Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
16/10/2019 14:13
728 x 90

Azərbaycana “xarici qrant yeyiciliyini” gətirmiş Rəşid Hacılı kimilərin əsl üzünü açmaq vaxtıdır...

img

Azərbaycan oxucusunun hansısa bir qəzet-jurnal məqaləsinin müəllifi kimi xatırlamadığı, ümumiyyətlə hansısa qəzet və jurnalda nə vaxtsa jurnalist, ya baş redaktor kimi işləyib-işləmədiyi bilinməyən Rəşid Hacılı deyilən biri bu gün bütün jurnalistləri təhqir edən karikatura paylaşıb, həm də üstünün yazısı ilə...

Adam yüzlərlə tanınmış əsl qələm sahibinin təmsil olunduğu jurnalistlər ordumuzu bir parça sümüyə doğru yürüyən əcaib məxluqlar kimi təqdim edib. Ömrünün bircə gününü belə Azərbaycan mediasına bağlamamış birinin bu qədər qeyri-etik münasibətinin üzərindən sükutla keçilməsini özünə hörmət qoyan heç bir jurnalistə yaraşdırmazdım. Əsl tərbiyəsizlik nümunəsi olan bu hərəkətə layiqli və kəskin qiymətin verilməsini hər bir jurnalistdən gözləyirəm. Adamın başımı xarab olub, Azərbaycan jurnalistlərini bu qədərmi şərəfsiz və ləyaqətsiz sayır, məsuliyyət hissindən bu qədərmi uzaq düşüb, neçə illərin “atılmış” həyat tərzindən sonra insanlıq hissini bu qədərmi itirib – sualların cavabını hər bir jurnalistin cəsarətli və  prinsipial reaksiyasında tapa biləcəyimə ümid edirəm. Azərbaycanda hansı ermənidən gəldiyi bilinməyən ilk media qrantlarının artıq-urtuğu ilə böyüyüb ailə-uşaq sahibi olan belə stajlı qrantyeyənlərin əsl sifətini göstərməyin vaxtıdır.

Aydın QULİYEV

Son xəbərlər