaldıran Nərmin Şahmarzadə separatçının qohumu çıxdı

img

Bir neçə gün əvvəl Bakının mərkəzində bir qrup qadın icazəsiz aksiya keçirməklə ictimai asayişi kobud şəkildə pozdu. Həmin aksiya və onun təşkilatçıları ilə bağlı maraqlı məlumatlar üzə çıxıb.

Real Partiyasının sədri İlqar Məmmədovun həmin məkanda görünməsi aksiyanın siyasi mahiyyət daşıdığına açıq işarə oldu. Aksiyada lider kimi ortaya çıxan və polislərə qarşı radikal davranışları ilə seçilən Nərmin Şahmarzadə ilə bağlı da maraqlı məlumatlar paylaşılır. Bəlli olub ki, aksiyaya liderlik edən şəxs bir müddət əvvəl Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu ən pis formada təhqir edib və bununla bağlı hər hansı peşmançılıq keçirmədiyini bildirib.

Nərmin Şahmarzadə ilə bağlı ortaya çıxan başqa bir detal daha maraqlıdır. Məlum olub ki, bu xanımla separatçılığına heç bir şübhə olmayan Fəxrəddin Abbasovu (Abboszadə) yaxın qohumluq telləri bağlayır. Fəxrəddin Abbasov 1993-cü ildə qondarma "Talış-Muğan Respublikası"nın yaradıldığını bəyan etdiyi "Milli Məclisin ilk spiker"i olmuşdu. Onun"Dağlıq Qarabağ müharibəsi talışların savaşı deyil" açıqlaması Ermənistanın illərdən bəri həyata keçirməyə çalışdığı planın tərkib hissəsini təşkil edən prinsipin reallaşma formatlarından biridir. Araşdırdıqda məlum olur ki, bu şəxslərin hər ikisi Lerik rayonunun Blabənd kəndində anadan olub və qohumdurlar. Sadəcə, aralarında 33 yaş fərqi var. Deməli, düşünən beyinin gəncləşməsinə ehtiyac duyulur. Əslində Nərmin Şahmarzadənin söylədiklər nə Əlikram Hümbətovun, nə də Fəxrəddin Abbasovun dediklərindən mənaca o qədər də fərqlənmir. Sadəcə, formaları fərqlidir.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər