İzmirin Buca rayonunda gecə saatlarında avtomobildə partlayışın baş verməsilə içərisindəki iki nəfərdən biri həlak olub, digəri yaralanıb.
Baki-xeber.com-un “yenişafak”a istinadən xəbərinə görə, bu partlayışdan cəmi bir neçə dəqiqə sonra olay yerindən 300 metr aralıda zibil konteynerində daha bir partlayış olub. Hazırda polis bu iki olay arasında əlaqəni və hadisənin əsas səbəblərini araşdırır.