Cümə axşamı günü, 15 oktyabr 2026
     

Gün var, əsrə bərabər: “Əsrin kontraktı” müstəqilliyimizin qarantı olan tarixi hadisədir

Image


Heç kimə sirr deyil ki, müstəqil Azərbaycanın yüksəliş dövrünün əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının uğurları ilə qoyulub. Məhz həmin strateji kursun nəticəsində “Əsrin müqaviləsi”nin həyata vəsiqə alması ilə gənc, müstəqil Azərbaycan dövləti karbohidrogen ehtiyatlarından sərbəst surətdə istifadə etmək imkanı qazanıb. Ötən müddətdə neft strategiyası çərçivəsində əldə olunmuş uğurlar Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırıb, ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin əsas təşəbbüskarı və fəal iştirakçısına çevrilib.

Amma hər şey belə asan başa gəlməyib. Azərbaycan nefti, Azərbaycan neftçiləri böyük bir şanlı tarixə də şahidlik ediblər. Neft tarixindən söz düşəndə, nədənsə ilk yadıma düşən “Nəsimi” filmində Miranşahın atası Əmir Teymura dedikləridir. Əlincə qalasını illərlə mühasirədə saxlayan varis qalanı fəth edə bilməməsinin bir səbəbini də belə izah edir: “Bakıdan gizli yollarla neft gətirib qaladan başımıza od tökürlər”. Hə, Bakı neftinin tarixi çox uzaqlara gedib çıxır. IX əsrdə yaşamış ərəb tarixçisi Əhməd Əl-Bəlaruri, sonrakı dönəmlərdə Əbu İshaq İstəxri və Əbu Həsən Əli Məsudi Bakının neftli torpağı barədə yazmışlar. İtaliyalı səyyah Marko Polo, alman diplomat Adam Oleari də Bakı neftinə öz qeydlərində yer ayırıblar.

Tarixi mənbələrə inansaq, Abşeronda ilk neft quyusunu 1594-cü ildə Allahyar Məmməd Nuroğlu qazıb. Əmin Əhməd Razinin məlumatına görə, XVI əsrin əvvəlində Bakı ətrafında 500-dək belə neft çalası və quyusu olub.

Ümumiyyətlə, Azərbaycan neft sahəsində dünya miqyasında bir çox “ilk”lərə imza atıb. 1803-cü ildə Qasımbəy Mənsurbəyov Bibi-Heybət yaxınlığında iki neft quyusunu qazdırıb. 1847-ci ildə dünyada ilk dəfə olaraq Bibi-Heybət ərazisində mexaniki üsulla neft quyusu qazılıb və sənaye əhəmiyyətli neft çıxarılmağa başlanmışdır. 1871-ci ildə yenə dünyada ilk dəfə Balaxanıda neft quyusu yeni qazma üsulu, yəni ağac ştanqların tətbiqi və zərbə yolu ilə qazıldı, “Balaxanı-Sabunçu-Ramanı” yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. Bir maraqlı fakt, təsəvvür edin, 1899-1901-ci illərdə Azərbaycan il ərzində təxminən 11.5 milyon ton neft ixrac etməklə dünyada birinci yeri tutmuşdu. Müqayisə üçün həmin ildə dünyanın ən böyük dövlətlərindən olan ABŞ 9.1 milyon ton neft hasil etmişdi.

Azərbaycan öz adından bir də İkinci dünya müharibəsi zamanı söz etdirdi. 1941-ci ildə Azərbaycanın istehsal etdiyi 23.5 milyon ton neft SSRİ-də çıxarılan neftin 71.4 %-ni təşkil edirdi. 1949-cu ildə isə Azərbaycan dünya neft tarixinə daha bir möhtəşəm “ilk”lə damğasını vurdu. Belə ki, həmin il “Neft Daşları” yatağı kəşf olundu və dünyada ilk dəfə dənizdə neft quyusu qazıldı. Orada qazılan quyu 1949-cu ilin noyabr ayının 7-də neft verdi və “Neft Daşları” dünya miqyasında açıq dənizdə kəşf edilmiş birinci yataq oldu, Ginnesin Rekordlar kitabına düşdü. Bu il 70 illiyini qeyd edəcək “Neft Daşları”ndakı yataqlardan indiyədək 180 milyon tonadək neft hasil olunub. 1971-ci il martın 28-də respublikamızda ümumilikdə milyardıncı ton neft çıxarıldı. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev “Neft Daşları”nı əsrdən əsrə atılmış körpü adlandırıb. Bu sözlərin dərin mənası var. Çünki “Neft Daşları”nın ardınca bu böyük xəttin üstündə “Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz” və zəngin ehtiyatlara malik digər yataqlar aşkar olunub. Bu gün onlar hələ də bütün dünyaya səs salmağa davam edir.

70-80-ci illər Azərbaycan neft sənayesinin yüksəliş dövrü hesab edilə bilər. Həmin illərdə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf-1” üzən qazma qurğusundan istifadəyə başlanıldı. Sonra ardıcıl olaraq “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və “Şelf-5” qurğuları istifadəyə verildi, 1980-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı.

SSRİ-nin dağılma ərəfəsi və ondan sonrakı iki il ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi neft sənayesində də durğunluq dövrü yaşandı. Hər şey ulu öndərin təşəbbüsü və gərgin əməyi iləə ərsəyə gələn “Əsrin müqaviləsi”ndən sonra başladı. Həmin il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı.

Sabah 25 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” ölkə tarixinin ən parlaq səhifələrindən biridir və müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb.

2017-ci ilin sentyabr ayında bu saziş əsrin ortalarınadək uzadıldı. “Əsrin müqaviləsi”ylə bağlı bəzi faktlara nəzər salaq:

1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 milyon ton (3.6 milyard bareldən artıq) neft hasil edilmişdir.

 Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3.3 milyard barel ACG nefti dünya bazarlarına daşınmışdır. 

2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınmışdır.

Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 milyard kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilmişdir.

AÇG layihəsinin əsaslı xərcləri 2019-cu ilin ikinci rübünün sonunadək 36 milyard dollar təşkil etmişdir.

 1994-cü ildə AÇG layihəsi başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 milyon dollar xərcləmişlər.

2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılmışdır.

Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verildi. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.

AÇG layihəsi  çərçivəsində bir platforma - Çıraq platforması, yenidən qurulmuş, yeddi təzə platforma tikilmiş, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilmiş, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılmışdır.

2019-cu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu vardı.

AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var, ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılmışdır.

 "Azəri-Çıraq-Günəşli yatağına həmin dövrdə 30 il üçün 36 milyard ABŞ dolları məbləğində sərmayə qoyuldu. Azərbaycan Prezidentinin uzaqgörən neft-qaz siyasəti nəticəsində bu müqavilə 2017-ci ildə daha 32 il müddətinə uzadıldı. Müqaviləyə daha 40 milyard dollar investisiya qoyulacaq. İndiyədək "Əsrin müqaviləsi” ölkəmizə 143 milyard dollardan çox gəlir gətirib. Bu müddət ərzində 492 milyard kubmetr qaz hasil edilib. Ümumilikdə, Azərbaycanın neft-qaz sənayesinə, orta hesabla, 101 milyard dollar investisiya qoyulub”.

Ən az, 62 illik dövrü əhatə edəcək "Əsrin müqaviləsi”nin unikallığı onun effektivliyində, uzun illər üçün nəzərdə tutulmasındadır.

İndi bir çoxlarını bir sual daha çox maraqlandırır:  “Əsrin müqaviləsi” başa çatdıqdan sonra nə olacaq?”.

Bu suala qocaman neftçi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident Xoşbəxt Yusifzadə belə cavab vermişdi:

“Bu sual həm bizi, həm də xarici tərəfdaşlarımızı düşündürürdü. Qarşımızda bir neçə variant var idi. Birinci variant BP şirkətinin operatorluq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirmək idi. İkinci fikir o idi ki, bəlkə biz başqa xarici şirkətlərlə əməkdaşlığa gedək, onlarla müqavilə bağlayaq. Üçüncüsü də o idi ki, 2024-cü ildən sonra AÇG-ni özümüz işlədək. Bu variantların hər biri dönə-dönə təhlil edildi. Sonda biz BP şirkəti və onun tərəfdaşları ilə işin təklif etdiyimiz kommersiya şərtləri əsasında davam etdirilməsini üstün tutduq. Ona görə ki, 1994-cü ildən AÇG-də işləyən BP və onun tərəfdaşları bu yataqlara, onların xüsusiyyətlərinə dərindən bələd olmuşdular. BP ilə məsləhətləşmələr, danışıqlar aparıldı. Onlar da əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirdilər. Danışıqlarımız 2017-ci il sentyabrın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş müqavilənin imzalanması ilə nəticələndi. Bu kontrakt “Əsrin müqaviləsi”nin ömrünü 2050-ci ilə qədər uzatdı. Yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. Bu barədə artıq hər kəs məlumatlıdır.  “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı”.

Yazının başlığını isə nahaq yerə elə seçmədik: Hə, gün var, əsrə bərabər. Bəlkə də, əsrlərə...

Səbuhi MƏMMƏDLİ

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ