Qarabağ nizamlanmasının prinsiplərini biz və Azərbaycan deyil, beynəlxalq strukturlar müəyyənləşdirir.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ictimai televiziyanın “Gündəmdən kənar” verilişində deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan ATƏT və BMT kimi nüfuzlu təşkilatların üzvü olduğundan, münaqişənin çözüm prosesini də bu ölkələr deyil, beynəlxalq strukturlar müəyyən edir. O deyib ki, Qarabağ çözümü abstrakt məsələ deyil, bu çözümlə BMT-nin xeyir-duasını almış ATƏT-in Minsk Qrupu məşğul olur. Eks-prezident onu da deyib ki, münaqişənin Madrid prinsipləri çərçivəsində çözüləcəyi artıq konkretləşib. Azərbaycan və Ermənistan arasında sözügedən prinsiplər üzrə artıq 10 ildir danışıqlar getdiyinə diqqət çəkən Ter-Petrosyan deyib ki, ilkin mərhələdə tərəflər arasında çox böyük fikir ayrılıqları olsa da, hazırda Qarabağ münaqişəsinin çözümünə çox yaxınlaşılıb. “Cəmi bir-iki məsələnin razılaşdırılması qalıb” – deyə o bildirib.
Görünən o ki, Ermənistan tərəfi artıq reallıqlarla barışmaq məcburiyyətində olduğunu gizlətmir.