Cümə axşamı günü, 15 oktyabr 2026
     

Antireformistlər və bəzi media orqanlarının simbiozundan ibarət XƏYANƏT tablosu...

Image


Politoloq, "Bakı Xəbər" qəzetinin təsisçisi və Baş redaktoru Aydın Quliyev bu başlıq altında özünün facebook səhifəsində ölkədə dövlət səviyyəsində aparılan islahatlara hər vəchlə əngəl olmağa çalışan və nə yazıq ki, bu məqsədi üçün bəzi media orqanlarını da əlində alətə çevirməyi bacaran antiazərbaycançı qüvvələrin əməllərini şərh edib.

A.Quliyev yazır:

Hər il bir neçə dəfə dövlət müşavirələrinin keçirilməsi səmərəli idarəçiliyin əsas üsullarından birinə çevrilib.Adətən müşavirələr ya müəyyən dövrün ümumi nəticələrinin təhlilinə həsr olunur, ya da konkret sahə problemlərinin müzakirəsinə... Etiraf edək ki, oktyabrln 15 -də keçirilmiş müşavirə Prezidentin geniş çıxışındakı çoxsaylı və konkret tənqidi məqamlarına görə cəmiyyətdə daha fəal pozitiv reaksiyalar doğurması ilə xarakterik oldu. Prezidentin cəmiyyətdə həlledici nüfuz təsirinə malik olduğu bir fakt olduğu üçün onun çıxışlarındakı istənilən tənqidi məqam dərhal cəmiyyətdə rezonans verir, insanlar arasında müzakirələr başlayır, tənqid olunan sahədə dərhal dəyişikliklər özünü göstərir. Son müşavirədə Prezident İlham Əliyev bütün istiqamətlərdə islahatların nəticələrini konkret faktlarla göstərməklə yanaşı, bir sıra əsaslı tənqidlərlə də çıxış etdi və əslində ölkədə ictimai rəyin ən həssas mıqamlarına nə qədər yaxından bələd olduğunu hər kəsə nümayiş etdirdi. Bütün təhlilçi və şərhçilərin vahid fikri bu oldu:"Nəyi düz demədi ki"! Həqiqətən iri şirkətlərin bir çoxu hələ də vergidən yayınır və ikili mühasibat aparır, banklar həqiqətən real sektora yatırım etməkdən qaçır və yüksək faizli istehlak kreditləri ilə ölkəni yeni maliyyə böhranına aparır, bəzi dövlət təşkilatlarının büdcə sifarişləri şişirdilmiş rəqəmlərə əsaslanır ki, bu da dövlət vəsaitlərinin asanlıqla korrupsiya yeminə çevrilməsinə yol açır və sair. Prezidentin ölkədə nailiyyətləri və nöqsanları açıq təsvir etməsi həyata keçirilən islahatların əsasən iki hədəfə kökləndiyini aydın göstərdi - ayrıca sahələr üzrə konkret nıticələrin əldə edilməsi və islahatlar prosesinə mane olan neqativlərin üzə çıxarılması... Azərbaycan şəraitində aparılan hərtərəfli islahatların ən böyük neqativinin elə onun öz içində doğularaq pərvəriş tapan antireformator ünsürlərdən ibarət olduğunu Prezidentin məruzəsindən tam yəqinləşdirdik. Hər cür reformanın öz antireformatorlarının olduğu barədə çox ölkələrin timsalında sübut olunmuş həqiqət Azərbaycan praktikasında da öz təsdiqini tapdı. Ölkədə aparılan islahatların elə hakim komandanın öz içində əleyhdarları var imiş və onlar islahatları ləngitmək, islahatçı kadrları şərləmək, qaralamaq, yeni təfəkkür daşıyıcıları olan kadrları cəmiyyətin gözündən salmaq kimi zəngin üsullarla fəaliyyət göstərir. Prezidentin islahatlar kursuna qarşı işləyən antireformatorların hansı dərəcədə təşkilatlandıqları, hansı mərkəzdən və ya konkret kim tərəfindən idarə olunduqları hələ məlum deyil. Ancaq Prezidentin açdığı bir mətləb də ondan ibarət oldu ki, antireformator-qoçaqlar bu vaxtacan imkan taparaq medianın müəyyən hissəsi ilə gizli sövdələşə biliblər. Hədəf isə islahatlar və islahatçı kadrlar olub. Kim deyə bilər ki, iqtidarın daxilində antireformatorlarla öz missiyasına dönük çıxmış mətbuat-media mənsublarının pozucu sazişçiliyi olmasaydı, ,Prezidentin islahatlar siyasətinin nəticələri indikindən neçə dəfələrlə böyük olacaqdı?! Aydın məsələdir ki, Prezident öz peşə missiyasına və dövlətçilik prinsipinə sadiq qalaraq islahatlar prosesinin ritminə uyğun fəaliyyət göstərən media kəsiminin varlığına lazımi önəmi verir. Prezident məhz bu kəsimi nəzərdə tutaraq, dəfələrlə "obyektiv media səmərəli ölkə idarəçiliyində mənim sadiq köməkçilərimdi" kimi bəyanatlar səsləndirib, başqa mənbələrlə yanaşı, dürüst mediaya mühüm informasiya mənbəyi kimi baxdığını açıq söyləyib, jurnalistləri bütün hallarda obyektiv və sağlam tənqidlə məşqul olmağa səsləyib, onların bu istiqamətdə həvəslənmələri üçün bütün qanuni mexanizmlərin işləməsinə şərait yaradıb. Bütün bu işlərin əvəzində nə görürük? Dövlətçi və sağlam media ilə bərabər, sırf şəxsi və qrup maraqları çərçivəsində islahatların əleyhinə işləyən məmurlarla birləşən satqın və qarıngüdən media ünsürlərini... Antireformatorlar bir tərəfdən islahatlar prosesini sabotaj edir, eyni zamanda medianı tək-tək şəxslərin təsiri altına salaraq tarixi missiyasından uzaqlaşdırır, həqiqətən, Prezidentin sözləri ilə desək, "alətə çevrilirlər". Məlumdur ki,Prezidentin son on ildə həyata keçirdiyi mühüm islahat istiqamətlərindən biri medianın tək-tək məmurlar və iş adamları tərəfindən gizli maliyyələşmə praktikasına son qoyulması və yalnız dövlət vəsaiti hesabına şəffaf maliyyələşmə mexanizminin tətbiq edilməsidir. Azərbaycan mediasının heç vaxt olmadığı səviyyədə dövlətçi mediaya məhz bu mexanizmin sayəsində çevrildiyini əksəriyyət görür. Unikal bir model olan KİVDF-nin bu gün MDB məkanında çox maraqla qarşılanması heç də təsadüf deyil. Prezident öz yanında uğurlu KİVDF modelini yaratmaqla mətbuatımızı bir çox hallarda mafiozların, ömründə bir kitab oxumamış nadanların və ölkəmizə düşmən kəsilmiş xarici mərkəzlərin miskin və xain icraçılarına çevrilməkdən xilas etdi. İndiyə qədər Prezidentin media sahəsində apardığı islahatların ən böyük nəticələrindən birinin məhz bu olduğunu söyləsək yanılmarıq. Bax burada cənab Prezidentin müşavirədə göstərdiyi cığırın sonundakı əsas mətləbə gəlib çatdıq - ümumən islahatların əleyhinə gedən məmurlar bu irticaçı siyasətə mətbuatı da cəlb edərək, Prezidentin həm də mətbuat sahəsində hələ davam edən mütərəqqi islahatlarının effektini heçə endirməyə çalışırlar. Son aylarda bəzi deputatların, bəzi məmurların KİVDF-ni - cənab Prezidentin ən uğurlu islahat layihələrindən birini xüsusi qərəzlə qaralaması, hətta onu ləğv etməyə çağırması, bəzi media orqanlarının Prezidentin islahatlarına açıq xəyanət xarakteri daşıyan belə çıxışları həvəslə tirajlamasının bir izahı var:Cənab Prezident antireformistlərlə simbioz əlaqələrə girmiş bəzi media orqanlarından ibarət XƏYANƏT tablosunun tam mənzərəsini çoxdan və dəqiq görürmüş... İslahatları sabotaj edən məmurların fəaliyyəti bir daha sübut edir ki, bu islahatların böyük uğur şərti Prezidentin dönməz iradəsidirsə, ikinci şərti əsl dövlətçi və peşəkar medianın Prezidentin yanında və yolunda yürüməsidir. Antireformatorların medianı tək-tək məmurların əlində alət olduğu dövrlərə qaytarmaq səylərinin yolunda ən yenilməz maneə də məhz bu olacaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ