ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına “Türkiyədə terrorçu qruplardan gələn terror təhlükəsinin artması” ilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Departamentin yaydığı açıqlamada deyilir.Bildirilir ki, xüsusi önəm kəsb etmədiyi halda, xüsusilə Türkiyənin cənub-şərqinə səfərlərdən çəkinsinlər. Dövlət Departamenti eyni zamanda Türkiyədə çalışan və İstanbulda yerləşən ABŞ məmurlarına və onların ailə üzvlərinə böyük qruplarla gəzməyi və ya insanların çox olduğu yerlərə getməyi qadağan edib. ABŞ xarici siyasət idarəsi xəbərdarlıq edir ki, martın axırı və apreldə Türkiyədə bir çox siyasi xarakterli aksiyaların keçiriləcəyi gözlənir və bu aksiyaların zorakılıqla dağıdıla biləcəyi də istisna edilmir. Eyni zamanda terrorçu qrupların məhz bu şəraitdən yararlanmağa çalışa biləcəkləri də gözləniləndir.