Moskva vilayət Arbitraj Məhkəməsi "Çerkizovsk" bazarının keçmiş sahibi, AST şirkətinin banisi biznesmen Telman İsmayılovun müflis olmasını tanıyıb və əmlakının satışa çıxarılmasına başlanmasını qərara alıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Moskva vilayət arbitraj məhkəməsi hələ 2015-ci ilin dekabrında Telman İsmaylovun müflis olması barədə qərar çıxarmışdı. Amma Apellyasiya məhkəməsi 2016-cı ilin martında “Banka Moskvı”nın (hazırda-BM-Bank) şikayəti ilə bu qərarı ləğv etmişdi.
AST şirkətinə nəzarət edən Telman İsmayılov 2009-cu ildə “Çerkizovsk” bazarındakı fəaliyyətinə görə hüquq-mühavizə orqanlarının böyük iddiaları ilə üzləşdi. Sanitar nəzarəti idarəsi bazarda çoxsaylı pozuntular aşkar etdikdən sonra bazar bağlandı.