Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanın neft gəlirlərinin bundan səmərəli xərclənmə variantları var idimi...

Image


“Bu gün sadə bir azərbaycanlı ailəsinin sosial rifah halının yüksəlməsi, yeni məktəblər, xəstəxanalar, kəndlər, yaşayış yerləri salınması, kəndlərin, qəsəbələrin, şəhərlərinin simasının dəyişməsi, inkişaf etməsi neft gəlirlərinin düzgün istiqamətdə xərcləndiyini təsdiqləyir”

“Neftdən gələn gəlirlərin düzgün istiqamətdə xərclənməsi göstərdi ki, bəli, bu vəsait Azərbaycanın yalnız milli maraqlarına, insan resurslarına, insanın əqli mülkiyyətinin inkişafına xərclənib”

Azərbaycan dövlətinin və xalqının həyatını müsbət istiqamətdə kökündən dəyişən “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötdü. Məlum olduğu kimi, “Əsrin müqaviləsinin” 25 illiyinə və Neftçilər gününə həsr edilən tədbirdə Prezident İlham Əliyev çıxış edərək, “Əsrin kontraktı”nın icrasının uğurlu nəticələrindən danışıb. Ölkə başçısı qeyd edib ki, neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı, ümumi inkişafımıza sərmayə kimi qoyuldu, sosial məsələlərin həlli üçün şərait yaratdı, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Prezident İlham Əliyev eyni zamanda bildirib ki, müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq - bütün bunların təməlində bizim neft sənayemiz dayanır. Bundan başqa, neftdən gələn gəlirlər hesabıba məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salınıb, çadır şəhərcikləri 2007-ci ildə ləğv olunub, yüz minlərlə köçkünə yeni evlər verilib, yeni mənzillər təqdim edilib, şəhid ailələrinə, müharibə veteranlarına güzəştlər, müavinətlər, mənzillər, minik avtomobilləri verilib, sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi, Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var və s.

Əlbəttə, Prezidentin qeyd etdiyi kimi, bütün bunlar Azərbaycan neftindən əldə edilən gəlir hesabına baş verib. Sözsüz ki, bu da neftdən gələn gəlirlərin səmərəli və ünvanlı xərcləndiyi deməkdir.

Bəzən müəyyən neft gəlirlərinin xərclənməsi istiqamətlərini tənqid edənlər də tapılır, onlar qeyd edirlər ki, neft gəlirləri başqa yerlərə yönəldilməliydi və s. Ölkə başçısının neftdən gələn gəlirlərin xərcləndiyi istiqamətləri konkret olaraq açıqladığı məlumdur. Bu halda müəyyən insanlar neft gəlirləri ilə bağlı bəzi təftişçi mövqe sərgiləməyə cəhd edirlər.

Azərbaycanın neft gəlirlərinin bundan səmərəli xərclənmə variantları var idimi?

“Səs” qəzeti və eyni adlı informasiya agentliyinin rəhbəri Bəhruz Quliyev baki-xeber.com-a bildirdi ki, Azərbaycan neftindən gələn gəlirlər tam olaraq vacib istiqamətlərə xərclənib. B.Quliyevin sözlərinə görə, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra neft istehsalı və neft sənayesinin inkişafı baş verdi və ölkəmizdə neft strategiyası həyata keçirildi. “Neftdən gələn gəlirlərin düzgün istiqamətdə xərclənməsi göstərdi ki, bəli, bu vəsait Azərbaycanın yalnız milli maraqlarına, insan resurslarına, insanın əqli mülkiyyətinin inkişafına xərclənib. Cənab Preizdent qeyd etdi ki, bizim həyata keçirdiyimiz siyasətin əsasında vətəndaş amili dayanır. Çıxışlarından birində isə demişdi ki, bizim məqsədimiz qara qızıldan gələn gəlirlərin insan kapitalına çevrilməsidir. Baxın, cənab Prezident də çıxışlarında qeyd edir, ekspertlər də, iqtisadçılar da sosioloqlar da bildirirlər ki, həqiqətən də neftdən gələn gəlirlər səmərəli şəkildə xərclənib. Neft xalqın, dövlətin sərvətidir və bu sərvətdən məharətlə istifadə olunur, eyni zamanda Azərbaycanın vətəndaşı da dövlətin sərvətidir. Bu iki sərvət bir-birini tamamlamalıdır. Neftdən gələn gəlirlər qeyri-neft sektoruna, turizmə, idmanın inkişafına, idman qurğularına, idman arenalarının inşasına yönəldildi. Bu gün 25-26 yaşlı gənc idmançı Azərbaycanı böyük nüfuzlu yarışlarda təmsil edə bilirsə, uğur qazanırsa bu neftdən gələn gəlirlərin düzgün xərclənməsi deməkdir. Bu gün əgər Azərbaycan əqli məhsullar inkişaf edib dünyaya ixrac edirsə bu bizim uğurumuzdur. “ASAN” Xidmət və digər təsisatlar var ki, Azərbaycan onları bir model kimi dünyaya ixrac edir. Bu da Azərbaycanın neftdən gələn gəlirləri düzgün istiqamətə yönəltməsidir. Sözümün canı odur ki, neftdən gələn gəlirlərin həm mənəvi, həm iqtisadi, həm sosial, həm insan resurslarına, həm də digər sahələrə yönəldilməsi  onu göstərir ki, bəli, Azərbaycan bu istiqmaətdə düzgün yol tutub. Bu gün “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Təkcə 1994-cü ildən, yəni “Əsrin müqaviləsi” bağlandığı dövrdən bu müqavilə ilə dünyaya yenidən təsdiq olundu ki, Azərbaycan de-yure, de-fakto müstəqildir. Yəni onun hüquqi müstəqilliyi ilə yanaşı əsas müstəqilliyi də var. “Əsrin müqaviləsi”nin imzalanması bir daha Azərbaycanın beynəlxalq imicinin formalaşdırılmasına xidmət etdi, Azərbaycan sabit, təhlükəsiz dövlət kimi investorların cəlb edilməsinə nail oldu, xarici investorlar Azərbaycana sərmayə qoydular. Azərbaycan müxtəlif danışıqlarda masa ətrafında əyləşəndə, beynəlxalq tədbirlərdə iştirak edəndə ona nüfuzlu neft ölkəsi kimi yanaşılır, tərəfdaş kimi baxılır. Bu gün Azərbaycan Qafqazda ən möhtəşəm dövlətlərdən biridir ki, dünya miqyaslı iri layihələrdə tərəf kimi çıxış edir. Həyata keçirilən transmilli layihələrin birbaşa təşəbbüskarı və təşkilatçısı Azərbaycandır. “Bakı-Tiflis-Ceyhan”, “Cənub Qaz dəhlizi” və başqa dünya əhəmiyyətli layihələrə Azərbaycan uğurla ev sahibliyi, təşkilatçılıq, təşəbbüskarlıq edirsə bu da neftdən gələn gəlirlərin düzgün istiqamətdə xərclənməsi deməkdir”.

Bu gün Azərbaycan neftinin Azərbaycan vətəndaşının sosial rifah halının yüksəlməsinə xidmət etdiyini qeyd edən B.Quliyevin sözlərinə görə, hər bir vətəndaş neftdən gələn gəlirin faydasını görə bilir. Hazırda Azərbaycan idmançısının, Azərbaycan məktəblisinin, sadə vətəndaşının sosial rifahının yüksəlməsi onu deməyə əsas verir ki, neft gəlirləri düzgün istiqamətə yönəldilib:”Bu gün sadə bir azərbaycanlı ailəsinin sosial rifah halının yüksəlməsi, yeni məktəblər, xəstəxanalar, kəndlər, yaşayış yerləri salınması, kəndlərin, qəsəbələrin, şəhərlərinin simasının dəyişməsi, inkişaf etməsi neft gəlirlərinin düzgün istiqamətdə xərcləndiyini təsdiqləyir. Azərbaycan ailəsinin sosial rifahı yaxşılaşırsa və o bunu öz həyatında hiss edirsə bu neftdən gələn gəlirlərin insanların həyatının, rifahının inkişafına yönəlməsidir.

Bəziləri iddia edir ki, neftdən gələn gəlirlər daha başqa istiqamətlərə xərclənsəydi daha səmərəli olardı. Onlar “başqa istiqamətlər” deyəndə nəyi nəzərdə tuturlar, bilmirəm. Ancaq dövlətin strateji xətti, məqsədi, pioritet isrtiqaməti aydındır. Cənab prezident dəfələrlə çıxışlarında qeyd edib ki, neftdən gələn gəlirlərimiz inkişafa, milli maraqlara, insan resurslarına, vətəndaşın sosial-iqtisadi inkişafına xidmət edir. Bu da bu gün özünü göstərməkdədir. “Əgər neftdən gələn gəlirlərin daha başqa istiqamətlərə yönəldilməsinə ehtiyac olacaqsa, buna zərirət yaranacaqsa, bu da, təbii ki, öz həllini tapacaq, hazırda isə neftdən gələn gəlirləri dövlət daha vacib istiqamətlətə yönəldir. Bilirsiz ki, dünya inkişaf edir, modern tələblər müasirləşmə, modernləşmə, yeniliklər kimi məsələləri özündə ehtiva edir. Azərbaycan dövlətinin hədəfi yeniləşmək, dünyaya inteqrasiya etməkdir. Hesab edirəm ki, zərurət yaranarsa, neftdən gələn gəlirlər bu istiqamətə də yönəldiləcək. Fikrimcə, Azərbaycanın neft siyasəti düzgün siyasətdir. Cənab Prezidentin apardığı çox uğurlu siyasət sözün əsl mənasında Azərbaycanın milli maraqlarına, Azərbaycan vətəndaşının inkişafına yönəldilib. Dövlətin ən əsas vəzifəsi onun sərvətini-vətəndaşını qorumaqdır ki, dövlətimiz də neft gəlirlərini bu istiqamətə, onun sosial-iqtisadi və intellektual inkişafına yönəldib”-deyə B.Quliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ