Dekabrın 24-də Baltikyanı ölkələrin blogerlərinin “TravelBlog.lv” layihəsi üzrə Qarabağ barəsində çəkdiyi filmin anonsu təqdim olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “rusarminfo.ru” xəbər yayıb. Xəbərə görə, layihə rəhbəri Aleksandr Alimov Azərbaycanın bir parçası olan Dağlıq Qarabağı ayrıca “respublika” kimi təqdim edərək, filmin seyrçilərini bura səfər etməyə həvəsləndirir. “Sizin Dağlıq Qarabağa səfər etmək imkanınız yaranıbsa, bir an belə düşünməyin. Siz bi səfərdən tam başqa bir insan olaraq dönəcəksiz, sadəcə mənim bu sözümə güvənin”- deyə bloger filmin anonsunda yazır. Eyni zamanda qeyd edir ki, yanvarın 10-dan ekranlara çıxacaq filmin çəkilişinə onu Azərbaycana qanunsuz səfər edərək ölkə qanunları ilə cəzalandırılan Aleksandr Lapşin həvəsləndirib.
Görünür, Lapşinin Azərbaycan Prezidentinin əfvinə sığınaraq azadlığa şıxması bəzilərini qanunu pozmağa şirnikləndirir. Lakin unudurlar ki, böyüklük də bir yerə qədərdir...