Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana gələcək . APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
B. İsabayev bildirib ki, səfər oktyabrın 30-na planlaşdırılır: "Qazaxıstan lideri Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək".