Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsində kiril əlifbasından latın qrafikasına keçidlə bağlı sərəncam imzalayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə xəbər Qzaxıstan dövlət başçısının saytında yer alıb. Sənəddə sərəncamdan irəli gələn məsələlərin həlli üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verilir. Latın qrafikasına keçidin mərhələlərlə 2025-ci ilə kimi başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, SSRİ-nin süqutundan sonra – ötən əsrin 90-cı illərində Azərbaycan, Türkmənistan, Özbəkistan və Moldova rəsmi şəkildə kiril əlifbasından imtina edib. Sovet dövründə əlifbasını dəyişməyən Ermənistana isə bu yaxınlarda Rusiyanın Təhsil Nazirliyi kiril əlifbasına keçməklə bağlı müraciət edib.