İstanbul Atatürk Hava limanından Biləcikə getmek üzrə havaya qalxan “Eczacıbaşı Grupu”na aid helikopter Beylikdüzündə televiziya qülləsinə çırpılaraq parçalanıb.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə. qəza nəticəsində helikopterdə olan 7 nəfərin hamısı həyatını itirib. Bunlar pilotlar Əlaəddin Acar, Əhməd Bulud, Səlim Özən və 4 rus sərnişin - Aleksandr Vanin, İqor Koçargin, Lyudmila Çuprova və Yelena Badraqandır. Qəzaya səbəb kimi havanın qatı duman olması göstərilir. Bu barədə İstanbul meri Qədir Topbaşın olayla bağlı açıqlamasında deyilir. Həlak olanlardan Səlim Özənin “Eczacibasi Grup” konsorsiumuna aid “Vitra Russia” kompaniyasının direktoru olduğu bildirilir. Onların helikopter icarəyə götürərək Hava limanında qonaqları qarşılayıb Bozüyükdəki Eczaçıbaşı Fabrikasına aparmalı olduqları, lakin qatı duman üzündən teleqülləyə çırpılaraq həyatlarını itirdikləri xəbər verilir.