Kreml Kiyevdə eks-deputatın qətlinin Moskva ilə əlaqələndirilməsinə sərt reaksiya verərək bunu absurd adlandırıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Peskov deyib ki, baş verənlər Kiyevin eks-parlamentarilərin təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir.
Xatırladaq ki, martın 23-də eks-deputat mühafizəçisilə oteldən çıxarkən odlu silahdan açılan atəşlə qətlə yetirilib. Daha sonra onu vuran şəxsin mühafizəçinin açdığı cavab atəşilə yaralandığı və ələ keçdiyi bildirilib. Hadisənin dərhal ardından Ukrayna prezidenti Pyotr Poroşenko baş verənlərdə “Rusiya xüsusi xidmətinin izinin aşkar göründüyünü” bildirib. Ardınca isə Ukrayna XİN-in yetkilisi Zoran Şkiryak həmin fikri dəstəkləyib.