Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Hollandiya hökuməti tərəfindən “arzuolunmaz əcnəbi” elan olunmasının ardından Almaniyaya qaytarılmaq üçün Niderlandın şərqindəki Neymehen şəhərinə aparılıb.
Xəbərə görə, daha öncə türkiyəli nazir deyib ki, “nümayişçilərlə görüşməsinə heç olmasa 5 dəqiqə vaxt ayırmasalar” heç yerə qayıtmaq fikri yoxdur. Xəbərə görə, gecə saatları olmasına baxmayaraq, Rotterdamdakı Türkiyə Səfirliyi önünə mindən çox adam toplanıb. Polis onları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Bundan sonra toplaşanları dağıtmaq mümkün olub. Bir neçə nəfərin gözaltına alındığı deyilir.
***
Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Hollandiya hökuməti tərəfindən “arzuolunmaz əcnəbi” elan olunub və Almaniyaya deportasiya edilməsi üçün saxlanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli RTL telekanalı xəbər yayıb. Xəbərdə bildirildiyinə görə, hazırda nazirin avtomobilinin durduğu Rotterdam Konsulluğuna xüsusi təyinatlı polis dəstəsi göndərilib. Hüquq-mühafizə orqanları isə onun mühafizəçilərinin silahlı olacağından və hər hansı toqquşma çıxacağından ehtiyat edir.
Xatırladaq ki, daha öncə XİN başçısı Mövlud Çavuşoğlunu gətirən təyyarənin bu ölkə limanına enişinə icazə verilməmiş, bunun ardında Almaniyada olan ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobillə ölkəyə girişi əngəllənmişdi. “Demokratiya, fundamental insan haqları, insanların azad söz hüququ – bütün bunlar bu gün Rotterdamda unuduldu”- deyə nazir özünün “Twitter” hesabında yazır.