2016-cı il aprel döyüşlərində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksələn Toğrul Fərəczadə haqqında kitab nəşr olunub.
Milli.Az bildirir ki, gənc yazar Rəfiqə Rafiqqızının müəllifliyi ilə işıq üzü görən kitab "Daş Heykəlin nağılı" adlanır. Kitabda şəhid Toğrul Fərəczadə, onun qısa və mənalı ömür yolu haqqında fikirlər, şəkilləri, həmçinin ailə üzvləri, hərbçi yoldaşlarının onun qəhrəmanlığı barədə xatrələri yer alıb.
Bununla yanaşı ,kitabda şəhidimizin şəxsi əşyalarının fotoları da verilib.
Nəfis tərtibatla hazırlanmış kitabın üz qabığında Toğrul Fərəczadənin Azərbaycanın üçrəngli bayrağı üzərində səmaya yüksəlməsi və məğrur baxışı həkk edilib.
Kitabın təqdimat mətasimi aprelin 1-də Ağsu rayon Mədəniyyət Evində keçiriləcək.
Qeyd edək ki, kitab satış üçün nəzərdə tutulmayıb.