şənbə günü, 09 may 2026
     

Prezident İlham Əliyev Tehranda Ruhani və Putinlə çoxşaxəli müzakirələr apardı… - YENİLƏNDİ / FOTO

Image


Noyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasına işgüzar səfər edib. Tehranın Mehrabad hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasian və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhaninin görüşü olub.

Görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib. Son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirilərək, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.

Görüşdə iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunaraq, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.

Prezident Əliyevin Putinlə görüşü...

Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə də görüşü olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdən öncə Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xarakterli əlaqələr mövcuddur. İkitərəfli əlaqələrin inkişafına yönələn səylərin hədər getmədiyini deyən Rusiya Prezidenti bildirib ki, 2017-ci ilin ilk 9 ayında ticarət dövriyyəsinin həcmi 62 faiz artıb. “Biz digər istiqamətlər üzrə də işləyirik, daim regional problemlərlə bağlı məsləhətləşirik”, - deyə o vurğulayıb.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu cür görüşlər həmişə yaxşı nəticələrə gətirib çıxarır: “Biz əlaqələrin inkişafına yeni impuls veririk. Çox sevinirik ki, ticarət dövriyyəsinin həcmi artır. Bu, iki ölkənin biznes strukturlarının böyük qarşılıqlı maraqlarının göstəricisidir. Rusiya ilə əlaqələrimiz strateji xarakterə malikdir. Humanitar, iqtisadi, enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Ona görə də bu, dostların, qonşuların və yaxın tərəfdaşların hərtərəfli münasibətləridir”.

İ.Əliyev onu da qeyd edib ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli sammiti qlobal miqyaslı tarixi hadisədir.

Prezident İlham Əliyev Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə də görüşüb.

Dövlət başçılarının üçtərəfli görüşü...

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib.

İran, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında deyib:

“Hörmətli prezidentlər.

Hörmətli Zirvə görüşünün iştirakçıları.

İlk növbədə, İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaniyə göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Bugünkü Zirvə görüşünün böyük əhəmiyyəti var. Bu görüş keçən il yaradılmış üçtərəfli, yüksək səviyyəli əməkdaşlıq formatının möhkəmləndirilməsi işində mühüm addımdır.

Keçən ilin avqust ayında Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk Zirvə görüşü keçirilmişdir. Görüşün gözəl nəticələri üçtərəfli əməkdaşlığın dərinləşməsinə xidmət etmişdir. Əminəm ki, bugünkü görüş də bir çox önəmli məsələlərin həllində öz rolunu oynayacaqdır.

Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm İran, həm də Rusiya ilə sərhədləri var. Ölkələrimizin coğrafi vəziyyəti əməkdaşlığımızın önəmli amilidir. Xalqlarımızın tarixi əlaqələri isə üç ölkə arasında tərəfdaşlığın möhkəm təməlini təşkil edir.

Azərbaycan İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Rusiya ilə MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətimizi qeyd etmək istərdim. Biz BMT çərçivəsində də fəal əməkdaşlıq edirik.

Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

Hörmətli görüş iştirakçıları, üçtərəfli format iqtisadi əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratmışdır. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu gündəlikdə olan vacib məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq. İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır. Keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoymuşdur. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır. Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Üç ölkə arasında əlaqələrin uğurlu inkişafının nəticəsi olaraq biznes dairələri də daha inamla sərmayə qoymağa başlamışlar. Ümid edirəm ki, bugünkü Zirvə görüşü də ölkələrimizin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək.

Ölkələrimiz neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirirlər. İran və Rusiya şirkətləri 20 ildən artıqdır ki, Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində iştirak edirlər.

Elektroenergetika sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xəttlərini birləşdirib. Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik verilişi xəttləri birləşdirir. İran-Azərbaycan enerji sistemlərini isə “İmişli-Parsabad” elektrik xətləri birləşdirmişdir. Araz çayında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanmış saziş qüvvəyə minmiş və icra edilir. Ordubad Su Elektrik Stansiyasının tikintisi uğurla gedir.

Nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa etmişdir. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür.

Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılmışdır. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilmişdir. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatmışdır.

Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaqdır.

Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

Hörmətli həmkarlar, bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər sülh, dostluq və əməkdaşlıq dənizidir. Xəzər dənizində sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur.

Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində bu yaxınlarda Bakıda “Dəniz Kuboku - 2017” beynəlxalq yarışları təşkil olundu. Bundan əlavə, hərbi dəniz qüvvələrimizin gəmiləri qarşılıqlı olaraq dostluq səfərləri həyata keçirirlər. Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, narkotrafik, qaçaqmalçılığa qarşı birgə mübarizə yaxşı nəticələrə gətirib çıxarıb. Bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Azərbaycan sivilizasiyalararası, dinlərarası dialoqun möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bizim təşəbbüsümüzlə 2008-ci ildə başlanan, 100-dən çox müsəlman və xristian ölkəsini birləşdirən “Bakı Prosesi” BMT tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir.

2015-ci və 2017-ci illərdə 100-dən çox ölkənin iştirakı ilə Bakıda keçirilən birinci Avropa və dördüncü İslam Həmrəyliyi Oyunları idman yarışları olmaqla bərabər, eyni zamanda, mədəniyyətlərarası dialoqa verdiyimiz növbəti töhfə idi.

Çıxışımın sonunda qeyd etmək istərdim ki, İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, qonşular arasında münasibətlər necə qurulmalıdır. Biz dostluq və mehriban qonşuluq nümunəsi göstəririk.

Bizim əlaqələrimiz qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dostluq prinsiplərinə əsaslanır. Əminəm ki, üçtərəfli əməkdaşlığımız gələcəkdə də uğurla davam etdiriləcəkdir.

Diqqətinizə görə sağ olun”.

Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü başa çatdıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

İran Prezidenti Həsən Ruhaninin bəyanatı

“Hörmətli qonaqlar.

Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mənim dəvətimi qəbul edib Tehrana gəliblər ki, ikinci üçtərəfli görüşümüzü keçirə bilək. Bu görüş üç ölkənin dostluğuna və qonşuluğuna əsaslanır. Bu dostluq, səmimiyyət və coğrafi qonşuluğumuz, mədəni əlaqələr bu üç ölkə arasında səbəb olub ki, biz əlaqələrin genişləndirilməsi üçün daha əzmkar olaq və mövcud imkanlardan istifadə edək.

Həm Bakı, həm də Tehran görüşündə çox mühüm məsələləri müzakirə etdik. Biz o məsələləri bundan sonra da həll etməyə çalışacağıq.

Birinci məsələ üç ölkə arasında tranzit məsələsidir. Eləcə də Asiya regionu ilə Avropa regionu arasında tranzitin yaradılmasıdır. Əslində bu iki qitəni "Şimal-Cənub" nəqliyyat dəhlizi birləşdirəcək. Biz qərar qəbul etmişik ki, Bəndər-Abbas limanı Helsinkiyə birləşsin və Asiyanı Avropaya birləşdirək. Bu tranzit marşrutu Azərbaycan, Rusiya, Şərqi və Şimali Avropadan keçir. Eləcə də avtomobil yolları və dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsini istəyirik. Biz Xəzərin sahilində yerləşən üç ölkə bu dənizin regionda sülh dənizi olaraq imkanlarından istifadə edib ölkələrimizin inkişafına nail olmalıyıq.

Eləcə də qərar qəbul etmişik ki, iqtisadi sahədə üç ölkənin əlaqələrini daha da gücləndirək. Biz bu sahədə çox önəmli bir addım atmışıq. Avrasiya İttifaqına birləşmək üçün biz mühüm bir addım atmışıq. Bu, İran ilə Avrasiya İttifaqı arasında əlaqələrin genişləndirilməsi üçün çox mühüm bir addımdır.

Həmçinin biz üç ölkə arasında yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini istəyirik.

Bankçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunduq. Biz İran ilə Azərbaycan, İran ilə Rusiya, eləcə də üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanlarını müzakirə etdik.

Enerji sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Hər üç ölkə neft və qaz ehtiyatlarına, regionda çox imtiyazlı bir mövqeyə malikdir. Bizim bir-birimizlə texnoloji sahədə, neft-qaz istehsalı və ixracı sahələrində əməkdaşlığımız və bu sahələrə müştərək investisiyaların yatırılması çox önəmlidir. Biz üç ölkənin elektrik enerjisi şəbəkələrinin bir-birinə birləşdirilməsini çox vacib hesab edirik. Biz üç ölkənin elektrik enerjisindən qarşılıqlı olaraq istifadə etməliyik. Biz Xəzər dənizində ekoloji sahədə əməkdaşlığı da çox istəyirik. Xəzər dənizinin üç sahil ölkəsi olaraq biz əməkdaşlığı genişləndirməliyik. Eləcə də Xəzər dənizinin hüquqi statusunun təyin olunmasını tezliklə sona çatdırmalıyıq ki, bu dənizin imkanlarından istifadə edək.

Cənab Vladimir Putin təklif etdi ki, növbəti görüş Rusiyada keçirilsin və biz bunu qəbul etdik. Biz cənab Putinin bu təklifinə görə təşəkkür edirik. Bizim növbəti görüşümüz gələn il Rusiyada keçiriləcək.

Biz üç ölkə arasında əməkdaşlıqdan əlavə regional əməkdaşlıq, regional təhlükəsizlik sahəsində əməkdaşlıq barədə də danışdıq. Hər üç ölkənin regionun təhlükəsizliyində, xüsusən də terrorizm və radikalizmlə mübarizədə rolu çox önəmlidir. Xüsusilə də Rusiya ilə bizim əməkdaşlığımız çox səmərəli olub. İranın, Türkiyənin və Rusiyanın Astanada keçirilən müzakirələri Suriyada sülhün bərqərar olması üçün çox önəmli idi. Bu görüşümüzdə də hər üç ölkənin regional təhlükəsizlik, terrorizmlə, radikalizmlə, narkotik qaçaqmalçılığı ilə mübarizə sahələrində əməkdaşlığı ilə bağlı müzakirələr apardıq.

Biz mehriban qonşuluq siyasətimizlə, öz imkanlarımızdan istifadə etməklə ölkələrimizin və xalqlarımızın inkişafı üçün bir-birimizə kömək etməliyik. Sağ olun”.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

“Hörmətli Prezident Ruhani.

Hörmətli Prezident Putin.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident Ruhaniyə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Yenidən qardaş ölkədə olmağımdan çox məmnunam.

Bu gün biz Azərbaycan-İran və Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafı ilə bağlı Prezident Ruhani və Prezident Putin ilə görüşlər keçirdik. Bir daha gördük ki, bizim əlaqələrimiz çox uğurla, sürətlə inkişaf edir və əlaqələrimiz yüksək səviyyədədir.

Üçtərəfli əməkdaşlıq formatına gəldikdə, bildiyiniz kimi, birinci Zirvə görüşü ötən ilin avqust ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşü isə onu göstərir ki, bu formatın çox böyük əhəmiyyəti və gözəl gələcəyi vardır. Üçtərəfli əməkdaşlığımız tam təbiidir. Çünki xalqlarımızı ortaq tarix, eyni zamanda, coğrafiya birləşdirir. Əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar.

Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Hesab edirəm ki, bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizi birləşdirən bir çox iqtisadi infrastruktur layihələridir ki, Prezident Ruhani bu barədə öz çıxışında söylədi. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə, əlbəttə, diktə edir ki, biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq edək.

Keçən Zirvə görüşündən ötən dövr ərzində çox önəmli hadisələr baş vermişdir. Cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, ötən il əldə edilmiş razılaşmalar bu gün həyatda öz əksini tapır. Xüsusilə iqtisadi sahədə əməkdaşlığı qeyd etməliyəm. Bu gün də Zirvə görüşü zamanı rəqəmlər səsləndi, bizim Rusiya ilə bu il ticarət dövriyyəmiz 60 faizdən çox artmışdır, İranla 30 faizdən çox artmışdır. Keçən il İran-Azərbaycan ticarət dövriyyəsi isə 70 faiz artmışdır. Bu, ilk növbədə, onu göstərir ki, üç ölkə arasında çox səmimi dostluq münasibətləri var. Təbii ki, iqtisadi sektor, biznes dairələri bunu görür və bundan faydalanır. Eyni zamanda, artan ticarət dövriyyəsi göstərir ki, bizim iqtisadiyyatımız uğurla inkişaf edir və dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatımıza ciddi təsir göstərməmişdir.

Eyni zamanda, keçən Zirvə görüşündən ötən dövrdə Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və İran sərhədinə qədər qalan hissəni inşa edib. Həmçinin Astaraçay üzərində körpü də tikilib və birinci qatar Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçmişdir. Hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Eyni zamanda, mən bunu da Zirvə görüşü zamanı söylədim, mətbuat da bunu bilsin, İran ilə Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib, sənəd paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən, o prosedurlardan keçəndən sonra bu məsələ də öz həllini tapacaqdır.

Neft-qaz sahəsində əməkdaşlığımızın tarixi var. Bu əməkdaşlıq da təbiidir. Çünki üç ölkə dünya enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verir. Eyni zamanda, neftin qiymətinin sabitləşməsində ölkələrimizin çox böyük rolu olmuşdur. Bu gün biz görürük ki, OPEK və qeyri-OPEK ölkələri bir-biri ilə səmimi əməkdaşlıq edirlər və bu əməkdaşlıq nəticəsində hazırda neftin qiyməti məqbul səviyyəyə qalxıbdır.

Biz həm İranla, həm Rusiya ilə elektrik xətlərimizi birləşdirmişik və bu da regional əməkdaşlıq üçün çox gözəl zəmin yaradır. Bir sözlə, bir il ərzində bir çox məsələlər öz həllini tapıb və bu gün əldə edilmiş razılaşmalar və Tehran Bəyannaməsinin icra edilməsi nəticəsində əminəm ki, gələn Zirvə görüşünə qədər biz daha da yaxşı nəticələr haqqında ictimaiyyəti məlumatlandıracağıq.

Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq, qarşılıqlı hörmət əsasında qurulubdur və bu əməkdaşlıq xalqlarımız, ölkələrimiz üçün çox önəmlidir və region üçün də çox böyük əhəmiyyət daşıyır.

Bu Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyi üçün Prezident Ruhaniyə bir daha təşəkkürümü bildirirəm. Sağ olun”.

Rusiya Prezidenti Vladimir Putinin bəyanatı

“Hörmətli xanımlar və cənablar.

Öz tərəfimdən birgə işimizin nəticələri ilə bağlı məmnunluğumu bildirmək istərdim. İran rəhbərliyinə dəvətə görə, Tehran sakinlərinə isə şəhərdə bizim gediş-gəlişimizə səbirlə dözdüklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Biz bunun heç də asan olmadığını gördük. Amma ümidvaram ki, bizim bugünkü işimiz hədər getmədi. Biz həqiqətən üçtərəfli formatın çox mühüm məsələlərini müzakirə etdik. Amma əminəm ki, bu minvalla işimiz aşkar xoşniyyətli, müsbət nəticəyə doğru səylərlə ölkələrimizə, dövlətlərimizə və xalqlarımıza fayda gətirəcək.

Biz sabitlik, cinayətkarlıqla, terrorizmlə mübarizə sahələrində mühüm məsələləri müzakirə etdik, amma əsas diqqət iqtisadi xarakterli problemlərə yönəlib. Mənim həmkarlarım artıq bu barədə danışıblar. Mən təkrarlamaq istəməzdim. Yalnız əlavə etmək istərdim ki, burada haqqında danışılan çox mühüm "Şimal-Cənub" dəhlizi artıq sınaq rejimində işləyir. Ötən il Hindistandan İran vasitəsilə Rusiyaya və digər ölkələrə yüklər göndərilib. Bu marşrut öz iqtisadi məqsədyönlülüyünü və səmərəliliyini nümayiş etdirib.

Yaxşı məlumdur ki, Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılarıdır. Amma bu, o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu, o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Amma bu kartelə üzv olmayan ölkələr həmin işə qoşulmasaydılar bu, mümkün olmazdı. Qaz istehsalçıları təşkilatı çərçivəsində də eyni hadisə baş verir. Burada da biz əməkdaşlıq edirik və gələcəkdə də əməkdaşlıq edəcəyik. Mən diqqəti ona yönəltmək istərdim ki, bizim ölkələrimizin hər birində karbohidrogenlərin böyük həcmdə istehsalına baxmayaraq, nə qədər qəribə olsa da, bu xammalı bir-birimizə göndərməyə maraq var. Mən daxili logistikanı nəzərdə tuturam. Məsələn, biz İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən məqsədyönlü ola bilər.

Biz digər sektorlarda münasibətlərin inkişafından da danışmışıq. Bizim nöqteyi-nəzərimizcə humanitar, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, dövlətlərimizin regionları arasında əlaqələr və təbii ki, mədəniyyət sahəsində əlaqələr olduqca mühümdür. Təbii ki, mənim həmkarlarım da bu barədə danışdılar. Biz hamımız Xəzəryanı dövlətlərik. Ümidvaram ki, biz Xəzər problematikası, Xəzərin statusu ilə bağlı yaxın vaxtlarda imzalanacaq razılaşmalarımızın bütün parametrlərini uyğunlaşdıracağıq.

Bugünkü səfər zamanı ikitərəfli danışıqlar da baş tutdu. Azərbaycan Prezidenti ilə biz tez-tez görüşürük. Biz müəyyən, daha mühüm istiqamətlər üzrə mövqelərimizi dəqiqləşdirdik, ikitərəfli formatda əmtəə dövriyyəsinin artımını qeyd etdik və qarşılıqlı fəaliyyətimizin perspektiv istiqamətləri barədə danışdıq. Prezident Ruhani ilə təbii ki, ikitərəfli əlaqələr, o cümlədən iqtisadiyyat sahəsində əlaqələr barədə danışdıq. Bu, həm energetika, həm nəqliyyat maşınqayırması və kənd təsərrüfatıdır. İranın Ali Rəhbəri ilə də ətraflı danışıq baş tutdu. Danışıq çox məzmunlu, çox faydalı idi. Hər iki görüşdə biz regionda təhlükəsizliklə bağlı vəziyyəti, İranın nüvə problematikası ilə əlaqədar müqavilə və təbii ki, Suriyadakı vəziyyət məsələlərini ətraflı müzakirə etdik. Mən qeyd etmək istərdim ki, biz İranla olduqca məhsuldar işləyirik. Biz Suriya problematikası ilə bağlı məsələləri razılaşdıra bilirik, bizim birgə səylərimiz, həmçinin Türkiyənin səyləri sayəsində. Bildiyiniz kimi, terrorizmlə mübarizədə ərazinin özündə vəziyyət, Astanada keçirilən və növbəti raundu yenicə başa çatan, həm də müsbət yekunlaşan danışıqlar prosesi uğurla inkişaf edir. Burada hələ çox məsələlər, problemlər var. Bunlardan heç birini birtərəfli qaydada həll etmək mümkün deyil. Bu problemi heç bir tərəf, heç bir ölkə birtərəfli qaydada həll edə bilməz. Biz iranlı tərəfdaşlarımız və dostlarımızla gələcək müsbət əməkdaşlığa bel bağlayırıq və bugünkü səfərin nəticələrini çox yüksək qiymətləndiririk. Bugünkü iş zamanı yaradılan ab-havaya görə Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Diqqətə görə minnətdaram”.

Sonra rəsmi ziyafət verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi ziyafətdə iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana işgüzar səfəri noyabrın 1-də başa çatıb.

Azərbaycan, Rusiya və İran regiondakı münaqişələrin tezliklə nizamlanmasının vacibliyini vurğulayıblar

Azərbaycan, Rusiya və İran regiondakı münaqişələrin tezliklə nizamlanmasının vacibliyini vurğulayıblar.  Bu barədə Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü yekunlarına dair verilən birgə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, regionda həll olunmayan münaqişələr regional əməkdaşlıq üçün mühüm maneədir: "Bununla bağlı Tərəflər münaqişələrin tezliklə sülh və danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri və onlara uyğun olaraq qəbul edilən qərar və sənədlərin əsasında həllinin vacibliyini vurğulayırlar".

Həmçinin, tərəflər terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə qətiyyətli olduqlarını bildiriblər: "Tərəflər terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı hərtərəfli mübarizə aparmaqla qərarlıdırlar. Onlar dünya birliyini beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı olan təhlükələrə qarşı daha səmərəli mübarizə üçün Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu ilə səylərini birləşdirməyə çağırır".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

SON XƏBƏRLƏR

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

08.05.2026 / 11:01
Azərbaycan nefti 105 dollara düşdü...

08.05.2026 / 10:46
Trampdan Avropa İttifaqına ticarət ultimatumu - 4 iyula qədər vaxtınız var...

08.05.2026 / 10:33
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq

08.05.2026 / 10:18
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi

08.05.2026 / 10:08
Türk Dünyasının geosiyasi düşüncə sahəsində azərbaycanlı alim

08.05.2026 / 09:46
İşçiləri müqaviləsiz çalışdıran tikinti şirkətlərinə 92 min cəza kəsildi...

08.05.2026 / 09:38
İnsan alverilə bağlı 10 nəfər İnterpol xətti ilə axtarışa verildi...

08.05.2026 / 09:15
“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

08.05.2026 / 08:58
İrana gecə hücumu - ABŞ Bəndər Abbası və Qeşm adasını vurdu...

08.05.2026 / 08:30
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı

07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

07.05.2026 / 21:30
Nyu-Yorkun müsəlman merinin anti-Azərbaycan çıxışının əsl səbəbi...

07.05.2026 / 20:48
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsri “paslanmış hay silahları”...

07.05.2026 / 20:35
Şərəfli ömür yolu...

07.05.2026 / 20:02
“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

07.05.2026 / 19:38
Makron İlham Əliyevin Ermənistan barədə daha əvvəllər dediklərini təsdiqlədi... “Forpost”...

07.05.2026 / 19:20
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verildi

07.05.2026 / 19:14
Tramp Ukraynaya uzaqmənzilli raket satışına başlayır - sensasiya, nə baş verir...

07.05.2026 / 18:42
“ABŞ-İran prosesini Çin idarə edir” - iddianın əsasları var?...

07.05.2026 / 18:28
Yaxın müttəfiqi Trampın planlarını alt-üst etdi – İrana qarşı "Azadlıq" əməliyyatının dayandırılmasının pərdəarxası açıldı...

07.05.2026 / 18:07
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirildi - FOTO

07.05.2026 / 17:34
Üç ölkə hərəkətə keçdi: Zəngəzur dəhlizinin alternativi yaradılır – AÇIQLAMA

07.05.2026 / 17:29
8 avqust Vaşinqton sənədi də Avroparlamentin anti-Azərbaycan siyasətini dəyişdirmədi - niyə?

07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

07.05.2026 / 17:09
"Yada düşdü" jurnalının növbəti sayı işıq üzü görüb

07.05.2026 / 17:01
Moskvanı Avropaya dəyişdiyinə görə Ermənistanı gözləyən dəhşətlər...

07.05.2026 / 16:54
Şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş güllə atıcılığı turniri keçirildi

07.05.2026 / 16:48
Paşinyan-Makron sazişinin hədəfi - hərbi potensialı 15 faizdən yuxarı çıxarmaq...

07.05.2026 / 16:11
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM

07.05.2026 / 16:09
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

07.05.2026 / 16:08
Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşib

07.05.2026 / 16:07
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirildi

07.05.2026 / 16:05
Erməni müxalifəti Paşinyanın 2028-ci ildə Bakıya gəlmək bəyanatından çox qəzəbləndi -səbəb...

07.05.2026 / 14:10
Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

07.05.2026 / 13:33
AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsinə qoşula bilər

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ