Bazar günü günü, 10 may 2026
     

Pre­zi­dent müs­tə­qil­lik döv­rü­nün ikin­ci ən ge­niş "Pam­bıq­çı­lıq mü­şa­vi­rə­si­ni" ke­çir­di

Image


Pre­zi­dent İl­ham Əli­yev mar­tın 28-də Sa­at­lı ra­yo­nu­na sə­fər edib. Döv­lət baş­çı­sı ümum­mil­li li­der Hey­dər Əli­ye­vin Sa­at­lı şə­hə­ri­nin mər­kə­zin­də ucal­dıl­mış abi­də­si önü­nə gül dəs­tə­si qo­yub.

Sa­at­lı Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Si­ra­qəd­din Cab­ba­rov Pre­zi­dent İl­ham Əli­ye­və abi­də­nin yer­ləş­di­yi əra­zi­də gö­rü­lən abad­lıq iş­lə­ri ba­rə­də mə­lu­mat ve­rib.

Pre­zi­dent hə­min gün Sa­at­lı şə­hə­ri­nin su təc­hi­za­tı sis­tem­lə­ri­nin is­tis­ma­ra ve­ril­mə­si mə­ra­si­min­də və Əli­yev Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən in­şa edil­miş 100 yer­lik kör­pə­lər evi - uşaq bağ­ça­sı­nın açı­lı­şın­da iş­ti­rak edib, ra­yo­nun Qı­raq­lı kən­di əra­zi­sin­də fer­mer Hu­may Məm­mə­do­va­nın pam­bıq sa­hə­si ilə ta­nış olub, Pre­zi­dent Sa­at­lı-Sa­rı­ca­lar-Qa­ra Nu­ru-Şi­rin­bəy­li-Fə­tə­li­kənd-Azad­kənd av­to­mo­bil yo­lu­nun ye­ni­dən­qur­ma­dan son­ra is­ti­fa­də­yə ve­ril­mə­si­nə və ra­yon­da ye­ni in­şa edi­lən 110/35/10 ki­lo­volt­luq "Sa­rı­ca­lar" ya­rıms­tan­si­ya­sı­nın açı­lı­şın­da iş­ti­rak edib.

Mar­tın 28-də Pre­zi­dent Sa­at­lı­da pam­bıq­çı­lı­ğın in­ki­şa­fı mə­sə­lə­lə­ri­nə da­ir res­pub­li­ka mü­şa­vi­rə­si­nə qa­tı­lıb Döv­lət baş­çı­sı mü­şa­vi­rə­də söy­lə­di­yi gi­riş nit­qin­də de­yib:

- Biz bu­gün­kü mü­şa­vi­rə­də öl­kə­miz­də pam­bıq­çı­lı­ğın in­ki­şa­fı ilə bağ­lı mə­sə­lə­lə­ri mü­za­ki­rə edə­cə­yik. Bil­di­yi­niz ki­mi, pam­bıq­çı­lı­ğın in­ki­şa­fı Azər­bay­can­da prio­ri­tet sa­hə sa­yı­lır. Uzun fa­si­lə­dən son­ra pam­bıq­çı­lı­ğa da­ir bi­rin­ci mü­şa­vi­rə­ni ke­çən il Sa­bi­ra­bad şə­hə­rin­də ke­çir­dik. Bu il Sa­at­lı şə­hə­rin­də ke­çi­ri­rik. Bu il ən çox pam­bıq tə­da­rü­kü Sa­at­lı ra­yo­nun­da göz­lə­nir. Pam­bıq­çı­lı­ğın ra­yo­nun in­ki­şa­fı­na çox bö­yük xey­ri var. Ey­ni za­man­da, biz pam­bıq­çı­lıq­la məş­ğul olan bü­tün ra­yon­lar­da sü­rət­li in­ki­şa­fı gö­rü­rük.

Əv­vəl­ki il­lər­də Sa­at­lı ra­yo­nu­nun in­ki­şa­fı ilə bağ­lı çox bö­yük iş­lər gö­rü­lüb­dür. Ra­yo­nun in­fras­truk­tu­ru ta­ma­mi­lə ye­ni­dən qu­ru­lub­dur. Elek­trik ener­ji­si ilə tə­mi­nat bö­yük də­rə­cə­də yax­şı­la­şıb. Bu gün açı­lı­şın­da iş­ti­rak et­di­yim ye­ni ya­rıms­tan­si­ya­nın fəa­liy­yə­ti həm əha­li­yə, həm də bü­tün tə­sər­rü­fat­la­ra fa­si­lə­siz elek­trik ener­ji­si­ni ver­mək­lə, əl­bət­tə ki, bö­yük bir in­ki­şa­fa yol açır. Ey­ni za­man­da, Sa­at­lı ra­yo­nu­nun su prob­lem­lə­ri də həll olu­nur. Uzun il­lər ər­zin­də əha­li bu prob­lem­dən əziy­yət çə­kir­di. Şə­hə­rin cə­mi 30 fai­zi su ilə tə­min olu­nur­du, özü də gün­də 2-3 sa­at. İn­di isə fa­si­lə­siz, Dün­ya Sə­hiy­yə Təş­ki­la­tı­nın stan­dart­la­rı­na uy­ğun iç­mə­li su ve­ri­lir.

Mə­nə ve­ri­lən mə­lu­ma­ta gö­rə, qaz­laş­dır­ma 80 fai­zə ça­tıb və əmi­nəm ki, ya­xın gə­lə­cək­də Sa­at­lı­da bir də­nə də ya­şa­yış mən­tə­qə­si qaz­sız ol­ma­ya­caq. Mə­sə­lə be­lə qo­yu­lub­dur. Biz bu­na da na­il ola­ca­ğıq. Sa­at­lı ra­yo­nu­nun de­mək olar ki, bü­tün kənd yol­la­rı əsas­lı tə­mir edi­lir, ti­ki­lir. Əv­vəl­ki il­lər­də bir ne­çə önəm­li kənd yo­lu la­yi­hə­si ic­ra edil­miş­dir. Bi­ri­nin açı­lı­şı­nı bu gün et­dik. Bir ne­çə kən­di bir­ləş­di­rən da­ha bir kənd yo­lu la­yi­hə­si var ki, o da ya­xın za­man­lar­da ic­ra edi­lə­cək və əha­li­nin is­ti­fa­də­si­nə ve­ri­lə­cək.

So­si­al ob­yekt­lə­rin ti­kin­ti­si uğur­la ge­dir. Müa­sir xəs­tə­xa­na, Olim­pi­ya Mər­kə­zi, mək­təb­lər, uşaq bağ­ça­la­rı, bir söz­lə, Sa­at­lı ra­yo­nu­nun hər­tə­rəf­li in­ki­şa­fı Döv­lət Proq­ra­mı əsa­sın­da uğur­la ge­dir. Vax­tı ilə qə­bul olun­muş re­gi­on­la­rın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı Döv­lət proq­ram­la­rı uğur­la ic­ra edi­lir və öl­kə­miz­də ye­ni re­al­lıq­lar ya­ra­dıb­dır. Bi­zim əsas və­zi­fə­miz on­dan iba­rət idi ki, - bu gün də əl­bət­tə, bu və­zi­fə qar­şı­mız­da du­rur, - bü­tün in­fras­truk­tur la­yi­hə­lə­ri ic­ra edil­sin, müa­sir in­fras­truk­tur ya­ra­dıl­sın, elek­trik ener­ji­si, qaz­laş­dır­ma, iç­mə­li su, me­lio­ra­si­ya prob­lem­lə­ri həll olun­sun, kənd yol­la­rı, ma­gis­tral yol­lar ti­kil­sin və bu, öz­lü­yün­də sü­rət­li iq­ti­sa­di və so­si­al in­ki­şa­fa tə­kan ve­rə­cək. Be­lə də ol­du. Nə­zə­rə al­saq ki, re­gi­on­la­rın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­na da­ir ar­tıq bir ne­çə Döv­lət proq­ra­mı ic­ra edi­lib, gö­rə­rik ki, bu proq­ram­la­rın çox bö­yük əhə­miy­yə­ti var. İn­fras­truk­tur la­yi­hə­lə­ri ic­ra olu­nan­dan son­ra biz­nes üçün da­ha da yax­şı şə­ra­it ya­ra­dıl­dı. Azər­bay­can döv­lə­ti bu is­ti­qa­mət­də ar­dı­cıl si­ya­sət apa­rır, sa­hib­kar­lı­ğın in­ki­şa­fı, biz­nes mü­hi­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı, ye­ni ix­rac ba­zar­la­rı­nın araş­dı­rıl­ma­sı və o ba­zar­la­ra çıx­ma­ğı­mız öl­kə­mi­zin hər­tə­rəf­li in­ki­şa­fı­na gə­ti­rib çı­xa­rıb.

Biz fəa­liy­yə­ti­mi­zi gə­lə­cək­də də uğur­la da­vam et­di­rə­cə­yik. Qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı prio­ri­tet sa­hə­dir, xü­su­si­lə in­di­ki şə­ra­it­də ki, nef­tin qiy­mə­ti dün­ya ba­zar­la­rın­da kəs­kin şə­kil­də aşa­ğı dü­şüb. Biz in­di qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı­na həm da­ha çox fi­kir ve­rə­cə­yik, həm də ki, da­ha da fə­al iş apa­rı­la­caq­dır.

Pam­bıq­çı­lı­ğın Azər­bay­can­da qə­dim ənə­nə­lə­ri var­dır. Əsr­lər bo­yu xal­qı­mız pam­bıq­çı­lıq­la məş­ğul olub­dur. An­caq pam­bıq­çı­lı­ğın ən sü­rət­li və uğur­lu döv­rü ulu ön­dər Hey­dər Əli­ye­vin adı ilə bağ­lı­dır. Məhz onun tə­şəb­bü­sü və bi­la­va­si­tə rəh­bər­li­yi ilə 1970-ci il­lər­də və ey­ni za­man­da, 1980-ci il­lə­rin əv­vəl­lə­rin­də Azər­bay­can­da pam­bıq­çı­lıq sü­rət­lə in­ki­şaf edib. Əgər biz sta­tis­ti­ka­ya nə­zər sal­saq gö­rə­rik ki, Ulu Ön­də­rin döv­rün­də Azər­bay­can­da pam­bıq tə­da­rü­kü bir ne­çə də­fə ar­tıb. 1980-ci il­lə­rin əv­vəl­lə­rin­də 800 min ton - 1 mil­yon to­na qə­dər pam­bıq tə­da­rük edi­lir­di.

Bu, əl­bət­tə ki, res­pub­li­ka­nın in­ki­şa­fı­na sə­bəb ol­muş­dur. Məş­ğul­luq yük­sək sə­viy­yə­də tə­min edi­lir­di. Pam­bıq­çı­lıq­la məş­ğul olan zəh­mət­keş­lər öz hə­yat şə­rai­ti­ni bö­yük də­rə­cə­də yax­şı­laş­dır­mış­dı­lar. Kənd­lə­ri­miz abad­laş­dı, o vaxt Azər­bay­ca­na bö­yük in­ves­ti­si­ya cəlb olun­du. Əl­bət­tə, biz o vaxt müs­tə­qil döv­lət de­yil­dik və Azər­bay­can xal­qı onu da unut­ma­ma­lı­dır ki, So­vet İt­ti­fa­qı­nın tər­ki­bin­də Azər­bay­can iki res­pub­li­ka­dan bi­ri ol­muş­dur ki, öz tə­lə­ba­tı­nı özü ödə­yir­di, ey­ni za­man­da, ümu­mit­ti­faq büd­cə­si­nə də töh­fə ve­rir­di. Qa­lan 13 res­pub­li­ka do­ta­si­ya ilə iş­lə­yir­di.

Bir da­ha qeyd et­mək is­tə­yi­rəm ki, pam­bıq­çı­lı­ğın ənə­nə­lə­ri bö­yük­dür. Əf­sus­lar ol­sun ki, Ulu Ön­dər Azər­bay­can­dan Mosk­va­ya ge­dən­dən son­ra, bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi, biz pam­bıq­çı­lıq­da da tə­nəz­zül­lə qar­şı­laş­dıq. İl­dən-ilə diq­qət aza­lır­dı, il­dən-ilə pam­bıq sa­hə­lə­ri ki­çi­lir­di və bu pro­ses, əf­sus­lar ol­sun ki, son il­lə­rə qə­dər da­vam edir­di.

Müs­tə­qil­lik döv­rün­də. Əl­bət­tə ki, biz müs­tə­qil­li­yin ilk il­lə­ri­ni yax­şı xa­tır­la­yı­rıq. Bu il­lər çox ağır ke­çir­di, də­rin si­ya­si, iq­ti­sa­di, hər­bi böh­ran ya­şa­nır­dı. Müs­tə­qil­li­yin ilk il­lə­rin­də ha­ki­miy­yət­də ol­muş qüv­və­lər Azər­bay­ca­nı məh­və apa­rır­dı­lar, və­tən­daş mü­ha­ri­bə­si, küt­lə­vi ita­ət­siz­lik, də­rin böh­ran hökm sü­rür­dü. Sə­na­ye, kənd tə­sər­rü­fa­tı de­mək olar ki, ta­ma­mi­lə da­ğı­dıl­mış­dı. Bi­zim üçün ənə­nə­vi olan pam­bıq­çı­lıq, üzüm­çü­lük məh­və doğ­ru ge­dir­di. An­caq 1993-cü il­dən son­ra Ulu Ön­də­rin rəh­bər­li­yi ilə və­ziy­yət sa­bit­ləş­mə­yə baş­la­dı. Sta­tis­tik gös­tə­ri­ci­lə­rə nə­zər sal­saq gö­rə­rik ki, 1996-cı il­dən son­ra ar­tıq Azər­bay­can­da hər il iq­ti­sa­di in­ki­şaf baş­la­mış­dır.

An­caq əf­sus­lar ol­sun ki, biz pam­bıq­çı­lıq­da is­tə­di­yi­miz nə­ti­cə­yə ça­ta bil­mə­mi­şik. Bu­nun bir ne­çə sə­bə­bi var. Bi­rin­ci sə­bəb - əl­bət­tə ki, müs­tə­qil­li­yin ilk il­lə­rin­də bi­zim ki­fa­yət qə­dər ma­liy­yə im­ka­nı­mız yox idi. Bu­ra­da əy­lə­şən və­tən­daş­lar, yol­daş­lar bi­lir­lər ki, pam­bıq­çı­lıq bö­yük in­ves­ti­si­ya tə­ləb edən sa­hə­dir. Bi­zim o vaxt im­ka­nı­mız yox idi. Olan im­kan­la­rı­mı­zı da biz ən tə­ci­li mə­sə­lə­lə­rin həl­li­nə yö­nəl­dir­dik. Di­gər tə­rəf­dən, biz müs­tə­qil­lik döv­rün­də ər­zaq təh­lü­kə­siz­li­yi prob­lem­lə­ri ilə üz­ləş­miş­dik. Çün­ki so­vet vax­tın­da ümu­mit­ti­faq sə­na­ye-iq­ti­sa­di komp­lek­si möv­cud idi, Azər­bay­can­da üzüm­çü­lük, pam­bıq­çı­lıq, tü­tün­çü­lük in­ki­şaf edir­di, mey­və-tə­rə­vəz is­teh­sa­lı ar­tır­dı. An­caq biz ər­zaq məh­sul­la­rı­nı baş­qa res­pub­li­ka­lar­dan - Ru­si­ya­dan, Uk­ray­na­dan, Be­la­rus­dan gə­ti­rir­dik. Yə­ni bö­yük bir ası­lı­lıq möv­cud idi.

Ona gö­rə biz ilk növ­bə­də ça­lı­şır­dıq ki, ər­zaq təh­lü­kə­siz­li­yi­mi­zi tə­min edək. Bu­nu da, de­mək olar ki, mak­si­mum də­rə­cə­də tə­min edə bil­mi­şik. Bu gün biz özü­mü­zü ət­lə 100 fa­iz tə­min edi­rik. Süd və süd məh­sul­la­rı, to­yuq əti ilə təx­mi­nən 80-90 fa­iz tə­min edi­rik. So­vet döv­rün­də bu, be­lə de­yil­di, biz tam ası­lı və­ziy­yət­də idik. Müs­tə­qil­lik döv­rün­də Azər­bay­can­da mey­və-tə­rə­vəz is­teh­sa­lı bir ne­çə də­fə art­mış­dır və bu, bi­zim üçün bö­yük ix­rac po­ten­sia­lı­dır, bö­yük ix­rac im­kan­la­rı­mız­dır. Ona gö­rə biz da­ha çox ər­zaq təh­lü­kə­siz­li­yi mə­sə­lə­lə­ri­nə diq­qət gös­tə­rir­dik. Tex­ni­ki bit­ki­lər - pam­bıq­çı­lıq, tü­tün­çü­lük, ba­ra­ma­çı­lıq isə bir qə­dər diq­qət­dən kə­nar­da qal­dı və əf­sus­lar ol­sun ki, de­mək olar, biz bu sa­hə­lə­ri iti­rir­dik. Onu da açıq de­mə­li­yəm ki, pam­bıq­çı­lı­ğa döv­lət dəs­tə­yi çox zə­if idi.

He­sab edi­rəm ki, bu gün pam­bıq­çı­lı­ğın in­ki­şa­fı ar­tıq re­al­lıq­dır və 2016-cı il dö­nüş ili ol­muş­dur. 2015-ci il de­mək olar ki, bi­zim müa­sir ta­ri­xi­miz­də pam­bıq­çı­lıq­da ən pis il ol­muş­dur, 18 min hek­tar­dan cə­mi 35 min ton pam­bıq tə­da­rük edil­miş­dir. Ke­çən il qı­sa müd­dət ər­zin­də, - düz­dür, bir qə­dər vaxt itir­dik, - bü­tün güc­lə­ri sə­fər­bər edə­rək biz dö­nüş ya­ra­da bil­dik. Çox cid­di təd­bir­lər gö­rül­dü, tex­ni­ka alın­dı, döv­lət dəs­tə­yi gös­tə­ril­di, im­kan da­xi­lin­də me­lio­ra­si­ya iş­lə­ri apa­rıl­dı. Ke­çən il biz 51 min hek­tar­da pam­bıq ək­miş­dik və nə­ti­cə­də 90 min to­na ya­xın məh­sul gö­tü­rül­müş­dür. Yə­ni, bu, 2015-ci il­lə mü­qa­yi­sə­də üç də­fə çox­dur.

An­caq bu il biz da­ha da cid­di ha­zır­laş­mı­şıq. Bu il bü­tün aq­ro­tex­ni­ki təd­bir­lər ən yük­sək sə­viy­yə­də təş­kil edil­miş­dir. Bu gün mən Sa­at­lı ra­yo­nu­nun bir pam­bıq tar­la­sın­da ol­dum. Ora­da da ar­tıq biz sə­pi­nə rəs­mi start ver­dik. Ən müa­sir tex­ni­ka alı­nıb, la­zım olan bü­tün ava­dan­lıq, güb­rə­lər, dər­man­lar, hər şey ha­zır­dır. Əl­bət­tə ki, bu il biz da­ha da bö­yük məh­sul göz­lə­yi­rik.

Bu il və ke­çən il Döv­lət İn­ves­ti­si­ya Proq­ra­mın­da pam­bıq­çı­lı­ğın in­ki­şa­fı ilə bağ­lı bö­yük və­sa­it nə­zər­də tu­tul­muş­dur. Komp­leks təd­bir­lər gö­rül­müş­dür. İlk növ­bə­də biz özü­mü­zü tex­ni­ka ilə tə­min et­mə­li­yik və bu­nu et­dik. Ke­çən il və bu il Azər­bay­ca­na min­lər­lə ye­ni tex­ni­ka gə­ti­ri­lib. Ke­çən il 100-ə ya­xın pam­bıq­yı­ğan kom­bayn gə­ti­ril­miş­dir. Bu il 200-dən çox müa­sir kom­bayn si­fa­riş ve­ril­miş­dir.

Me­lio­ra­si­ya iş­lə­ri uğur­la apa­rı­lır. "Me­lio­ra­si­ya və Su Tə­sər­rü­fa­tı" Açıq Səhm­dar Cə­miy­yə­ti, ey­ni za­man­da, yer­li ic­ra or­qan­la­rı bu iş­lər­də fə­al iş­ti­rak edir­lər. Biz me­lio­ra­tiv təd­bir­lə­ri ge­niş­lən­di­rə­rək döv­riy­yə­yə ye­ni əkin sa­hə­lə­ri­ni əla­və et­dik. He­sab edi­rəm ki, bü­tün bu komp­leks təd­bir­lər nə­ti­cə­sin­də bu il re­kord nə­ti­cə göz­lə­ni­lir. Biz əkin sa­hə­lə­ri­ni bö­yük də­rə­cə­də ge­niş­lən­dir­dik. Son mə­lu­ma­ta gö­rə, bu il 136 min hek­tar­da pam­bı­ğın sə­pi­ni göz­lə­ni­lir və or­ta məh­sul­dar­lıq 20 sent­ner sə­viy­yə­sin­də ol­ma­lı­dır. Ke­çən il­lə mü­qa­yi­sə­də bu, ar­tım de­mək­dir. An­caq biz və pam­bıq­çı­lar bu­nu yax­şı bi­li­rik ki, bu bi­zi qa­ne edə bil­məz. So­vet vax­tı məh­sul­dar­lıq da­ha da bö­yük idi. Nə­zə­rə al­saq ki, bu gün biz həm müa­sir tex­ni­ka alı­rıq, həm bü­tün di­gər təd­bir­lə­ri ən yük­sək sə­viy­yə­də gö­rü­rük, əl­bət­tə, gə­lə­cək il­lər­də məh­sul­dar­lıq da­ha da art­ma­lı­dır.

Pam­bıq­çı­lı­ğın öl­kə iq­ti­sa­diy­ya­tı­na çox bö­yük xey­ri var. Bu, öl­kə­mi­zə val­yu­ta gə­ti­rir və pam­bıq elə bir məh­sul­dur ki, dün­ya bir­ja­la­rın­da sa­tı­lır. Ona gö­rə, pam­bı­ğın və mah­lı­cın sa­tı­şı üçün ba­zar­la­rı ara­maq la­zım gəl­mir və bu, əl­bət­tə ki, bö­yük üs­tün­lük­dür. Ey­ni za­man­da, pam­bıq­çı­lıq əmək­tu­tum­lu kənd tə­sər­rü­fa­tı sa­hə­si­dir. Ke­çən il pam­bıq­çı­lı­ğa 10 min­lər­lə in­san cəlb edil­miş­dir. Bu il bu rə­qəm da­ha da bö­yük ola­caq. Böl­gə­lər­də məş­ğul­lu­ğun ar­tı­rıl­ma­sı ba­xı­mın­dan pam­bıq­çı­lı­ğın çox bö­yük xey­ri var. Bu­nu ar­tıq pam­bıq əkən bü­tün ra­yon­la­rın ic­ti­ma­iy­yə­ti və və­zi­fə­li şəxs­lər yax­şı bi­lir­lər, gö­rür­lər ki, bu gün bu ra­yon­lar­da iş­lə­mək is­tə­yən, an­caq hə­lə iş­siz qa­lan və­tən­daş özü üçün iş ta­pa bi­lər.

Döv­lət, əl­bət­tə ki, öz təd­bir­lə­ri­ni gö­rür. Onu da qeyd et­mə­li­yəm ki, ilin əv­və­lin­dən an­caq ic­ti­mai iş­lə­rə 40 min­dən çox və­tən­daş cəlb edil­miş­dir, 40 min­dən çox ye­ni iş ye­ri an­caq döv­lət sek­to­run­da ya­ra­dıl­mış­dır. Döv­lət şir­kət­lə­rin­də, döv­lət qu­rum­la­rın­da, yer­li ic­ra or­qan­la­rın­da 40 min­dən çox və­tən­daş ar­tıq iş­lə tə­min edi­lib. Bu, tə­mir-ti­kin­ti iş­lə­ri­dir, bu, ya­şıl­lıq­la­ra qul­luq et­mək üçün nə­zər­də tu­tu­lan iş yer­lə­ri­dir. Biz ye­ni iş yer­lə­ri ya­rat­ma­lı­yıq. Çün­ki biz iş­siz­li­yi da­im aşa­ğı sə­viy­yə­də sax­la­ma­lı­yıq. Bu gün dün­ya miq­ya­sın­da iş­siz­lik­lə mü­ba­ri­zə­də Azər­bay­can nü­mu­nə­vi öl­kə ki­mi gös­tə­ri­lir. Çün­ki biz­də iş­siz­lik çox aşa­ğı sə­viy­yə­də­dir və aşa­ğı sə­viy­yə­də qal­ma­lı­dır. Bə­zi qon­şu öl­kə­lər­də həm iş­siz­lik ar­tıq böh­ran həd­di­nə ça­tır, ey­ni za­man­da, ora­da de­moq­ra­fik böh­ran ya­şa­nır. Biz­də isə əha­li ar­tır. Əha­li art­dıq­ca biz ye­ni iş yer­lə­ri haq­qın­da dü­şün­mə­li­yik. Əha­li­nin ar­tı­mı çox müs­bət gös­tə­ri­ci­dir və müs­bət pro­ses­dir. Azər­bay­can əha­li­si on mil­yo­na ya­xın­la­şır. Bu, ya­xın gə­lə­cək­də ta­ri­xi nai­liy­yət ola­caq. An­caq ey­ni za­man­da, bu bi­zim qar­şı­mız­da ye­ni və­zi­fə­lər qo­yur. Biz iş yer­lə­ri­nin ya­ra­dıl­ma­sı ilə da­im məş­ğul ol­ma­lı­yıq ki, iş­siz­lik aşa­ğı sə­viy­yə­də ol­sun. Ona gö­rə məş­ğul­luq üçün pam­bıq­çı­lı­ğın çox bö­yük xey­ri var.

Biz, əl­bət­tə ki, ke­çən il­dən baş­la­ya­raq pam­bıq­çı­lı­ğa çox bö­yük döv­lət dəs­tə­yi gös­tə­ri­rik. Bu gün biz pam­bıq­çı­lıq­la bağ­lı ikin­ci mü­şa­vi­rə­ni ke­çi­ri­rik. Bu mü­şa­vi­rə­lə­rin ke­çi­ril­mə­si öz­lü­yün­də döv­lət dəs­tə­yi­nin tə­za­hü­rü­dür. Ey­ni za­man­da, biz və­tən­daş­la­rı, fer­mer­lə­ri sti­mul­laş­dır­maq üçün çox cid­di təd­bir­lər gö­rü­rük. Pam­bı­ğın alış qiy­mə­ti ke­çən il 41 qə­pik­dən 50 qə­pi­yə qal­dı­rı­lıb, ey­ni za­man­da 10 qə­pik sub­si­di­ya ve­ri­lib. Və­tən­daş­lar hər gün tar­la ba­şın­da öz ha­lal pu­lu­nu alır. Ar­tıq və­tən­daş­lar tə­rə­fin­dən pam­bıq­çı­lı­ğa çox bö­yük ma­raq ya­ra­nıb. Bax bu, çox önəm­li amil­dir. Döv­lət öz dəs­tə­yi­ni gös­tə­rir və gös­tə­rə­cək­dir. Biz pam­bıq­çı­lı­ğın in­ki­şa­fı üçün yüz mil­yon­lar­la dol­lar xərc­lə­mi­şik və xərc­lə­yə­cə­yik. An­caq əgər və­tən­daş­lar tə­rə­fin­dən bu sa­hə­yə ma­raq gös­tə­ril­mə­səy­di, bi­zim iş­lə­ri­miz ya­rım­çıq qa­la bi­lər­di. Ona gö­rə bax, bu­ra­da həm döv­lət dəs­tə­yi, bü­tün döv­lət qu­rum­la­rı­nın, özəl qu­rum­la­rın bir­gə fəa­liy­yə­ti və ic­ti­ma­iy­yət tə­rə­fin­dən gös­tə­ri­lən dəs­tək ta­ma­mi­lə ye­ni bir və­ziy­yə­tə gə­ti­rib çı­xa­rır. Əmi­nəm ki, bu il gös­tə­ri­ci­lər da­ha yax­şı ola­caq və bu­na şüb­hə yox­dur. Əl­bət­tə ki, biz gə­lə­cək­də pam­bıq­çı­lı­ğı da­ha sü­rət­lə in­ki­şaf et­di­rə­cə­yik. Pam­bıq­çı­lıq da­ha ge­niş vü­sət ala­caq və həm və­tən­daş­la­ra, həm də döv­lə­tə bu­nun an­caq bö­yük xey­ri ola­caq­dır.

Azər­bay­can­da döv­lət hə­mi­şə sa­hib­kar­la­ra kö­mək gös­tə­rir. Bu kö­mək və yar­dım müx­tə­lif sa­hə­lər­də özü­nü bü­ru­zə ve­rir. Əl­bət­tə ki, ilk növ­bə­də, mə­nim si­ya­si dəs­tə­yim xü­su­si əhə­miy­yət da­şı­yır. Mən hər il də­fə­lər­lə sa­hib­kar­lar­la gö­rü­şü­rəm, ça­lı­şı­ram ki, on­la­rın prob­lem­lə­ri həll olun­sun və on­lar da öl­kə iq­ti­sa­diy­ya­tı­na da­ha bö­yük hə­vəs­lə ya­tı­rım, yə­ni, sər­ma­yə qoy­sun­lar. Ey­ni za­man­da, sa­hib­kar­la­ra bö­yük ma­liy­yə dəs­tə­yi gös­tə­ri­lir. Sa­hib­kar­lı­ğa Kö­mək Mil­li Fon­du­nun xət­ti ilə bu gü­nə qə­dər 2 mil­yard ma­nat­dan çox gü­zəşt­li şərt­lər­lə kre­dit­lər ve­ril­miş­dir. Bu kre­dit­lər iq­ti­sa­diy­ya­tın re­al sek­to­ru­na ve­ri­lir. Bu kre­dit­lər he­sa­bı­na on min­lər­lə ye­ni iş ye­ri, yüz­lər­lə, min­lər­lə ye­ni mü­əs­si­sə ya­ra­dı­lıb­dır və bir söz­lə, öl­kə­mi­zin qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı üçün ye­ni im­kan­lar açı­lıb­dır. Məhz bu­nun nə­ti­cə­sin­də bu ilin ilk iki ayın­da qey­ri-neft sə­na­ye­miz 5 fa­iz, kənd tə­sər­rü­fa­tı isə 3 fa­iz­dən çox art­mış­dır. Bu, iq­ti­sa­diy­ya­tın re­al sek­to­ru­nun - qey­ri-neft sə­na­ye­si­nin və kənd tə­sər­rü­fa­tı­nın in­ki­şa­fı­nın gös­tə­ri­ci­lə­ri­dir. Çün­ki qey­ri-neft sə­na­ye­si­nin in­ki­şa­fı qiy­mət­lər­lə tən­zim­lə­nir. Nef­tin qiy­mə­ti qal­xar­sa, əl­bət­tə ki, gös­tə­ri­ci də qal­xa­caq. Nef­tin ha­si­la­tı qal­xar­sa gös­tə­ri­ci də qal­xa­caq, dü­şər­sə, dü­şə­cək. Ona gö­rə bu, gös­tə­ri­ci de­yil. Bi­zim üçün əsas gös­tə­ri­ci qey­ri-neft sek­to­ru­nun və kənd tə­sər­rü­fa­tı­nın gös­tə­ri­ci­lə­ri­dir. Hər iki gös­tə­ri­ci çox müs­bət­dir. He­sab edi­rəm ki, bu gün dün­ya miq­ya­sın­da ən yük­sək in­ki­şaf gös­tə­ri­ci­lə­ri məhz bi­zim gös­tə­ri­ci­lə­ri­miz­dir. Bu­nu bey­nəl­xalq mö­tə­bər qu­rum­lar da qeyd edir. On­la­rın ara­sın­da Da­vos Ümum­dün­ya İq­ti­sa­di Fo­ru­mu ən mö­tə­bər dün­ya fo­ru­mu­dur və onun he­sab­la­ma­la­rı­na gö­rə, Azər­bay­can iq­ti­sa­diy­ya­tı dün­ya miq­ya­sın­da öz rə­qa­bət­qa­bi­liy­yət­li­li­yi­nə gö­rə 37-ci yer­də­dir. Dün­ya­da 200-dən çox öl­kə var. Bax, biz bu pa­ra­met­rə gö­rə 37-ci yer­də­yik. He­sab edi­rəm ki, bu, ta­ri­xi nai­liy­yət­dir. Bun­dan əla­və, biz ke­çən ilə nis­bə­tən 3 pil­lə yu­xa­rı qalx­mı­şıq. Əl­bət­tə ki, bu bi­zim işi­mi­zə ve­ri­lən yük­sək qiy­mət­dir və bi­zi se­vin­di­rir. An­caq əsas mə­sə­lə öl­kə­miz­də ge­dən pro­ses­lər­dir və bu pro­ses­lər müs­bət is­ti­qa­mət­də ge­dir.

Azər­bay­can­da sa­bit­lik tə­min olu­nur. Sa­bit­li­yin tə­mi­nat­çı­sı Azər­bay­can xal­qı­dır. Azər­bay­can həm böl­gə­də, həm dün­ya­da öz si­ya­sə­ti ilə se­çi­lir. Azər­bay­can­da təh­lü­kə­siz­lik təd­bir­lə­ri tə­min edi­lir, ic­ti­mai pro­ses­lər müs­bət is­ti­qa­mət­də ge­dir, və­tən­daş həm­rəy­li­yi möh­kəm­lə­nir, iq­ti­sa­di in­ki­şaf, re­gi­on­la­rın in­ki­şa­fı sü­rət­lə ge­dir. Biz bu gün bir nü­mu­nə gös­tə­ri­rik - öl­kə­ni ne­cə ida­rə et­mək la­zım­dır? Bu nü­mu­nə­ni biz gös­tə­ri­rik və əl­bət­tə ki, bu si­ya­sət xalq tə­rə­fin­dən də bə­yə­ni­lir, dəs­tək­lə­nir. Bi­zim gə­lə­cək plan­la­rı­mı­zın re­al­laş­dı­rıl­ma­sı üçün bu əsas amil­dir. Xalq-iq­ti­dar bir­li­yi hər bir öl­kə­nin uğur­lu in­ki­şa­fı­nı şərt­lən­di­rən əsas amil­dir.

Bi­zim uğur­lu iq­ti­sa­di si­ya­sə­ti­miz, re­gi­on­la­rın in­ki­şa­fı və ye­ni tə­şəb­büs­lər, is­la­hat­lar, əmi­nəm ki, da­ya­nıq­lı in­ki­şa­fı tə­min edə­cək. Bu ya­xın­lar­da bir çox sa­hə­lər üz­rə stra­te­ji yol xə­ri­tə­lə­ri tər­tib edi­lib, on­lar dərc olu­nub. İc­ti­ma­iy­yət ar­tıq bu­nu bi­lir. Hər bir sa­hə üz­rə kon­kret proq­ram­lar var, biz bu proq­ram­lar əsa­sın­da iş­lə­yi­rik və iş­lə­yə­cə­yik.

Növ­bə­ti il­lər­də əsas və­zi­fə­lər­dən bi­ri qey­ri-neft məh­sul­la­rı ix­ra­cı­nın ar­tı­rıl­ma­sı­dır. Çün­ki neft-qaz sa­hə­sin­də hər şey müs­bət is­ti­qa­mət­də ge­dir. Bi­zim bö­yük "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si uğur­la ic­ra edi­lir. Bu da ta­ri­xi la­yi­hə­dir. An­caq bi­zim əsas məq­sə­di­miz qey­ri-neft ix­ra­cı­mı­zı ar­tır­maq­dır. Bax, bu­nu et­mək üçün kənd tə­sər­rü­fa­tı­nın ənə­nə­vi sa­hə­lə­ri in­ki­şaf et­mə­li­dir. Bu­ra­da tək­cə pam­bıq­çı­lıq­dan söh­bət get­mir. Biz ke­çən il tü­tün­çü­lük­də də, ba­ra­ma­çı­lıq­da da cid­di dö­nüş ya­ra­da bil­mi­şik. Tü­tün is­teh­sa­lı ar­tır. Biz ar­tıq qu­ru tü­tü­nün ix­ra­cı ilə də cid­di məş­ğu­luq, kon­trakt­lar im­za­la­nıb­dır. Üzüm­çü­lü­yün in­ki­şa­fı sü­rət­lə ge­dir, şə­rab məh­sul­la­rı­nın ix­ra­cı da art­ma­lı­dır və ar­tıq ar­tır. Ba­ra­ma­çı­lıq sü­rət­lə in­ki­şaf edir. Əgər 2015-ci il­də cə­mi 200 ki­loq­ram­dan bir qə­dər çox ba­ra­ma tə­da­rük olu­nub­sa, ke­çən il bu, 70 to­na ça­tıb­dır, bu il da­ha da yük­sək rə­qəm ola­caq. Şə­ki ipək kom­bi­na­tı­nın işi bər­pa edi­lib. Ora­da da sub­si­di­ya­lar ve­ri­lir. Tü­tün­çü­lük­də də sub­si­di­ya ve­ri­lir. İn­di şə­kər çu­ğun­du­ru­nun küt­lə­vi əki­ni baş­la­yıb. Bu, bi­zə çox la­zım­dır. Çün­ki bi­zim şə­kər za­vo­du­muz da­ha çox xa­ric­dən gə­lən xam­mal­la iş­lə­yib. Biz da­ha çox yer­li xam­ma­lı tə­min et­mə­li­yik. Bu da məş­ğul­luq və ix­rac po­ten­sia­lı de­mək­dir. Ona gö­rə qey­ri-neft məh­sul­la­rı­nın, xü­su­si­lə kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın ix­ra­cı bi­zim üçün in­di­ki in­ki­şaf mər­hə­lə­miz­də əsas və­zi­fə­dir.

Biz bir ne­çə öl­kə­də ar­tıq ti­ca­rət ev­lə­ri ya­ra­dı­rıq. "Ma­de in Azer­bai­jan" bren­di ar­tıq dün­ya­ya ya­yı­lıb­dır. İn­di bü­tün si­ya­si tə­mas­lar­da, həm­kar­la­rım­la gö­rüş­lər əs­na­sın­da ən va­cib mə­sə­lə məhz Azər­bay­can məh­sul­la­rı­nın ix­ra­cı mə­sə­lə­si­dir. Bu mə­sə­lə­ni mən qal­dı­rı­ram və si­ya­si dəs­tək olan yer­də, əl­bət­tə ki, bi­zim sa­hib­kar­la­rı­mız üçün də ye­ni im­kan­lar ya­ra­nır. Sa­hib­kar­lar öz­lə­ri də fə­al ol­ma­lı­dır­lar, öz­lə­ri ye­ni ba­zar­la­ra çıx­ma­lı­dır­lar. On­suz da Azər­bay­can döv­lə­ti bu­nu təş­kil edir. Biz­nes-fo­rum­lar ke­çi­ri­lir, hö­ku­mət nü­ma­yən­də­lə­ri­nin tər­ki­bin­də ar­tıq iş adam­la­rı da hə­mi­şə təm­sil olu­nur­lar. On­lar da fə­al ol­ma­lı­dır­lar, öz məh­sul­la­rı­nı təb­liğ et­mə­li­dir­lər, ça­lış­ma­lı­dır­lar ki, bu im­kan­dan is­ti­fa­də edib öz məh­sul­la­rı­nı da­ha çox xa­ri­ci ba­zar­la­ra sat­sın­lar. Biz əl­bət­tə ki, da­xi­li ba­za­rı da mak­si­mum də­rə­cə­də tə­min et­mə­li­yik və bu­nu edi­rik.

Bir söz­lə, ar­tıq ke­çən il ər­zin­də pam­bıq­çı­lıq­da əl­də edi­lən müs­bət təc­rü­bə gə­lə­cə­yə nik­bin­lik­lə bax­maq üçün bö­yük əsas ve­rir. Bu­gün­kü mü­şa­vi­rə­də pam­bıq­çı­lı­ğın in­ki­şa­fı ilə bağ­lı önəm­li mə­sə­lə­lər mü­za­ki­rə edi­lə­cək. Əmi­nəm ki, bu gün start ver­di­yi­miz sə­pin kam­pa­ni­ya­sı uğur­la ba­şa ça­ta­caq və biz bol məh­sul əl­də edə­cə­yik.

Son­ra Sa­at­lı Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Si­ra­qəd­din Cab­ba­rov, Bi­lə­su­var Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Ma­hir Qu­li­yev, "Gi­lan Hol­dinq"in Gi­lan kənd tə­sər­rü­fa­tı qru­pu­nun pam­bıq­çı­lıq üz­rə mü­şa­vi­ri Bəh­ruz Ca­ma­lov, Bey­lə­qan Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Va­qif Ab­dul­la­yev, Bər­də Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Vi­da­di İsa­yev, "ÇTS Aq­ro" MMC-nin baş di­rek­tor əvə­zi Arif İb­ra­hi­mov, Tər­tər Ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı Müs­tə­qim Məm­mə­dov, Me­lio­ra­si­ya və Su Tə­sər­rü­fa­tı Açıq Səhm­dar Cə­miy­yə­ti­nin səd­ri Əh­məd Əh­məd­za­də çı­xış edib.

Pre­zi­dent İl­ham Əli­yev mü­şa­vi­rə­də ye­kun nit­qi söy­lə­yib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 00:28
Ermənilər işğalı dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ