Ankara Avroittifaqla aralarında əldə olunan miqrant anlaşmasından çıxa bilər.
Baki-xeber.com-un “Reuters”-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib. Nazirin sözlərinə görə, anlaşmadan ötən müddət ərzində Brüssel vizasız rejim vədlərilə yalnız Türkiyə tərəfinin zamanını alıb. “Hazırda biz readmissiya anlaşmasına riayət etmirik və qaçqınlarla bağlı məsələlərin dəyərləndirilməsilə məşğuluq”- nazir deyib.
Xatırladaq ki, daha öncə Ankara ilə Brüssel arasında bağlanan miqrant anlaşmasına Türkiyənin Avroittifaqla iş üzrə naziri Ömər Çelik münasibət bildirib və qeyd edib ki, bu anlaşma artıq öz aktuallığını itirib. Belə ki, Ankaradan fərqli olaraq, Brüsselin öhdəliklərini yerinə yetirməməsilə anlaşma şərtləri birtərəfli qaydada pozulub. Nazir onu da deyib ki, indiki durumda Aİ rəhbərliyi Türkiyə vətəndaşlarına vizasiz rejim tətbiq olunması məsələsində obyektiv mövqe tutmaq iqtidarında deyil.