Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Sadiq Gözəlov Daxili İşlər Nazirliyində yeni vəzifədə...

Image


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə 22 il rəhbərlik edən polis polkovniki Sadiq Gözəlov bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb, eyni zamanda, ona təqaüddə olduğu dövrdə də xidməti geyim formasını daşımaq hüququ verilib. S. Gözəlov daha sonra daxili işlər nazirinin digər əmri ilə Azərbaycan Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

Sadiq Gözəlov yeni təyinatı və rəhbərlik edəcəyi fondun fəaliyyəti ilə bağlı APA-nın suallarını cavablandırıb.

- Sadiq müəllim, yeni təyinat münasibəti ilə sizi təbrik edirik və buna qədər adı geniş oxucu kütləsinə o qədər də tanış olmayan Fond barədə məlumat verməyinizi  xahiş edirik.

- Təbrikə görə çox sağ olun. Məni bu məsul vəzifəyə təyin etdiyi üçün daxili işlər naziri, general-polkovnikcənab Ramil Usubova dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, göstərilən etimadı doğrultmaq üçün var qüvvəmlə çalışacaq, əlimdən gələni əsirgəməyəcəm.

O ki qaldı Fonda, bu qurum daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üçün maliyyə imkanlarının artırılması, maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə Heydər Əliyevin 29 iyun 2002-ci il tarixli Fərmanı ilə yaradılıb, Əsasnaməsi təsdiqlənib. Əsasnaməyə görə, hüquqi şəxs olan Fondun vəsaiti respublika daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə və müxtəlif sosial tədbirlərin maliyyələşdirilməsinə yönəldilir. Fondun əsas vəzifəsi daxili işlər orqanlarının müasir avadanlıq və texnika ilə təchiz olunması, əməkdaşların sosial müdafiəsinin daha da gücləndirilməsinin təmin edilməsidir. Fond könüllülük əsasında vəsait cəlb edilməsi üçün kütləvi informasiya vasitələrində təbliğat aparılmasını, daxil olmuş vəsaitin təyinatı üzrə bölüşdürülməsini həyata keçirir.

- Fondun Əsasnaməsində görə daxili işlər orqanlarının ehtiyacı üçün ən müxtəlif texniki vasitələrin alınmasından tutmuş, xidmətdə fərqlənənlərin mükafatlandırılmasına, ağır xəstəliklərə tutulmuş əməkdaşların tibbi müayinəsinədək geniş səlahiyyətlər nəzərdə tutulub...

- Bəli, elədir. Fondun vəsaitləri daxili işlər orqanlarının təminat normalarına uyğun olaraq, əməliyyat-kriminalistik, hesablama-informasiya texnikasının, rabitə və digər xüsusi vasitələrin alınmasına, xidmətdə fərqlənənlərin mükafatlandırılmasına, xidməti nəqliyyat vasitələrinin alınmasına və saxlanılmasına, ağır xəstəliklərə tutulmuş əməkdaşların müayinəsinə və müalicəsinə, xidməti vəzifələrini yerinə yetirərkən zərər çəkənlərə və ya həlak olanlara, onların ailə üzvlərinə yardım göstərilməsinə, idman-sağlamlıq tədbirlərinin keçirilməsinə, Nazirliyin tədris müəssisələrində təhsilin inkişafına, eyni zamanda, digər xidməti və sosial məsələlərin həllinə yönəldilir.

- Bildiyimiz qədər məlum fərmandan sonra polis fəaliyyətinin təkmilləşdirilməsi barədə Dövlət Proqramı və digər normativ-hüquqi aktlar da qəbul edilib...

- Bəli, tamamilə doğrudur. Hələ ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının şəxsi heyəti xüsusi diqqət və qayğı ilə əhatə olunub, vəzifə və rütbə maaşları, digər təminat xərcləri ardıcıl olaraq artırılıb, maddi-texniki təchizatın yaxşılaşdırılması üçün xeyli işlər görülüb. Ümummilli liderin bu sahədəki kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev də daxili işlər orqanlarında əməkdaşların və hərbi qulluqçuların sosial-məişət problemlərinin həlli üçün bütün lazımi şəraiti yaradıb. Məhz prezidentin təşəbbüsü ilə 2004-cü ildə "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı qəbul olunub və bu, xidməti fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsində əvəzsiz rol oynayıb. Möhtərəm dövlət başçımızın ali diqqət və qayğısı, sözügedən Dövlət Proqramının (2004-2008-ci illər) icrası nəticəsində və sonrakı illərdə əksər struktur qurumlar üçün yeni inzibati binalar inşa edilib və ya müasirləşdirilib, əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük önəm daşıyan xüsusi texnika, avadanlıq və vasitələrlə təchizat yüksək səviyyəyə çatıb, yeni informasiya sistemlərinin tətbiqi intensiv xarakter alıb.

- Rəhbəri olduğunuz fonda maliyyə vəsaitini necə cəlb etmək fikrindəsiniz?

- Fondun maliyyə mənbəyi ölkə ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardan ibarətdir. Prezident İlham Əliyev son illər sürətli inkişafımızın, iqtisadi qüdrətimizin daha da möhkəmləndirilməsinin ən başlıca şərtlərindən biri kimi, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmini, daxili təhlükəsizliyin qorunması olduğunu dəfələrlə nəzərə çatdırıb, bu istiqamətdə daxili işlər orqanlarının fədakar xidmətini hər zaman yüksək qiymətləndirib, dövlətin öz polisinə diqqət və qayğısının bundan sonra da davam etdiriləcəyini hər zaman vurğulayıb.

Məhz iqtisadi artımı şərtləndirən belə əlverişli şəraitdə bütün sahələrdə əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafin dinamikası və aparılan islahatlar hər bir vətəndaşın gündəlik həyatında, rifah halında öz əksini tapdığı kimi, daxili işlər orqanlarınının fəaliyyətinə, onun çoxminli şəxsi heyətinin sosial müdafiəsinə də müsbət təsirini göstərir.

Bilirsiniz, cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin, insan hüquqlarının, həmçinin, dövlət və şəxsi mülkiyyətin qorunması sahəsində əldə olunmuş uğurlarda elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin çox böyük rolu var. Təcrübə göstərir ki, qeydə alınmış cinayətlərin əhəmiyyətli hissəsi müasir texniki vasitələrin köməyi ilə açılır.

Yəni cinayətkarlıqla uğurlu mübarizə, ölkədə dayanıqlı sabitliyin, əmin-amanlığın, həmçinin daxili təhlükəsizliyin qorunub-saxlanılması sosial, siyasi, dini və irqi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən hər bir iş adamının, bütövlükdə, cəmiyyətin maraqları, mənafeyi ilə bağlı məsələdir və hər kəs də ümumi işə öz şəxsi töhfəsini verməlidir.

Fürsətdən istifadə edərək imkanlı iş adamlarımıza, xeyriyyəçilərimizə, daxili işlər orqanlarının peşəkar xidməti fəaliyyətindən yararlanan fiziki və hüquqi şəxslərə müraciət edirəm: Fondun gücləndirilməsində, gecəli-gündüzlü, hər cür çətin şəraitdə xidmət aparan, cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini kimi mühüm vəzifələri yerinə yetirən DİO-nun şəxsi heyətinin maddi-texniki bazasının və sosial təminatının yaxşılaşdırılmasında, özümüzün, ailəmizin, yaxınlarımızın təhlükəsizliyinin daha da etibarlı təmin olunmasında yaxından iştirak edin, bu xeyirxah işə maddi və mənəvi dəstəyinizi əsirgəməyin.

Maraqlananlar üçün Fondun rekvizitlərini xatırladıram:

Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi Filialı

Manat hesabı:         AZ 15 İBAZ 38090019449335323204

Valyuta hesabı:       AZ 15 İBAZ 38190018409335323204

Bankın kodu:          805250

Müxbir hesabı:       00137010002944

VÖEN:                   9900001881

SWİFT:                  İB AZ AZ 2X

Fondun VÖEN:      1700261351



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ