NATO Türkiyə ilə Hollandiya arasından baş verənlərdən dolayı bu ölkələrə çağırış edib.
Baki-xeber.com-un xəbərinə görə, Alyansın Baş katibi Yens Stoltenberq tərəfləri “qarşılıqlı sayğı çevrəsində” davranmağa dəvət edib. O deyib ki, gərginliyi azaltmaq və emosiyaları yatışdırmaq üçün “bizi birləşdirən dəyərləri xatırlamalıyıq”.
Bu arada daha bir çağırış isə Avropa Birliyindən gəlib. “Reuters”in xəbərinə görə, AB-dən gələn açıqlamada Türkiyədə planlanan Konstitusiya dəyişikliklərinin ardından bu ölkənin quruma üzvlüyü yolunda ortaya çıxan əngəllərin bir daha dəyərləndiriləcəyi bildirilir. Eyni zamanda Ankara, Hollandiya və digər AB üzvlüyünə namizəd ölkələr münasibətləri gərginləşdirəcək istənilən addımdan çəkinməyə çağırılır.