Cümə axşamı günü, 15 oktyabr 2026
     

Əli Kərimlinin Fuadın ailəsinin üstündə qurduğu oyun da baş tutmadı

Image


 

“Əli Kərimli də, digəriləri də özlərini siyasətçi hesab edirlərsə, Azərbaycan xalqının mentalitetinə, ailə dəyərlərinə hörmət etməli və öz çirkin oyunlarını ailə amili üzərində qurmamalıdırlar”

Məlum olduğu kimi, artıq AXCP-nin sədr müavinliyindən istefa verən  Fuad Qəhrəmanlının ailəsində ciddi problem yaşandığı barədə KİV-də və sosial şəbəkələrdə geniş müzakirə açılıb. F.Qəhrənanlının qızı Selcan Yağmurun sosial şəbəkədə atası barədə yazdığı statusun böyük əks-səda doğurduğu məlumdur.

Qeyd edək ki, S.Yağmurun yazdığı statusda anası və bacısı ilə birlikdə atasından gördüyü şiddətlər öz əksini tapıb. “Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. Çünki “Facebook”u ancaq məzələnmək üçün istifadə edən mən həmişə düşünmüşəm ki, “kimə nə axı mənim şəxsi fikrimdən?” Amma müəyyən sosial məsələlər mənə elə toxunur ki, onlara Selcan kimi yox, bir insan kimi fikir bildirməyi özümə görəv bilirəm.

Onsuz da bu yazını özümü ələ alaraq yazsam, dəhşətli emosional, qəzəbli bir şey çıxacağını bilirəm, çünki içində böyüdüyüm kimi qorxulu bir ailədə böyümək, insanın içinə ifadə etməkdə çətinlik çəkdiyim duyğular yükləyir.

Bir də onu bilirəm ki, bu yazıya görə hətta proqressiv insanlar tərəfindən də qınanacam, “çünki o sənin atandır”. Çünki atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o, evə çörək gətirib, məni böyüdüb.

Amma məncə, Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim deyil...”.

S.Yağmur, hətta F.Qəhrəmanlının övladı olduğundan imtina etdiyini də yazıb.

S.Yağmurun bu statusu ilə bağlı sosial şəbəkələrdə qızğın müzakirələr hazırda da davam edir. Sosial şəbəkələrdə bir sıra insanlar qeyd edirlər ki, Qəhrəmanlılar ailəsində baş verən bu olay öz-özünə yaranmayıb və bu hadisənin gündəmə gətirilməsi təsadüfi deyil. Bu qənaəti bölüşənlər hesab edirlər ki, Qəhrəmanlılar ailəsində baş verən bu olayın ssenari müəllifi radikalların başında duran AXCP sədri Əli Kərimlidir. Sosial şəbəkələrdə və ictimaiyyətdə böyük qınaqla qarşılanan olayın Ə.Kərimli tərəfindən düzənləndiyi meydana çıxır. Siyasətdə heç bir uğur qazana bilməyən Ə.Kərimlinin öz ətrafındakılara qarşı bu cür çirkin oyunlar oynadığını bildirənlərin dediyinə görə, F.Qəhrəmanlının ailəsində baş verənlərdə Ə.Kərimlinin əli var. Onun  özünün çirkli, məkrli siyasi oyunun qurbanına çevirdiyi Qəhrəmanlılar ailəsinə bununla böyük zərbə vurduğunu deyənlər qeyd edir ki, Ə.Kərimlinin bir ailə üzərində qurduğu oyun iflasa uğrayıb. F.Qəhrəmanlının qızı ölkəni tərk edib, F.Qəhrəmanlı özü isə AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri, politoloq Akif Nağı hesab edir ki, özünü siyasətçi sayan bir adamın bir azərbaycanlı ailəsi üzərində öz çirkin niyyətlərini reallaşdırmaq istəməsi qətiyyən qəbuledilən deyil. Ailə məsələsinin həddən artıq həssas məsələ olduğunu deyən A.Nağının sözlərinə görə, deyildiyi kimi, doğrudan da Ə.Kərimli F.Qəhrəmanlının ailəsinə qarşı belə xoşagəlməz oyun oynayıbsa, bu qətiyyən qəbuledilən deyil:”Fuad Qəhrəmanlının ailəsində baş verənlərdə müxtəlif diqqətçəkən amillər var. Siyasətlə məşğul olan insanlar bilməlidir ki, ailə müqəddəsdir və onun ailəsi ilə bağlı yol verdiyi istənilən hərəkət cəmiyyət tərəfindən izlənilir, eyni zamanda da onun hərəkətləri müxtəlif cür yozula və qiymətləndirilə bilər. Hesab edirəm ki, baş verənlər çox üzücü bir hadisədir. İnsan siyasi mübarizə aparırsa, bu, çirkli olmamalıdır, şəffaf olmalıdır. Mən bilmirəm Fuad Qəhrənmanlının ailə olayında Əli Kərimli nə dərəcədə rol oynayıb, oynamayıb, amma bu barədə fikirlər var. Bu deyildiyi kimi, doğrudan da  Əli Kərimlinin qurduğu oyundusa çox eybəcər bir oyundur, qəbuledilməzdir. Düşünürəm ki, ailə məsələsində, milli mental dəyərlərə münasibətdə bütün sərhədlər gözlənilməlidir. Əli Kərimli də, digəriləri də özlərini siyasətçi hesab edirlərsə Azərbaycan xalqının mentalitetinə, ailə dəyərlərinə hörmət etməli və öz çirkin oyunlarını ailə amili üzərində qurmamalıdırlar. Yəni kimliyindən asılı olmayaraq, hər kəsin ailəsi toxunulmazdır və ora kiminsə müdaxilə etməsi yolverilməzdir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ