İran prezidenti Həsən Ruhani 2018-ci ilin baharında Azərbaycana səfər edəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında APA-nın sualına cavabında deyib. O bildirib ki, prezident H. Ruhaninin Azərbaycana və Orta Asiya ölkələrinə səfəri planlaşdırılır: “Hazırda bu səfərlər üçün hazırlıq işləri görülür. Ekspertlərin qarşılıqlı səfərləri təşkil olunur. İkitərəfli əlaqələrin inkişafı üçün sənədlər hazırlanır. Lazımı hazırlıqlar tamamlanarsa, prezidentin səfəri yaxın 3 ay ərzində - bahar fəslinin əvvəlində baş tutacaq”.