Bazar günü günü, 25 oktyabr 2026
     

Qanunsuz mazut ticarətinə görə Liviyada saxlanan, ölən, terrorçuların nəzarətindən çıxarılan, gəmi qəzasına uğrayan azərbaycanlılar…

Image


Ötən il fevralın 13-də Liviyada saxlanılan üç azərbaycanlıdan biri, 48 yaşlı Elşad Hüseynov vəfat edib. Bu barədə APA-ya onun həyat yoldaşı Səkinə Hüseynova məlumat verib.

S. Hüseynovanın sözlərinə görə, həyat yoldaşının bu il martın 5-də ürək çatışmazlığından öldüyünü bildiriblər.

Mərhumun meyiti ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin və azərbaycanlıların çalışdığı Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinin birgə səyi nəticəsində Türkiyəyə, oradan isə Azərbaycana gətirilib.

S. Hüseynovanın bildirdiyinə görə, saxlanılandan indiyədək həyat yoldaşı ilə bir neçə dəfə telefonla danışıb. Telefon danışıqları Türkiyə şirkətinin əməkdaşı Murad Karenin vasitəçiliyi ilə baş tutub.

“Captan Xayyam” gəmisinin 3 azərbaycanlı, 1 türk və 4 ukraynalı heyət üzvü olub.

Onlar dizel yanacağı qaçaqmalçılıq ittihamı ilə Liviyada həbs olunublar. Heyət üzvlərindən 41 yaşlı Əliağa Babayevin əmisi oğlu Əli Babayev APA-ya açıqlamasında onların təcridxanada pis şəraitdə saxlanıldıqlarını bildirib. Onun sözlərinə görə, qohumları ilə ötən il dekabrda Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə telefon əlaqəsi saxlayıblar: “Biz bir neçə dəfə Liviyanın Azərbaycandakı səfirliyinə də müraciət etmişik. Lakin səfirlik də bildirir ki, orada dövlət idarəçiliyi ilə bağlı vəziyyət yaxşı deyil. Biz şirkətdə Murad adlı əməkdaşla da daim əlaqədəyik. Şirkət bildirir ki, Liviya hökuməti gəmi üzvlərinin qaytarılmasının qarşılığında pul istəyir. Lakin şirkət pul verildikdən sonra onların qaytarılmayacağından ehtiyatlanır. Bu səbəbdən qəbz və ya bank hesabı tələb edirlər”.

Əli Babayevin sözlərinə görə, saxlanılan digər azərbaycanlının adı isə Elmixan Bağırovdur.

Qeyd edək ki, bununla yanaşı, ötən ilin fevralında Liviyada daha 3 azərbaycanlı saxlanılıb. Onlar isə işləmək üçün Türkiyəyə gedən kapitan Namiq Salamov, matros Fərid Əliyev və motorçu Möhlüd Rəşidbəylidir.

Onlar “Gebze Denizçilik” şirkətinə məxsus “Kalkanlar 1” gəmisində Liviya sahillərində olarkən ötən il fevralın 21-dən etibarən onlardan heç bir məlumat alınmayıb. Fərid Əliyevin qardaşı Zaur Əliyev APA-ya bildirib ki, qardaşı ilə yalnız ötən ilin oktyabrında əlaqə saxlaya biliblər: “Özü zəng edib. Dedi ki, azərbaycanlılar bir qrup şəxslə birlikdə Liviyada müxalif silahlı birləşmə olan “Dövləti İslamiyə” tərəfindən əsir götürülüb. Sonra Misurata şəhərin ordu həmin şəxsləri azad edəndə azərbaycanlılar da onlarla birlikdə azad olunub. Hazırda onlar Misurata həbsxanasında saxlanılır”.

O, sonuncu dəfə qardaşı ilə 5-6 gün əvvəl danışdığını bildirib: “Hər dəfə 5-10 gün sonra buraxılacaqları deyilsə də, məsələ aylarla uzadılır. Onlar orada pis şəraitdə saxlanılırlar. Biz və saxlanılan digər azərbaycanlıların ailələri çox narahatıq. Artıq onlardan birinin meyiti (Elşad Hüseynov-red.) gətirilib. Biz yaxınlarımızın da bu aqibəti yaşayacağından qorxuruq. Əgər ölənin meyiti gətirilirsə, deməli sağ qalanlar da gətirilə bilər”.

Xarici İşlər Nazirliyi (XİN) Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “Captan Xayyam” gəmisi Liviya ərazisində saxlanılıb: “Gəmi Syerra-Leone bayrağı altında hərəkət edib, Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinə məxsusdur. Saxlanılan Azərbaycan vətəndaşlarından biri ürək çatışmazlığında vəfat edib. Dərhal Xarici İşlər Nazirliyi Liviya hökuməti ilə təmaslara girib. Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi olmadığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilib. Qısa müddətdə Türkiyənin köməkliyi ilə vəkil tapılıb. Ailə üzvləri ora gedə bilmədiyi üçün Ədliyyə Nazirliyinin dəstəyi ilə vəkilə etibarnamə verilib. Vəkil XİN-də qeydiyyatdan keçirilib. Nəticə etibarı ilə müvafiq hüquqi sənədlər əsasında cənazənin Türkiyə ərazisinə gətirilməsi təmin olunub. Oradan isə Azərbaycanın İstanbuldakı baş konsulluğu "AzAL"-la birlikdə cənazənin Azərbaycana göndərilməsini təmin edib. Fürsətdən istifadə edib mərhumun ailə üzvlərinə başsağlığı veririk”.

H. Hacıyev bildirib ki “Captan Xayyam” gəmisinin digər azərbaycanlı ekipaj üzvləri istintaq altındadır, onların işi üzrə məhkəmə aprelin 11-də keçiriləcək: “Onlar Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaqda ittiham olunurlar. Azərbaycan tərəfi yenə də Liviya tərəfi ilə əlaqə saxlayır, vətəndaşlarımıza konsulluq yardımının göstərilməsi üçün işlər davam etdirilir”.

XİN rəsmisi daha 3 azərbaycanlının saxlandığı “Kalkanlar 1” gəmisi barədə də danışaraq bildirib ki, bu gəmi də Türkiyə şirkətinə məxsusdur, onlar da bir müddətdir, Liviya ərazisindədirlər: “Bundan əvvəl həmin şəxslər Liviyada terrorçuların nəzarətində olan ərazidə idilər. Azad edildikdən sonra vətəndaşlarımız dövlət orqanlarının nəzarətində olan əraziyə gətiriblər. Bu, qismən təhlükəsiz ərazidir. Hazırda onlar barəsində də istintaq işləri davam etdirilir. Onların ailə üzvləri ilə XİN-in Konsulluq İdarəsində dəfələrlə görüşlər keçirilib, ailələri onlarla telefon vasitəsi ilə əlaqə saxlaya biliblər. Məsələ ilə əlaqədar Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub, bu xüsusda müzakirələr aparılıb. Türkiyənin Liviyadakı diplomatik konsulluğu da bu məsələdə Azərbaycana konsulluq yardımı göstərir. Vətəndaşlarımıza lazımi konsulluq dəstəyinin göstərilməsi istiqamətində işlər davam etdirilir və onlar ailə üzvləri ilə mütəmadi təmasdadırlar”.

H. Hacıyev bildirib ki, təxminən 20 gün əvvəl Liviyanın sahil sularında içərisində azərbaycanlıların da olduğu “Anna” gəmisi qəzaya uğrayıb: “Bu gəminin göyərtəsində 2 Azərbaycan vətəndaşı olub. Həmin gəmi Çin şirkətinin yardımı ilə sahilə çıxarılıb. Onun göyərtəsindəki şəxslərin təhlükəsizliyi təmin olunub. Azərbaycan tərəfinin xahişi ilə Türkiyənin diplomatik nümayəndəliyi Azərbaycan vətəndaşları ilə görüşüb. Onların sənədləri qaydasında olub və tez zamanda onların Azərbaycana qaytarılması təmin olunub”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ