Bazar günü günü, 10 may 2026
     

Əli Hə­sə­nov Azər­bay­ca­nın adın­dan dün­ya dü­zə­ni­nə ye­ni prin­sip və nor­ma­lar tək­lif et­di - YENİLƏNDİ

Image


V Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq münasibətlərdə ittifaqların rolu müzakirə edilib

 

V Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?" mövzusunda panel keçirilib. APA-nın məlumatına görə, paneldə çıxış edən Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov deyib ki, SSRİ-nin parçalanmasından sonra ABŞ-ın yeganə super güc olması təəssüratı yaranıb. NATO-nun gələcəyinə toxunan P. Stoyanov ABŞ-ın yeni prezidenti Donald Trampın NATO-ya digər ölkələrin ödənişlərinin artırılmasının zəruriliyi barədə dediklərinə toxunub: "Avropa İttifaqı ölkələri NATO-nun gələcəyinə inanır, ona alternativ görmür".

Ekvadorun sabiq prezidenti Rosalia Arteaga bildirib ki, bu gün ABŞ proteksionizm siyasəti aparır: "1930-cu ildə böhranın səbəbi məhz proteksionizm olub. Mən hesab edirəm ki, ABŞ Böyük Britaniya ilə iqtisadi əlaqələri gücləndirəcək, ittifaq yaradacaq. Avropa İttifaqı Hollandiya və Fransadakı seçkilərdən sonra da mövcudluğunu qoruyacaq. Asiya da ittifaq arayışları olacaq".

O, sülhün təbliğinin önəmli olduğunu deyib, məktəblərdə dərsliklərə bununla bağlı dərslər əlavə edilməsini zəruri sayıb.

Xorvatiyanın sabiq prezidenti İvo Josipoviç isə dünyanın gələcəyindən narahat olduğunu vurğulayıb: "Yeni siyasi və hərbi fəaliyyətlər yeni strukturların formalaşmasında mühüm rol oynayır. ABŞ-ın yeni doktrinası diqqət çəkir, Rusiyanın güclənməsi, Çinin iqtisadi və siyasi çəkisinin artması proqnozlaşdırılır. İnsanlar sabah nə baş verəcəyindən çox narahatdırlar. Qərb müxtəlif ölkələrə müdaxiləsinin hansı nəticələr verəcəyini proqnozlaşdıra bilmədi. Bir neçə ilə əvvəl mən prezident kimi ABŞ-da yüksək vəzifəli şəxslərlə görüşəndə deyirdilər ki, Suriya məsələsi artıq bitib. Ancaq hələ də bu problem həllini tapmayıb. Mən qorxuram ki, böyük güclər Suriyadakı vəziyyətin digər ölkələrdə, regionlarda, o cümlədən Balkanlarda yaranmasına imkan verəcək".

İ. Josipoviç bildirib ki, Makedoniya, Sloveniya, Serbiya, Bosniya və Hersoqovinada nə baş verəcəyini proqnozlaşdırmaq çətindir: "Maraqlar restrukzasiya olunur və Avropanın gələcəyi ilə bağlı qorxuram. Böyük güclər Avropada ölkələrin daxili işlərinə qarışacaq, bu da sabitliyə təhlükədir".

Fransanın sabiq maliyyə naziri Edmund Alfandery Avropa İttifaqına ümidin hələ tam itmədiyini söyləyib: "Əsas odur ki, yaxın günlərdə 60 illiyini keçirəcəyimiz Avropa İttifaqı ilə bağlı səhvlərə yol verməyək. Böyük Britaniyanın Avropa İttifaqından çıxdıqdan sonra rəy sorğularına baxsaq, görərik ki, britaniyalıların əksəriyyəti Avropa İttifaqını dəstəkləyir. Bu gün Fransada Le Pen deyir ki, seçkilərdə qalib gəlsə, frankı bərpa edəcək. Ümid edirəm ki, mənim ölkəmdə Le Pen qalib gəlməyəcək. Şərqi Avropada, Orta Şərqdə, Afrikada, digər regionlarda dondurulmuş münaqişələr var. Nəzərə almalıyıq ki, Avropa İttifaqı Avropaya uzunmüddətli sülh gətirib. Avropa təsisatlarının çox böyük faydası var. Mərkəzi və Şərqi Avropa ölkələrinin xalqlarından, rəhbərlərindən soruşsaq, onlar da Avropa İttifaqını dəstəkləyəcəklər. Qorxu populizmi artırır. Ancaq Avropanın gələcəyi üçün birlikdə problemləri həll etməliyik. Biz NATO daxilində öz mühafizə imkanlarımızı gücləndirməliyik. Avropalıları inandırmaq lazımdır ki, Avropa İttifaqı çox uğurlu ittifaqdır".

Rumıniyanın sabiq baş naziri Petre Roman hesab edir ki, beynəlxalq münasibətlər sülhə və rifaha əsaslanmalıdır: "Qloballaşma inam yaratmır, bir çox dövlətlərə təhlükə törədir. İnam olmasa, biz qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilməyəcəyik. Bu inam bir çox xalq və mədəniyyətlər üçün faydalı olacaq".

Azərbaycan barədə təəssüratının gözəl olduğunu, həyat yoldaşı ilə Azərbaycana tətilə gələcəyini söyləyən "Concordia"-nın həmtəsisçisi, İdarə Heyətinin sədri Nikolas Logothetis ABŞ-da yeni hakimiyyətin hansı addımlar atacağını heç kəsin proqnozlaşdıra bilmədiyini vurğulayıb: "Bu gün Ağ Evdə iki qüvvə var. Bunlardan biri ənənəvi respublikası qüvvələrdir, ikincisi isə Stiv Bennen rəhbərlik etdiyi qüvvədir. Stiv Bennen çox təhlükəli fikirlər söyləyir. Stiv Bennen inzibati dövlətin rekonstrukzasiya olunması barədə danışır, populist siyasətə çox inanır. O, Donald Trampa ən güclü təsir göstərən şəxsdir. İnanıram ki, ənənəvi respublikaçılar qalib gələcək. Dünya 2016-cı il noyabrın 9-u ilə 2017-ci il noyabrın 9-nun çox fərqli olduğunun şahidi olacaq".

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, başda BMT olmaqla, dünya siyasətində aparıcı mövqe tutan qurumların beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyi ilə bağlı yeni yanaşmalar ortaya çıxır.

Ə. Həsənovun sözlərinə görə, BMT-nin əksər halda qəbul etdiyi qətnamə və qərarların imperativ xarakter daşımaması, dünyanın müxtəlif regionlarında münaqişələrin alovlanmasına səbəb olan təcavüzkar dövlətlərin cəzalandırılmasına ikili standartlar mövqeyindən yanaşması təəssüf doğurur: "Bu gün hamıya aydındır ki, bəzi Qərb dövlətlərinin təsiri altında BMT qəbul etdiyi qətnamə və qərarların yerinə yetirilməsinə eyni münasibəti göstərmir ki, bu da onun nüfuzuna ciddi zərbə vurur. Həmin sənədlərin icra mexanizmlərinin siyasiləşməsi nəticəsində Cənubi Qafqazda, Şərqi Avropada, Afrikanın bir sıra bölgəsində, Uzaq Şərqdə münaqişədən əziyyət çəkən dövlətlərin BMT-yə olan inamı getdikcə azalır".

O qeyd edib ki, dövlətlərin daxili işlərinə qarışmayan, yalnız beynəlxalq hüquqi norma və prinsiplərindən çıxış edən Azərbaycan dünyanın müxtəlif ölkələrində mövcud olan münaqişələrin aradan qaldırılması üçün BMT-nin qəbul etdiyi qətnamələri və onların  tez bir vaxtda yerinə yetirilməsini dəstəkləyir: "Lakin BMT vaxtilə İraqın dərhal cazalandırılmasına rəvac verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin də təxirə salınmadan yerinə yetirilməsi üçün prinsipial mövqe nümayiş etdirmir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə dərhal icra olunduğu halda, BMT-nin Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnamə 20 ildən artıqdır, yerinə yetirilmir. Baxmayaraq ki, BMT-nin bu qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı bir daha vurğulanıb, hərbi əməliyyatlara son qoyulması və Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması tələbləri irəli sürülüb. Bütün bunların nəticəsidir ki, hazırda BMT-nin ikili standartlardan kənar, müstəqil bir qurum kimi fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatların aparılması, onun yenidən strukturlaşması və fəaliyyət strategiyasında köklü dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb".

Ə. Həsənov vurğulayıb ki, XXI əsrin başlanğıcında Minilliyin Bəyannaməsinin qəbul edilməsindən sonra BMT-də islahatların aparılması məsələsi daha aktuallaşıb.

O, Azərbaycanın da dünyanın bütün regionlarında münaqişələrin aradan qaldırılması, sülhün və sabitliyin etibarlı şəkildə təmin olunması üçün BMT-də islahatların aparılması ideyasını dəstəklədiyini nəzərə çatdırıb.

Ə. Həsənov müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların yaranmasının zəruriliyi məsələsi ilə bağlı dünya birliyində  müxtəlif yanaşmaların özünü göstərdiyini də bildirib. O deyib ki, SSRİ-nin dağılması ilə NATO dünyanın yeni geosiyasi mənzərəsini müəyyənləşdirməyə çalışan əsas hərbi-siyasi güc mərkəzinə çevrilib: "Beynəlxalq münasibətlərdə “birqütblülük” yarandı ki, bu da dünya nizamında yeni oyun qaydalarının əmələ gəlməsinə səbəb oldu. Lakin son 25 ilin təcrübəsi göstərir ki, “birqütblü” sistem və “yeni dünya nizamı” konsepsiyası bütün dövlətlər tərəfindən birmənalı şəkildə qarşılanmır. “Çoxqütblülüyün” aradan qalxmasına baxmayaraq, yenidən onun bərpa edilməsində maraqlı olan dövlətlər var və onlar müxtəlif hərbi-siyasi ittifaqların yaranmasında maraqlıdır".

Ə. Həsənov qeyd edib ki, Azərbaycanın 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatı isə  dünya nizamının yeni arxitekturasının bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmasını istəyir: "Hesab edirik ki, bu gün beynəlxalq hüquq və güc arasında balansın tapılması dünyanın xilasıdır".

Tədbir müzakirələrlə davam edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

10.05.2026 / 00:28
Ermənilər işğalı dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ