12/11/2019 23:34
728 x 90

Qardaşından İsa Qəmbərə 2 sual: “Rəsulzadənin Partiyasına yaraşmadı...”

img

Müsavat Partiyasının qurultayından əvvəl və sonra baş verənlər yeni müzakirələrə yol açıb. Bu dəfə faktiki Müsavat lideri İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər sosial şəbəkələrdə ironiya və ittiham dolu paylaşım edib.

Sitat:

“Əziz və hörmətli Dostlarım və Həmvətənlərim!!!
Fərq Azərbaycan gerçəkliyinə qətiyyən uyğun deyil!!!
Arif Hacılı - 262 səs
Tofiq Yaqublu - 51 səs
Yadigar Sadıqlı -20 səs
Gerçəkdən, bu qədər səs fərqi Azərbaycan Xalqının təmsilçilərinin iştirakı etdiyi Rəsulzadənin Partiyasına yaraşmadı. Çünki ictimai rəyə qətiyyən uyğun deyil.
Əsas bir SUAL ORTAYA ÇIXIR:
Qurultay Nümayəndələri ədalətli üsulla seçiliblərmi, məsələn hər on müsavatçıdan biri Qurultay Nümayəndəsi seçilibsə, nədən Xaçmaz rayon təşkilatından daha çox Qurultay Nümayəndəsi gəlmişdi, nəinki Sumqayıt şəhər təşkilatından?!?
2-ci SUAL ORTAYA ÇIXIR:
Qurultay Nümayəndələri ədalətsiz yolla təyin olunublarmı?? Qurultay Nümayəndələri ədalətli üsulla seçilmələri haqda videoyazı, protokollar və digər materiallar varmı??
Yaşasın ədalətli vətəndaşlarımızın Müsavat Partiyası!!
Yaşasın Azərbaycanın Ədalətsevən Xalqı!!!
Yaşasın Hüquqi Dövlətimizin qurulmasına çalışanlar!!!

Dünya Azərbaycanlıları Məclisi sədri,
Rövşən Yunis oğlu Qəmbər
Almaniya”.

Bundan sonra sosial şəbəkə istifadəçiləri onun statusunun altından maraqlı şərhlər yazıblar. Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı isə belə bir rəy yazıb:

“Müsavat dəyişmək istəmədi. Hamımıza keçmiş olsun”.

S. MƏMMƏDLİ

Son xəbərlər