Bazar ertəsi günü, 26 oktyabr 2026
     

V Qlobal Bakı Forumu çərçivəsində prezidentlərin iclası keçirildi - FOTO

Image


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün işinə başlayan V Qlobal Bakı Forumu rəsmi açılış mərasimindən sonra “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda iclasla davam edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak ediblər.

İclasın moderatoru olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin mühüm məsələlərin müzakirə edildiyi Forumun əhəmiyyətini xüsusi vurğulayıb.

Monteneqro Prezidenti Filip Vuyanoviç müasir dövrdə elmi-texniki tərəqqi nəticəsində insanların bütün imkanlardan yararlanaraq daha yaxşı yaşadıqlarını bildirib. Hazırda dünyanın bir sıra problemlərlə üzləşdiyini deyən Prezident Filip Vuyanoviç qeyd edib ki, insanlıq terrorizm kimi ciddi bəla ilə üzləşib, günahsız insanların həyatına son qoyulur. Aclıq və digər problemlər səbəbindən demokratiyaya ciddi zərbə vurulur.

Bu problemlərin qarşısının anılmasında beynəlxalq səviyyədə səylərin və güclərin birləşdirilməsinin əhəmiyyətini diqqətə çatdıran dövlət başçısı bildirib ki, yalnız bu halda beynəlxalq münasibətlər daha yaxşı inkişaf edəcək. İnteqrasiya ümumi rifahın inkişafına töhfə verir. Monteneqro da bu siyasəti əsas tutur və ümid edir ki, bölgə üçün yaxşı nümunə olacaq.

Makedoniya Prezidenti George İvanov hazırkı dövrdə mövcud problemlərin dərindən öyrənilməsinin gələcəyin daha dəqiq proqnozlaşdırılması baxımından önəmini vurğulayaraq bildirib: “Hazırkı dövr biz insanlar üçün çox təhlükəlidir. Çünki biz terrorçuların olduğu dövrdə yaşayırıq. Bu insanlar yalan xəbərlər yayır, geniş təbliğat işləri apararaq əhali arasında qorxu hissi yaradırlar. Məhz bunun nəticəsidir ki, bu proses hazırda ən yüksək səviyyəyə çatıb. Əslində, biz yeni dünyanın doğuluşu ərəfəsindəyik. Biz indiyədək qorxu ilə yaşamışıq. Lakin bundan sonra ümidlə yanaşmalıyıq ki, yeni dünya doğulur”.

Yeni dünya nizamının çoxqütblü olacağını vurğulayan Makedoniya Prezidenti bildirib ki, vahid cəmiyyət, vahid mədəniyyət olmayacaq. Buna görə də müxtəlif mədəniyyətlər və millərlər arasında dialoqu təşviq etməli, müxtəlifliyə hörmətlə yanaşmalıyıq. Makedoniya da bu sahədə Azərbaycan kimi hərəkət edir və inteqrasiya yolunu seçib.

Albaniya Prezidenti Buyar Nişani bildirib ki, ölkəsi kiçik olsa da digər xalqların və ölkələrin inkişafına da öz töhfəsini verib. Kommunizmin süqutundan sonra Albaniyanın sürətlə inkişaf etdiyini, etibarlı tərəfdaş olduğunu deyən dövlət başçısı bildirib ki, yerləşdiyimiz region böyük imkanlar məkanıdır və bu imkanlardan səmərəli istifadə edilməlidir: “Biz müharibələr, problemlərlə üzləşməyimiz baxmayaraq, yeni reallığa ayaq uyduraraq, qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edirik. Biz eyni regionda yaşadığımız üçün birgə məqsədlərə nail olmağa çalışmalıyıq. Biz inanırıq ki, Avropaya inteqrasiya yeganə yoldur və bu istiqamətdə çalışmalıyıq. Bizim üçün başqa alternativ yoxdur. Bu, bir prosesdir və müəyyən müddətdən sonra biz bu ailənin üzvü olacağıq”.

Albaniyanın zəngin təbii sərvətlərə, bol su ehtiyatlarına, yaxşı iqlimə və sahil zonasına malik olduğunu vurğulayan Prezident Buyar Nişani bildirib ki, biz bu sərvətlərdən istifadə edə və qonşu dövlətlərlə əməkdaşlığı dərinləşdirə bilərik. Sərmayədarları cəlb edə bilərik ki, layihələri uğurla icra edək. Biz sülhü və sabitliyi təmin etmək və inkişaf etməkdə yaxşı nümunə olacağıq. Yaxşı liderlər bizim dünyanı daha yaxşı dünyaya aparacaqlar, amma insanlarla açıq və səmimi münasibət lazımdır”.

Son illər dünyada gərginliklərin və münaqişələrin daha da artdığını qeyd edən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili deyib ki, otuz il əvvələ qayıtsaq və dünyanın gələcəyi barədə düşüncələrimizi xatırlasaq, o zaman düşüncələrimizin daha nikbin olduğunu görərik: “Həmin dövrdə insanlar “soyuq müharibə”nin sonunda daha çox imkanların yaranacağına, sülh və əməkdaşlığın dərinləşəcəyinə ümidləri böyük idi. Amma bu gün elə bir dünyanın şahidiyik ki, bu dünyada terrorizm, qırğınlar, müharibələr baş verir”.

Gürcüstanın qlobal təhlükəsizlik və sabitlik prosesinin tərəfdaşı olduğunu diqqətə çatdıran Prezident Giorgi Marqvelaşvili bildirib ki, biz beynəlxalq əməkdaşlığa inanırıq. Bu qloballaşan dünya sülhə və sabitliyə gətirib çıxaracaq. Biz Əfqanıstanda və Afrikada sülhyaratma missiyalarında iştirak edirik. Bizim ölkə qlobal təhlükəsizliyə töhfə versə də, özü bundan əziyyət çəkir.

Prezident Giorgi Marqvelaşvili vurğulayıb ki, Gürcüstan Azərbaycana və Türkiyəyə açıq tərəfdaşlıq təklif edir və gələcək inkişaf layihələrinə hazırdır.

“Təəssüf ki, biz təhlükəsiz və sabit dünyada yaşamırıq”, - deyən Latviya Prezidenti Raymonds Veyonis qeyd tdib ki, hazırda davam edən münaqişələr, böhranlar nəticəsində beynəlxalq münasibətlər kəskin dəyişib. Mövcud münaqişələrin beynəlxalq sülhə və sabitliyə ciddi təhlükə törətdiyini vurğulayan Raymond Veyonis əlavə edib ki, biz beynəlxalq münasibətləri sabitləşdirmək üçün qlobal səviyyədə fəaliyyətlərin həyata keçirilməsi baxımından ən uyğun platforma olan BMT-nin fəaliyyətini daha da təkmilləşdirməli və gücləndirməli, onun dəyərini artırmalıyıq. BMT qlobal səviyyədə təhlükəsizlik və müdafiənin, iqtisadi və sosial səviyyədə əməkdaşlığın, insan hüquqlarının təmin olunmasında mühüm rol oynayır.

Avropanın təhlükəsizliklə bağlı problemlərdən sığortalanmadığını vurğulayan Latviya Prezidenti bildirib ki, Avratlantik məkan da bir sıra problemlərlə üzləşir. Biz ekstremizmin, korrupsiyanın, insan hüquqlarının pozulmasının ağır fəsadlarını görürük. Bu, xüsusilə Şimali Afrikada və Yaxın Şərqdə daha çox baş verir.

Münaqişələrin qısa müddətdə və ədalətli həlli ilə bağlı BMT-nin qətnamələrinin mümkün qədər tez icra olunmasının vacibliyini bildirən Prezident Raymonds Veyonis deyib ki, Latviya münaqişələrin sülh, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında həll olunmasını dəstəklədiyir. “Münaqişələrin həlli Avropa üçün də çox vacibdir. Bunun üçün həm də güclü siyasi iradə də tələb olunur. Hazırda dünyada baş verən böhranlar, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələr tezliklə sülh yolu ilə həll edilməlidir”.

Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal isə bildirib ki, dünyada mövcud problemlər hazırda ciddi geosiyasi risklərə gətirib çıxarıb, yeni böhranlar yaranır, gərginliklər daha da dərinləşir: “Bu, həm də o səbəbdən baş verir ki, mötəbər beynəlxalq qurumlar öz vəzifələrini lazımınca yerinə yetirə bilmir. İkinci Dünya müharibəsinin qaliblərinin baxışı dünyaya sülh gətirmək idi. Lakin risklərin qarşısının alınması üçün vaxtında və lazımi səviyyədə addımların atılmaması ciddi problemlər doğurub. Qloballaşan dünyanın İkinci Dünya müharibəsi dövründəkindən çox fərqli olmasına baxmayaraq, dünya hazırda “soyuq müharibə” illərində olduğu kimi idarə edilir”.

Turki əl-Faysal bildirib ki, Suriya böhranının, Fələstin probleminin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, dünyanın aparıcı dövlətlərinin bu məsələlərin həllinə istəksiz və laqeyd yanaşmaları hazırkı ağır nəticələrə gətirib çıxarıb: “Buna görə də dünyadan, xüsusən mötəbər beynəlxalq təşkilatlardan, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yeni yanaşmalar tələb olunmalıdır. Çünki hazırkı format və yanaşmalar dayanıqlı sülhün və asayişin bərqərar olması, yaşadığımız cəmiyyətlərin, bəşəriyyətin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün kifayət etmir. Buna görə də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvlərinin vəzifələrinə yenidən baxılmalıdır ki, onlar münaqişələrin həllinə nail ola bilsinlər. Bu baxımdan dünya liderləri bir araya gəlməlidirlər. Biz hamımız eyni sivilizasiyada yaşayırıq. Ona görə də sivilizasiyaların münaqişəsinə deyil, barışığına nail olmalı, yaşadığımız dünyanı daha da gözəlləşdirməliyik”.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ