19/11/2019 16:24
728 x 90

Prezident Əliyev faşist Nijdenin heykəlinin sökülməsi üçün axırıncı həlledici gedişi də edəcək...

img

Bu barədə fikirlərini politoloq, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün facebook izləyiciləri üçün şərhində bölüşüb. A.Quliyev yazır:

MDB-nin Aşqabad sammitində İlham Əliyevin Paşinyanı polemik açağılanmaya məruz qoyması siyasətdə nəyi harada, kimə və nə üçün deməyin həqiqətən fərqli nəticələr doğurduğunu bir daha sübut etdi. Paşinyan Azərbaycanın Qarabağ torpaqlarında 5 avqust mitinqində lovğa-lovğa dediyi "Miatsum" və "Qarabağ Ermənistandır" şüarları ilə ölkəsinin ultra-millətçi, daşnak təfəkkürlü və kütlə isteriyasına qapılmış kəsiminin gözündə öz populyarlığını azacıq bərpa edə bilmişdi. Lakin Azərbaycan Prezidentinin əvvəlcə Valday klubunda, sonra isə Aşqabadda çıxışlarının təsiri ilə erməni baş nazirin öz cəmiyyətində populyarlığı əvvəlkindən də aşağı səviyyələrə düşdü. Bütün Ermənistan fərqindədir ki, onun baş naziri, yalan və saxtakarlıq üstdə qurulsa da, ölkəsinin dövlət və ictimai maraqlarını diplomatik polemika müstəvisində qətiyyən qoruya bilməyən arqumentsizin və məntiqsizin biridir, etibarlı polemist deyil. Erməni təbliğatı indi əsas gücünü baş nazirin məruz qaldığı təhqiramiz aşağılanmaların törətdiyi reytinq fəsadlarını yamamağa, kompensasiya etməyə yönəldib. Erməni ideoloqları və Paşinyan şəxsən özünə gəlməmiş onlara yeni siyasi-diplomatik zərbələr endirilsə, bunun effekti çox böyük olacaq. Məsələn, faşist Nijdenin mənfur heykəlinin sökülməsinə nail olana qədər getmək, bunun üçün mümkün olan hər şeydən istifadə etmək lazımdır. MDB dövlətlərinin Bakıdakı missiyaları ilə ən müxtəlif səviyyələrdə - diplomatik, siyasi, vətəndaş cəmiyyətləri və diasporlar səviyyəsində sistemli iş qurmaq, erməni hökumətinə təzyiqlər etdirmək, onun göz açmasına imkan verməmək və sonda heykəlin şökülməsinə nail olmaq lazımdır. Böyük ehtimalla, nəticə olacaq. Əgər bunlar nəticə verməsə, faşizm üzərində qələbənin 75 illik tədbirlərinə qədər Ilham Əliyevin plan və təxəyyülündə ən axırıncı həlledici ZƏRBƏ GEDİŞİNİN olduğuna fəhmimlə inanıram. Prezidentin dərin analitik,qlobal və polifonik düşüncə tərzinə malik olduğunu bildiyimiz üçün əminəm ki, o bunu mütləq edəcək. Çox realdır ki,Paşinyanın hakimiyyəti bir heykəl qalmaqalı ilə səhnəni tərk etsin. Əgər heykəlin sökülmə qərarı verilsə, Ermənistanın paşinyançı, sarkisyançı, millətçi, daşnakçı, ümumən bütün təbəqələri - hər kəs öz arqumentləri ilə dərhal fəallaşacaq. Bunun Ermənistanda nə demək olduğu anlaşılırmı? Paşinyan Ermənistanın tarixinə Azərbaycan Prezidentinin diplomatik-siyasi kombinasiyalarının təsiri ilə öz xalqı tərəfindən devrilmiş ikinci dövlət rəhbəri kimi düşə bilər. Sarkisyandan sonra ikinci...

Son xəbərlər