22/10/2019 16:03
728 x 90

BMT-nin Baş katibi Paşinyanla söhbətdə prinsipsizlik göstərdi... - Aydın Quliyev yazır...

img

"BMT-nin Baş katibi Paşinyanla söhbətdə prinsipsizlik göstərdi..."

Bu sözləri politoloq Aydın Quliyev özünün facebook səhifəsində yazıb. Bu ali beynəlxalq qurumun növbəti dəfə özünün nizamnaməsinə belə zidd mövqe sərgilənməsindən təəssüfləndiyini bildirən A.Quliyev daha sonra yazır:

"Paşinyanın Baş nazirlik dövründə BMT-də yalan və saxtakarlıq dolu ikinci çıxışını da eşitdik. Ötən il 73-cü sessiyada da belə yalan dolu çıxış etmişdi .Onun birinci çıxışının BMT çərçivəsində nisbətən diqqət cəlb edə bilmək ehtimalı ona görə var idi ki, Paşinyan böyük hay-küy və vədlərlə gəldiyi üçün hələ nə dünya, nə də öz xalqı onu yaxşı tanıyır, nəyə qadir olduğunu bilmirdilər. Danışdığı Qarabağ yalanlarının fərqinə varmadan danışır, kimlərisə inandırdığını düşünərək dil qəfəsə qoymur. Ondan əvvəlki Serj Sarkisyan da eynən belə idi, abır-haya bilmədən yalanı yalana calayırdı. 2015-ci ildə onun BMT Baş Məclisindəki çıxışı yəqin xatırlanır. Bu sessiya ərafəsində Qazaxda təxribatla neçə Azərbaycan hərbçisinin həyatına son qoysa da, öz torpağını qorumaq vəzifəsini icra edən azərbaycanlı gəncləri utanmadan təxribatçı adlandırmışdi. Doğrudur, bizimkilər tərəfindən dərsini tutarlı şəkildə aldı. Bu dəfə isə Paşinyanın dərsini Hikmət Hacızadə necə lazımdırsa verdi. Ancaq onlar yenə danışırlar və hələ bundan sonra da danışacaqlar. Çünki...

Çünki Paşinyanın cavabını ilk növbədə Baş katib Quttereş verməlidi idi... Halbuki, Paşinyanla görüşdə onun demokratiya nağıllarına çox lüzumsuz və rüsvayçı formada dözümlü yanaşdı. Bircə kəlmə soruşmadı ki, Paşinyan, bizim Təhlükəsizlik Şurasının Qarabağ barədə 4 məşhur qətnaməsini 26 ildir niyə icra etmirsiniz?! Quttereş də BMT-nin nüfuzunu Paşinyanın ayaqlarının altına atdı....Təəssüf..."

 

Son xəbərlər