İtaliyanın nüfuzlu “Eurasianews.it” xəbər agentliyi Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə öz saytında, habelə “YouTube” kanalında Heydər Əliyevin 95 illik yubileyi münasibətilə “Edizione Nuova Cultura” nəşriyyatı tərəfindən çap edilmiş, Roma Sapienza Universitetinin professorları Daniel Pommier Vinçelli və Andrea Karteninin həmmüəllifləri olduğu “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabının təqdimatından və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Romada keçirilmiş rəsmi qəbuldan geniş videoreportaj təqdim edib.
AZƏRTAC xəbər verir ki, videoreportajda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən və bu ölkədəki dövlət rəsmilərindən Azərbaycan-İtaliya əlaqələri ilə bağlı alınan eksklüziv müsahiblərə geniş yer verilib.
Videoreportajla http://bit.ly/2LPl4pWb linkindən tanış olmaq mümkündür.