Rusiya XİN başçısı Sergey Lavrov bu yaxınlarda Qazaxıstanda keçiriləcək MDB ölkələri XİN başçılarının sammitində Xəzərin status məsələsinin həllini tapacağına ümid edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşün yekunlarına dair verdiyi açıqlamada bildirib. Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın bir çox müddəaları razılaşdırılıb, qalan müddəalar üzrə razılaşmanın isə Qazaxıstanda keçirilməsi planlaşdırılan “Xəzər sammiti”ndə həllinin tapacağına ümid edir. “Ekspertlər açıq qalmış məsələlərin həlli üzərində çalışır və onların sayı elə də çox deyil”- deyə o bildirib.
Qeyd edək ki, sözügedən sammitdə bütün xəzəryanı dövlətlərin – Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edəcək.