Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.
Baki-xeber.com-un president.az saytına istinadən məlüumatına görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib. Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına layihə barədə məlumat verib. Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.
Sonda xatirə şəkli çəkdirilib.