20/10/2019 18:53
728 x 90

Türkiyə Səfirliyi azərbaycanlıların qardaş ölkədən deportasiyası xəbərinə aydınlıq gətirdi

img

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyi azərbaycanlıların qardaş ölkədən kollektiv şəkildə deport edilməsi xəbərlərinə aydınlıq gətirib.

TC-nin Bakıdakı Səfirliyinin Mətbuat Müşavirliyindən bununla bağlı “Bakı Xəbər”ə göndərilən açıqlamada deyilir:

 Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal şəraitdə yaşayan Azərbaycan vətəndaşlarının kollektiv şəkildə deport edilməyə başlandığına dair xəbərlər dərc olunub. Həmin xəbərlər həqiqəti əks etdirmir.

Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi iki gün əvvəl vitse-prezident cənab Fuat Oktay və Baş nazir cənab Novruz Məmmədovun sədrliyilə keçirilən Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə edilib və problemlərin həlli istiqamətində lazımi addımların atılması qərara alınıb.

Son xəbərlər