Martın 21-i saat 19.30 - da Heydər Əliyev Mərkəzində TRT Avaz kanalının 8 illik yubileyi qeyd ediləcək.
Telekanaldan baki-xəbər.com-a verilən xəbərə görə, konsert proqramını 26 ölkə və 15 muxtar respublikadan olmaqla 300 milyon tamaşaçı canlı olaraq izləyəcək. Beləliklə də Emre Aydın, Azərin, Fərganə və digər surpriz sənətçilərin iştirakı ilə möhtəşəm konsert proqramı NOVRUZ coşğusunu Bakıdan dünyaya çatdıracaq.
İçərişəhirdə qurulacaq nəhəng ekranlarla konsert proqramı və Novruz Festivalı canlı olaraq yayımlanacaq.