çərşənbə axşamı günü, 18 avqust 2026
     

Gördüyü, bildiyi cinayətləri xəbər verənlər daha polisə çağırılmayacaqlar... Əvəzində nə baş verəcək.. - Aydın Quliyev yazır...

Image


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı növbəti əmr bu barədədir və əslində polis-vətəndaş münasibətlərində yeni atmosfer yaradacaq. Mahiyyət belədir: "102"-yə zəng vuraraq olay və ya cinayət barədə polisə məlumat verən şəxs ilkin ərizənin alınması üçün heç bir polis şöbəsinə çağırılmayacaq, ən yaxındakı polis məntəqəsinin əməkdaşları dərhal həmin vətəndaşın yaşadığı, ya olduğu yerə gələrək qanuni prosedura uyğun işlərini görəcəklər. Bəlkə kimlərəsə adi görünən bu yenilik bilirsinizmi nə qədər miqyaslı, təsirli hadisədir?!

Uzaq sovet dövründən indiyədək gördüyümüz və əslində alışdığımız təcrübə bu idi ki, nə barədəsə milisə, polisə xəbər verənlər oturub izahat vermək üçün milis-polis idarəsinə dəvət olunacağı vaxtı gözləyirdi. Dəvət olunandan sonra isə baş verənlər heç də bütün hallarda həmin vətəndaş üçün xoş olan davamiyyətlə müşahidə olunmurdu. Vaxt itkisi,uzun-uzadı izahatlar, hətta bəzən həmin vətəndaşın özünü belə yersiz şübhələrin subyektinə çevirən suallar yaranırdı. Nəticədə bir çox hallarda vətəndaşlar şəxsən özlərinə aid olmayan hadisələrlə bağlı milisi-polisi məlumatlandırmağa o qədər də həvəsli olmur, ağrımaz başlarına duz bağlamamaq kimi meşşan və ictimai-dövlət maraqlarına uyğun olmayan mövqe tuturdular. Stalinin dövründən indiyə qədər qüvvədə olmuş bu iş üslubu əslində bir neçə istiqamətdə ziyanlı nəticələr verirdi. Birinci, hazırlanmaqda olan cinayətlərin qarşısını almaqda, baş vermiş cinayətin üstünü açmaqda milisin-polisin böyük dəstəkçisi olan ictimaiyyətin gücündən tam və səmərəli istifadə etməyə imkan vermirdi, nəticədə hüquq və asayiş mühafizəçiləri təklikdə işləmək zorunda qalırdılar. İkinci, dünyanın sivil ölkələri polis-vətəndaş işbirliyinin daha geniş miqyasda tətbiqinə nail olduqları halda bizlər bu mütərəqqi iş üslubunun imkanlarından yetərincə istifadə edə bilmirdik. Üçüncü və ən ümdəsi odur ki, nazirin yeni əmri polis-cəmiyyət münasibətləri kontekstində vətəndaş məmnunluğunun və vətəndaş rahatlığının daha geniş və real təcəssümünə tam şərait açır. Baxın, hansısa olaydan, cinayətdən xəbərdar olan vətəndaş bunu bildiyi üçün şöbədən şöbəyə, idarədən idarəyə çağırılmayacağını, vaxt itirməyəcəyini, əksinə, DİN orqanları ilə əməkdaşlıqdan ancaq rahatlıq duyacağını bəri başdan bilsə və əmin olsa, heç bir tərəddüd etmədən polisin işinə dəstək verəcək. Nazir Vilayət Eyvazovun bu əmri milyonlarla vətəndaşın polislə daha rahat, operativ və səmərəli əməkdaşlığı üçün misilsiz motiv mənbəyinə çevrilir. Əslində keyfiyyətcə yeni mərhələyə daxil oluruq - ölkədə qanunçuluq və ictimai təhlükəsizlik mühitinin daha da dərinləşdirilməsi üçün polisin aparıcılığı şəraitində cəmiyyətin və vətəndaşların iştirak payı xeyli artacaq, insanlar polislə daha həvəsli və daha rahat əməkdaşlığa gedəcəklər,həm də təkcə şəxsən özlərinə dəxli olmayan məsələlərdə də...geniş işbirliyinə meyllənəcəklər..Bildiyim qədər, Vilayət Eyvazov MDB məkanında ilk olaraq bu təcrübəni tətbiq edir və praktikada yalnız müsbət nəticələr verəcəyinə "100+" təminat var... Polis-cəmiyyət münasibətlərində vətəndaşların rahatlığını və məmnunluğunu artıran yeniliklər sırasında bu növbətisidir, bundan az əvvəl nazirin ictimaiyyətin diqqətini çəkən başqa əmrləri də olmuşdu. Belə ki,bir neçə həftə əvvəl nazir başqa bir əmrlə şəxsiyyət vəsiqələrinin verilməsində yenə də milyonlarla vətəndaşın maraq və mənafeyinə mübahisəsiz uyğun olan yenilik etdi - vətəndaşlar qeydiyat ünvanından asılı olmayaraq hər yerdə şəxsiyyət vəsiqəsini almaq və dəyişmək imkanı qazandılar. .Vətəndaşlar vəsiqə üçün bu rayondan o rayona getmək əzabından, izafi xərcdən və vaxt itkisindən xilas oldular. Nazirin hər kəsin mənafe və maraqlarına hardasa uyğun olacaq başqa bir əmrinə də toxunmaq lazım gəlir - piyadaların cərimələnməsi ləğv edildi. İlk dövrlərdə özünü doğruldan bu cərimə növü son zamanlar müəyyən ictimai narahatlıqlar yaratmağa başlamışdı. Bir müddət səmərəli işləyən bu cərimə mexanizmi özünün əsas hədəfinə yetişdi - polis yol hərəkət qaydalarının tək sürücülərə yox, həm də piyadalara aid olduğunu cəmiyyətin alt şüurunda oturda bildi. İşin bundan sonra qalan hissəsini maarifçi-təbliğatçılar da yerinə yetirə bilər. Vilayət Eyvazov nazir təyin olunanda onun DİN sistemində miras olaraq aldığı dəqiq və səmərəli idarəçilik üslubuna yeni mütərəqqi ənənələr gətirmək gücünə malik olduğuna inananlar kifayət qədər çox idi...İşdə bu da gözləntilərə uyğun ilk nəticələr..Eyni vaxtda həm Prezidentin etimadını təsdiqləyən, həm də ictimai məmnunluğu artıran addımlar ardıcıl və sistemli olaraq atılır... Yeni nazirin yeni idarəçilk ənənələri yaratmaq səylərinin davamını izləyək...."Yeni kadrlardan kimlər daha uğurlu nəticələrə yetişə bilir" sualının ən dəqiq cavabları da bu istiqamətdədir...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ