08/12/2019 06:15
728 x 90

Keçmiş AXCP üzvü Əli Kərimlini ifşa etdi: “İnsanları “rasxoda” verir, “onun varlığı həbslərlə bağlıdı”, troll ordusuna şəxsən rəhbərlik edir...

img

Vəziyyət görün nə həddə çatıb ki, vaxtilə Əli Kərimlini dəstəkləyən insanlar artıq özləri onun iç üzünü açıb göstərməkdədir. AXCP sədrinin troll ordusu, onların işləmə (əslində şərləmə) mexanizmini ifşa edən bunca bir etirafa rast gəlməmişdik. Əslində etiraf da deyil. Söhbət acı reallıqdan gedir.

Vaxtilə AXCP üzvü olmuş Rəşad Babalının Feysbukdakı bu paylaşımı məhz o reallığı özündə əks etdirir. Sitat:

- Son müşahidələrimdən sonra bir daha əmin oldum ki, AXCP Azərbaycan üçün yekə bir problemdi. Bir-bir izah edim.
AXCP sədri Əli Kərimlinin birbaşa tapşırıq və göstərişlərini yerinə yetirən troll ordusu yenə performansını sərgilədi. Bunların birbaşa Kərimlidən göstəriş almasını ona görə əminliklə deyirəm ki, özüm şahidiyəm. Özü yazmasa belə, müavinləri və aktivistləri vasitəsilə qapalı qruplara, messencer qruplarına "filankəsi vurun, dislike edin, rəy sorğusunda Əli bəyi dəstəkləyin" və s. tipli göstərişlərini şəxsən almışam. Göstərişləri də yola vermişəm həmişə. Bundan əlavə dəfələrlə təkrar olunan troll ataklarına cənab Kərimli bircə kəlmə “dur” komandası verməklə saxlaya və kəsə bilərdi. İndi də gec deyil. Etmirsə, demək ki, birbaşa suçlu və göstərişi verən də o özüdü.
Gələk ikinci məsələyə. Ə.Kərimli rəhbərliyindəki AXCP-nin hakimiyyətə qarşı radikal müxalifətdə olması, onların belə desək, haqq yolunda olması demək deyil. Getdikcə marjinallaşan partiya ömürlərin, karyeraların qara dəliyinə çevrilib. AXCP və sədri insanları "rasxod"a verməkdən usanmır. Ona görə ki, varlığı həbslərə bağlıdı.
AXCP-ni hakimiyyətə qarşı barışmaz bir qurum kimi qələmə verməklə (tutaq ki, elədi) onun etdiklərinə haqq qazandırmaq keçmir daha. Barışmaz olmaq problemləri nəinki həll etmir, əksinə daha da dərinləşdirir. Hakimiyyəti hansısa addımlara sövq etməyin yolunun ancaq və ancaq radikal və barışmaz olmaqdan keçməsi köhnəlib. Ələlxsus bu cür mövqe görüntü olanda.
AXCP köklü və təcrübəli ola bilər. Hətta elektorat cəhətdən ölkədə yek olması belə ona üstünlük gətirmir, əksinə babat məsuliyyət qoyur. Müqayisələrdən zəhləm getsə də, belə bir bənzətmə edim. Normal futbol oynayan cəmi 11 nəfər var. Lakin onlar da oynamaq əvəzinə, farmazonluq edirlər. Normal məşq etmirlər, oyuna çıxanda məsuliyyətsiz davranırlar. Tənqid olunanda da "bu oyunu oynayan ancaq bizik. Ya qəbul etməlisiniz, ya da çıxıb özünüz oynayın" tipli cavablar verirlər. Nə qədər uğurlu müqayisədi bilmirəm, amma AXCP-nin verdiyi reaksiya məhz belədir.

Necə deyərlər, şərhsiz!

S.MƏMMƏDLİ

Son xəbərlər