çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibətilə Slavyan Universitetində geniş tədbir keçirilib - FOTO

Image


Dekabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, BSU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının təqdimatı və 50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən qüdrət" mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs Media Qrupu”nun baş redaktoru Bəhruz Quliyev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, BSU-nun Jurnalistika kafedrasının müdiri Etibar Babayev, Əməkdar jurnalist Şəlalə Həsənova, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə və BSU-nun müəllim və tələbə heyəti iştirak edib.

BSU-nun rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibətilə təbrik edərək, azad sözün və informasiya təminatının cəmiyyətin bütün təbəqələri üçün aktuallığından söz açıb, yubilyarın monoqrafiyasının məziyyətlərinə diqqət çəkib. "Gördüyünüz kimi, bu məclisdə ziyalılar, təfəkkür sahibləri, ölkəmizin  jurnalistika ordusunun ən görkəmli nümayəndələri iştirak edir. Jurnalitika olduqca geniş sahədir. Burada çalışan qələm sahibləri bütün cəmiyyətin fikrini ədalətli, qərəzsiz şəkildə ifadə edirlər. Bu gün təqdim olunan monoqrafiya jurnalistika üçün böyük töhfədir. Biz BSU-nun kollektivi adından Vüqar müəllimi təbrik edirik və ona fəaliyyətində uğurlar arzulayırıq", - deyən N.Əliyeva V.Rəhimzadəyə BSU-nun kollektivi adından xatirə hadiyyəsini və gül dəstəsini, həmçinin təşəkkürnaməni təqdim edib.

Əməkdar jurnalist Şəlalə Həsənova Vüqar Rəhimzadənin baş redaktoru olduğu “İki sahil” qəzetinin Azərbaycan mətbuatının inkişafındakı rolundan danışıb: “Vüqar Rəhimzadə müstəqil Azərbaycanın tarixi salnaməsinin yaradıcılarından biridir. Bu işdə baş redaktoru olduğu “İki sahil” qəzetinin müstəsna rolu var. Biz Vüqar Rəhimzadəni həm də ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin yolunuzu gözləyir” müraciətini imzalayan məşhur “91-lər”dən biri kimi tanıyırıq. “İki sahil” qəzeti 1991-ci ildə, ölkəmiz üçün çətin və ağır dönəmdə yaradıldı. O vaxtlar Vüqar müəllim, təzyiqlərə və çətinliklərə baxmayaraq, rəhbərlik etdiyi qəzetin səhifələrində Azərbaycanı düşdüyü ağır durumdan çıxara biləcək yeganə şəxsin məhz Heydər Əliyev olduğunu xüsusi vurğulayırdı. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilmiş Ümumrespublika Müşavirəsində ulu öndər Heydər Əliyev həqiqətlərin  təbliğində “İki sahil” qəzetinin rolunu olduqca yüksək qiymətləndirmişdir.  O vaxtdan “İki sahil” qəzeti öz nüfuzunu qoruyub saxlayır, jurnalistikanın dəqiqlik, obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərinə sadiqliyini nümayiş etdirir”.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söyləyib: "50 illik yubiley həm də bir hesabatdır. Vüqar müəllim bu gün bizlərə fundamental əsaslı, olduqca önəmli kitab təqdim edir. Düşünürəm ki, bu nəşr söz və mətbuat azadlığına, eləcə də demokratiyanın inkişafına xidmət edən fundamental əsərdir. Söz və mətbuat azadlığı dedikdə, bu yalnız media sahəsində deyil, eləcə də cəmiyyətdə azad təfəkkür deməkdir. Azadlıq, ümumiyyətlə, ruhun substansiyasıdır. İnsan övladı yarandığı gündən azadlığa meylli olub. Bu, fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiyaya rəy yazan biri kimi, bu əsəri diqqətlə oxumuşam. Düşünürəm ki, monoqrafiya informasiyalı cəmiyyət quruculuğuna dəstək  baxımından da faydalıdır".

Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Vüqar Rəhimzadənin təkcə “İki sahil” qəzetindəki fəaliyyətini xatırlatmaq kifayətdir ki, onun Azərbaycan jurnalistikasının inkişafı üçün gördüyü işlər göz önündə canlansın: “Gənc yaşlarından mətbuatda olan Vüqar müəllim cəsarətli yazılarla çıxış edirdi. Bu gün də rəhbəri olduğu “İki sahil” qəzeti eyni missiyanı yerinə yetirir. Azərbyacan jurnalistikasının təməl prinsiplərinə söykənərək həm mətbuatın, həm də azad sözün və demokratiyanın inkişafına xidmət edir. Düşünürəm ki, bu monoqrafiya xüsusilə gənc jurnalistlər üçün əsl qaynaq olacaq.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli Vüqar Rəhimzadəyə 50 illik yubileyi və təqdimatı keçirilən monoqrafiyanın işıq üzü görməsi münasibətilə təbriklərini çatdıraraq bunları deyib: "Bu kitabda xeyli sayda mənbələrdən istifadə edilib. Bu qədər mənbəyə əsaslanan bir monoqrafiyanı qələmə alıb dərc etmək elə də asan başa gəlməyib. Amma mündərəcatdan görünür ki, monoqrafiya önəmli məsələlərin həllini ortaya qoyur, Qərb mətbuatı ilə müqayisəli təhlillər aparılır. Ümid edirəm ki, bu nəşr sistemli şəkildə mətbuata öz töhfəsini verəcək"

"Səs Media Qrupu”nun baş redaktoru Bəhruz Quliyev çıxışında V.Rəhimzadəni peşə prinsiplərinə sadiq istedadlı həmkar, Yeni Azərbaycan Partiyasının siyasi və ideoloji kursunun yeridilməsində fəal ictimai xadim kimi xarakterizə edib. Yubilyarın elmi fəaliyyətinin məziyyətlərindən danışan B.Quliyev "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının istər dərs vəsaiti, istərsə də bu sahənin araşdırılmasındakı mənbə olaraq dəyərindən söz açıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, “İki sahil” qəzeti 1991-ci ildən bu günə qədər aktiv fəailiyyətini davam etdirir. "Vüqar müəllim ömrünü jurnalistikaya, elmə həsr edən şəxslərdən biridir. Bu elmi əsər də onun parlaq yaradıcılığının bariz nümunəsidir. Bu gün "İki sahil" qəzetinin kollektivinin nümayəndələri də buradadır. Arzu edirəm ki, gələn təqdimatda "İki sahil" televiziyası iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır", - deyə o vurğulayıb.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Vüqar Rəhimzadəni dəyərli elmi tədqiqatı münasibətilə təbrik edib: "Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan, gənclərə dəstək olan qələm sahiblərindən biridir. Ölkədə azad söz, azad mətbuat, jurnalistikanın təbliğatçılarındandır. Biz əks cəbhələrdə dayanmışıq. Ancaq dövlət naminə bir araya gəlməyi bacarmışıq. Dəfələrlə əks mövqelərdə qarşı-qarşıya gələndə Vüqar müəllimin yüksək intellektinin və nitq mədəniyyətinin, opponentinə göstərdiyi hörmətin şahidi olmuşam. 50 illik yubileyini qeyd edən həmkarımıza yeni yaradıcılıq uğurları arzulayıram".

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə özünün hələ məktəbli olduğu illərdə “İki sahil” qəzeti ilə əməkdaşlıq etdiyini xatırladıb. V.Rəhimzadəni hər zaman gənclərə dəstək olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, V.Rəhimzadə gərgin əməyi və zəhməti hesabına jurnalistikada yüksək pilləyə çatıb. Həyatının 50 ili ərzində qazandıqları məhz bu zəhmət və əməyin mükafatıdır.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Vüqar Rəhimzadəni təbrik edərək, yubilyarın medianın inkişafına verdiyi töhfələrdən danışıb. O bildirib ki, Vüqar Rəhimzadə Mətbuat Şurası yaranandan bu qurumun üzvüdür. Şuranın işinin ağırlığı onun üzərinə düşür. İstər şikayətlərin araşdırılmasında, istərsə də qurumun müxtəlif tədbirlərində yaxından iştirakı ilə fərqlənir. “Jurnalistika elə bir sahədir ki, onu başqa heç bir peşə ilə müayisə etmək mümkün deyil. Bir insanın aldığı informasiya onun həyatında əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet, televiziya, mətbuat orqanları olmasa, cəmiyyətin həyatında hansı dəyişikliklər baş verər. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqca mühüm rol oynayır. Vüqar Rəhimzadə monoqrafiyasında bu iki məqamı ustalıqla birləşdirə bilib. Düşünürəm ki, uzun illər bu sahədə təcrübəsi olan bir insanın ərsəyə gətirdiyi monoqrafiya Azərbaycan mediası üçün son dərəcə vacib və faydalıdır. Onu da deməliyəm ki, yubilyar əsl jurnalist olmaqla yanaşı, qayğıkeş və səmimi dostdur, gözəl ailə başçısıdır", - deyən Ə.Amaşov medianın inkişafındakı xidmətlərinə və 50 illik yubileyinə görə V.Rəhimzadəni rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

Sonda çıxış edən V.Rəhimzadə yaradıcılığına verilən dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ