Bazar ertəsi günü, 26 oktyabr 2026
     

“Azərbaycanda türkiyəşünaslığın, Türkiyədə isə azərbaycanşünaslığın inkişafı zəruridir” - MÜSAHİBƏ

Image


Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mədəniyyət və turizm müşaviri təyin olunub. Bu, araşdıraçı-yazar, Azərbaycanda da kifayət qədər tanınan imza sahibi İrfan Çiftçidir.Yeni müşavirin APA-ya müsahibəsini təqdim edirik:

 - Hər şeydən əvvəl yeni işinizdə uğurlar diləyirik.

 - Təşəkkür edirəm.

 - Müstəqilliyə gedən illərdən üzü bəri Sizin Azərbaycanla yaxın münasibətləriniz var. Əslində siz təxminən 30 ilin mədəniyyət müşavirisiniz. O illərdən başlayaq.

 - Çox sağ olun, 20 ildən çoxdur ki, dostluğumuz olduğuna görə mənim Bakıya bu təyinatımı təqdir edə biləcək vəziyyətdəsiniz. Türkiyə ilə Azərbaycan xalqları nə qədər eyni kökdən gələn millət olsalar da, çağdaş zamanlarını tamamilə ayrı yaşamış iki  qardaş ölkədir. Bu, çox önəmli bir şeydir. Yəni çağdaş zamanda baş verən dəyişikliklər böyük dəyişikliklərdir. 1700-cü illərə qədər bəşəriyyət 10 qat dəyişdisə, 2000-ci illərə qədər 1000 qat dəyişdi, 2000-ci ildən bəri isə 10000 qat – daha sürətlə dəyişdi. Biz çağdaş zamanlarda sovet blokuna daxil olan toplumlarla fərqli sistemlərdə yaşadıq. Hamı bizim aramızdakı münasibətləri bildiyini deyir, ancaq bunlar zənn ediləndən çox o tərəfdə olan, dərin şəkildə araşdırılması lazım olan münasibətlərdir. İnsanlara elə gəlir ki, ora ilə bağlı hər şeyi bilirlər, ona görə də səthi yanaşırlar. Məsələn, mədəniyyət sahəsində Türkiyə-Azərbaycan münasibətlərini qarşılaşdıranda oxuyan-yazanlarımız deyirlər ki, sadəcə 3 hərf fərqimiz var, hər şeyi anlamaq çox asandır. Mən uzun illərdən bəri bu işlərin içindəyəm, ədəbi əlaqələr çərçivəsində Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə bir arpa boyu yol qət edə bilməmişik. Yəni sovet zamanında da Türkiyədə Səməd Vurğun, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə tanınırdı, indi də onlardan daha çox yazar-şairin tanındığını  deyə bilmirik. Digər tərəfdən, mən illərdən bəri çalışsam da, kiril əlifbasını 2 nəfərə öyrədə bilmişəm, heç kim öyrənmir. Təfərrüatları öyrənmədiyimizə görə münasibətlərimizi dərinləşdirə bilmirik. Bu mənada, məsələn, Ramiz Rövşənin, Rəsul Rzanın şeirləri, Afaq Məsudun romanları Türkiyədəki ədəbi elitanın, Tomris Uyarı, Edip Cansevəri, Orxan Pamuku oxuyan dairələrin maraq dairəsinə daxil ola bilmir. Bir neçə ay əvvəl Bakıdakı  çıxışımda da dedim ki, Azərbaycanda ciddi şəkildə türkiyəşünaslığın, Türkiyədə isə ciddi şəkildə azərbaycanşünaslığın inkişaf etdirilməsi lazımdır. Yəni münasibətlərimizi dərinləşdirməyimiz lazımdır. Toyda-bayramdakı kimi bir araya gəlib yeyib-içməklə münasibətlərimizi dərinləşdirə bilmərik. Beynəlxalq münasibətlər çərçivəsində də vəziyyət eyni şəkildədir. Məsələn, bu gün Qarabağ probleminə dair kimi danışdırsanız, ümumi şəkildə danışar, ancaq prosesi işin əvvəlindən bəri izləyən geniş məlumatlı çox az mütəxəssis var. Azərbaycanda da Türkiyəni dərindən bilən çox az insan var. Biz ixtisaslaşmaya önəm verməliyik. Bu olmadan münasibətlərimizin dərinləşməsi çox da mümkün deyil. Mən əməyə, çalışmağa inanıram, hər şeyi öz axarına buraxmağın tərəfdarı deyiləm. “Karvan yolda düzülür” prinsipi mənə çox tərs gəlir, bunu Şərq bicliyi kimi dəyərləndirirəm. Karvan yolda düzülər, ancaq eyni zamanda karvan yolda darmadağın ola bilər. Münasibətlərimizin rasional təməldə inkişaf etdirilməsi lazımdır. Bu baxımdan mən turizmin mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Azərbaycanın 25 illik müstəqillik tarixinin şahidi kimi bunu deyə bilərəm ki, o vaxtlar Türkiyədən Azərbaycana investisiyalar və fikir layihələri gedirdi. Son 5 ildə isə Azərbaycandan Türkiyəyə ciddi sərmayə gəlir, indi Türkiyə iqtisadiyyatına birbaşa əcnəbi investisiyalar sahəsində Azərbaycan birinci yerdədir. Bu məsələ 20 il əvvəl hesab edilən bir şey deyildi. Bu sahələrdə müştərək və dinamik çalışma qrupları yaratmalıyıq. Azərbaycanın son illərdə idman və mədəniyyət sahəsində atdığı addımlar Bakını dünya şəhəri halına gətirdi. Türkiyənin turizm təcrübəsinin Azərbaycanda tətbiqinə ehtiyac olduğunu düşünürəm. Turizm baxımından Azərbaycanın Avropadakı türklərə də yönəlməsi lazımdır. Əminəm ki, uyğun şərtlər olsa, Avropaya gedən türk turistlərin yarısı Azərbaycana gedər. Təcrübələrimizi bölüşməklə birlikdə uyğun olan sahələrdə inteqrasiyaya da gedə bilərik.

 - 2000-ci ilin mayında əsgərlikdən qayıtdığınız gün (deyəsən, evinizə baş çəkmədən) Rəsul Rzanın anadan olmasının 90-cı illinə həsr edilmiş  mərasimi idarə etdiyinizi xatırlayıram. Azərbaycanla Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyətinizdən danışmağınızı xahiş edirəm...

 - O vaxt biz Qərblə türk dünyası arasında münasibətlər yaratmağı  hədəfləyən və Oljas Süleymenovun, Çingiz Aytmatovun da daxil olduğu Xəzər Forumunu yaradaraq Afaq Məsud, Zakir Fəxri və başqaları ilə birlikdə “Xəzər” dərgisini çıxarmağa başlamışdıq. Daha sonra Tərcümə Mərkəzi yaradıldı. O vaxt Xəzər Forumu Türkiyə ilə Azərbaycan arasında ədəbi-mədəni münasibətlərin inkişaf etdirilməsi üçün yeganə qapı idi, mən  Tür kiyə təmsilçisi idim. Bir çox toplantı təşkil etdik, sonra mən UNESCO Milli Komitəsində o işləri davam etdirdim. Əsl fəaliyyətim isə hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə başqanı olduğu dönəmdə geniş vüsət aldı. Mən bələdiyyənin baş mədəniyyət idarəsinin rəisi idim. Tayyib bəyin təlimatıyla biz mədəniyyət mövsümünün açılışını Azərbaycan dövlət simfonik orkestrinin ifa etdiyi “Qarabağ üvertürası” musiqi nömrəsilə açdıq. Yəni Tayyib bəy siyasi həyatının ilk işini Azərbaycan dövlət simfonik orkestri ilə yapdı. 1994-cü ildə Camal Rəşid Rey konsert salonunda. O şəraitdə keçirdiyimiz Azərbaycan mədəniyyət günləri böyük hadisə idi. On gün davam edən Azərbaycan mədəniyyət günləri 1956-cı ildə Moskvada keçirilmiş Azərbaycan mədəniyyət günlərindən müqayisəedilməz dərəcədə böyük idi. Rəhmətlik Tofiq İsmayılovla o vaxt tanış olub xeyli iş gördük. Hörmətli Ərdoğanın bələdiyyə başqanlığı dönəmində Azərbaycandan Türkiyəyə gəlib konsert verməyən heç bir ciddi sənətkar olmadı. Önəmli yazarların, demək olar ki, hamısını buraya dəvət etdik. Təəssüf ki, Tayyib bəy bələdiyyə başqanlığından ayrılandan sonra bələdiyyədə bu işlər zəiflədi. Ondan sonra mənə Azərbaycan Yazarlar Birliyinin Türkiyə təmsilçiliyini verdilər. Ramiz Rövşənin, Rəsul Rzanın şeirlərini, Əbülfəz Elçibəyin çox önəmli məqalələrini Türkiyə türkcəsinə mən çevirmişdim. Elçibəyin intellektual şəxsiyyətinin başa düşülməsində “Yeni Türkiye” dərgisində çıxan o yazılarının böyük əhəmiyyəti oldu. Bu işlərdə Türkiyədə mənə professor Yavuz Akpınar uzun illərdən bəri yol göstərici oldu, çağdaş Azərbaycan haqqında mən Yavuz hocamdan çox şey öyrəndim. Rəşad Məcidin vasitəsilə oradakı gənc ədəbi nəsillə əlaqələrim inkişaf etdi. Rəşada çağdaş türk ədəbiyyatının çap olunduğu dərgiləri, kitabları göndərməyimin nəticəsində artıq Azərbaycanda 10-15 yazar-şair müasir türk ədəbiyyatının paradiqmalarıyla yazır. Onlar Yəhya Kamaldan Haydar Ərgülənə, Lalə Müldürə qədər olan ədəbi nəsilləri özlərinə örnək alırlar. Sağ olsunlar, Azərbaycanın bəzi TV kanalları da illərdən bəri mənə etibar edir, onlara müasir türk ədəbiyyatı və mədəniyyəti barədə şərhlər verirəm. Azərbaycanda qədim və postmodern mədəniyyəti bir arada tutan geniş mədəniyyət çətiri var. Ata-babalarımın azərbaycanlı olmasına görə mənim oralarla çox güclü bağlarım var. Mənşəyimdən əlavə, mən Azərbaycan mədəniyyətini dünyanın önəmli miraslarından biri kimi görürəm. O mədəniyyət türk dünyasına öncüllük etmə gücünə malikdir. Azərbaycanı türk dünyasının çağdaş dəyərlərilə birləşdirə biləcək bir mərkəz kimi görürəm. İnşallah, mənim də o fəaliyyətlərdə yerim olar. Heydər Əliyevin dönəmində yaranan güclü dövlətçilik ənənələri və maddi imkanları Azərbaycana önəmli mövqe vermişdir. Səmərəli işlər görmək üçün yaxşı imkanlarımız olacağına inanıram.

- Münasibətlərin dərinləşdirilməsinin lüzumunu vurğulayırsınız. Azərbaycanın gənc və orta yaşlı ədəbi nəslinin Türkiyədə yaxşı tanınmamasından bəhs edilir. Bununla bağlı hansı planlarınız var?

- Onunla bağlı hazırlıqlarımız var. Son səfərimdə Anar bəylə, Rəşadla bu barədə geniş danışdıq. Azərbaycan yazarlarının əsərləri Türkiyədə parça-parça, damla-damla çap ediləndə sanki gözdən itib gedir. Bunu sistemə salmağımız lazımdır. Məsələn, bəzi nəşriyyatlar Azərbaycan ədəbiyyatı seriyası açmalıdır. Türkiyədə ideologiyalarını bir tərəfə qoyub, sırf ədəbi baxımdan yanaşmaları üçün bəzi nəşriyyatlarla görüşdüm, Azərbaycan ədəbiyyatını seriya şəklində çap etməyə isti baxırlar. Bakıda kitab mağazaları açmaq barədə düşünəcəyik. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Türk Tanıtma Fondunun ciddi dəstəkləri var, Azərbaycan fondlarının ciddi dəstəkləri var. Biz fikir və düşüncə ilə menecmenti birləşdirməliyik. Siz də bilirsiniz ki, illərdən bəri TÜYAP beynəlxalq kitab yarmarkasında, məsələn, Makedoniya anılır, Azərbaycan isə yox. Niyə Azərbaycanın yazarı TÜYAP-ın şərəf qonağı olmasın? TÜYAP-dakı Azərbaycan stendi çox zəif olur. Bundan sonra mən hər iki tərəf üçün çalışacağam. Mənim Türkiyədə ideoloji mövqeyim yoxdur, görülən işlərin keyfiyyətinə baxaram. Ataol Bəhramoğlu da mənim yaxın dostumdur, İsmət Özəl də məni sevər. Ədəbiyyata və mədəniyyətə bitərəf gözlə baxmağı bacarmaq lazımdır. Yapılmış işlər aybesrqin görünən ucudur, görüləcək çox iş var. Bakıda işimə başlamazdan əvvəl mənə fikirlərimi bölüşmə imkanı yaratdığına görə APA-ya təşəkkür edirəm. İnşallah, əməkdaşlığımız Azərbaycanda da, Türkiyədə də bundan sonra ən yaxşı şəkildə davam edər.

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ