ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland danışıqlar masası üzərində üç mərhələli həll planının olduğunu bildirib.
Baki-xeber.com-un xəbərinə görə, Hoqland deyib ki, ola bilər bu tam həll variantı deyil, lakin əsas tezislərdir və bundan sonra danışıqlar bu plan ətrafında aparılmalıdır. Jurnalistlərlə söhbətində amerikalı həmsədr onu da bildirib ki, münaqişəyə nail olunması üçün tərəflər plan üzərində işləməlidir. Jurnalistlərin “Dövriyyədə Lavrov planı da varmı” sualına cavabında isə o deyib ki, artıq bu termindən istifadə olunmur.”Yalnız onu deyə bilərəm ki, masa üzərində üç mərhələli həll planı var, lakin detallarını hələlik aça bilmərəm və tərəflər bu plan üzərində işləyir”- o deyib.