Qondarma “DQR”-in keçmiş “ordu komandanı” Samvel Babayan Ermənistana qaçaq yolla silah daşınmasında iştirakını etitaf edib.
Baki-xeber.com-un xəbərinə görə, Samvel Babayan “İqla” zenit-raket komplekslərinin qaçaq yolla Ermənistana daşınmasında təqsirli bilinir. Babayan istintaqın gedişində ona qarşı irəli sürülən ittihamla razılaşmasa da, sonradan özünün sözügedən qaçaqmalçılıqla əlaqəsini təsdiqləyib. Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məsələ ilə bağlı açıqlamasında deyilir. Vəkili isə bildirib ki, keçmiş “ordu komandanını” 2 illik həbs gözləyir.