Rusiya Xarici İşlər Nazirliyi ötən ilin aprelin 2-də Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanat hazırlayacaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünün keçiriləcəyi barədə məlumata da münasibət bildrib. M.Zaxarova Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşünün keçiriləcəyi barədə məlumatı olmadığını söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bir neçə gün əvvəl İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin bir aydan gec olmayaraq Moskvada görüşünün hazırlandığı barədə açıqlama vermiş, nazirlərin həmin görüşdə prezidentlərin görüşünün hazırlanması məsələsini müzakirə edəcəklərini bildirmişdi.